“Elə kişi ilə 1 gün də yaşamaram” - Aygün Şükürova Britni Spirs restoranda qalmaqal yaradıb - Hürüb, bıçaqla gəzib Aysel Teymurzadə mini geyimdə ağılları başdan aldı - FOTOLAR Müğənni yeni sevgilisinin olduğunu açıqladı - VİDEO
Axtar
 
  • / Maqazin / — 04 İyun 2026

    “Elə kişi ilə 1 gün də yaşamaram” - Aygün Şükürova

  • / Maqazin / — 15 May 2026

    Britni Spirs restoranda qalmaqal yaradıb - Hürüb, bıçaqla gəzib

  • / Maqazin / — 12 May 2026

    Aysel Teymurzadə mini geyimdə ağılları başdan aldı - FOTOLAR

  • / Maqazin / — 05 May 2026

    Müğənni yeni sevgilisinin olduğunu açıqladı - VİDEO

  • / Maqazin / — 26 Aprel 2026

    Aygün Kazımova görünüşü ilə ağılları başdan aldı - FOTOLAR

  • / Maqazin / — 27 Fevral 2026

    Azərbaycanda bu məşhur müğənnilərə efir qadağası qoyuldu - SİYAHI

İran husilərin əli ilə nə etmək istəyir? - VİDEO

Tarix 21.12.23, 22:48

Font ölçüsü : - / +
bitmap-img6


Qəzza zolağında İsrail-HƏMAS müharibəsinin başlanmasından iki aydan çox vaxt keçməsinə baxmayaraq, İranın bu qanlı münaqişəyə münasibəti ilk baxışda müxtəlif görüş və danışıqlardan, hədələyici açıqlamalardan uzağa getməyib. Təsadüfi deyil ki, İranın özündə hökumət olanlara seyrçi qalmaqda və yalnız bəyanatlar verməklə kifayətlənməkdə ittiham olunub.

İranın Qəzzadakı münaqişəyə qarışmamasının səbəbləri barədə çoxsaylı təhlillər dərc olunub. Lakin İran yalnız ilk baxışda Şərqdə gedən münaqişəyə qarışmır, əslində isə Tehran rejimi həmin münaqişənin başlıca pərdəarxası iştirakçısıdır.

Bu barədə “Azad İran” “YouTube” kanalında yayımlanan videosüjetdə bildirilib. 

“Sadəcə olaraq, bu iştirak bilavasitə ölkənin rəsmi silahlı qüvvələri tərəfindən deyil, İran rejiminin uzun illər ərzində region ölkələrində formalaşdırdığı proksiləri vasitəsilə təmin olunur. Bunun ən bariz sübutu odur ki, ABŞ Müdafiə Nazirliyinin məlumatına əsasən, Qəzzada müharibənin başlamasından sonrakı bir ay ərzində İranın dəstəklədiyi silahlı qruplaşmalar İraq və Suriyada ABŞ və müttəfiqlərinin mövqelərinə 40 dəfə hücum ediblər.
Həmin prosesdə ən ciddi rolu isə Yəmən husiləri, yaxud “Ənsarullah” qruplaşması oynamaqdadır. Husilər hələ oktyabrın 31-də faktiki olaraq İsrailə müharibə elan etməklə HƏMAS-ın tərəfində müharibəyə qoşulduqlarını və İsrail ordusu Qəzza zolağında hərbi əməliyyatları dayandırmayana qədər bu ölkənin ərazisinə zərbələr endirməyə davam edəcəklərini bəyan ediblər”, - deyə videoda qeyd edilib.

Daha ətraflı videosüjetdə:





Xəbərin oxunma sayı : 1249




Analiz

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap