| |
|
Xankəndi futbol stadionunda nə baş verir? - Mühəndis yoxluğu, fəhlələrə keyfiyyətsiz yemək...
Yüksək faiz, qanunsuz girov: “S Lombard”ı kim himayə edir?
“Azəraqrar”da qalmqal - “Nazirin komandiri” yeni direktora qarşı...
Məmurların adından “təcili” pul istəyirlər - DTX araşdırma aparır
Sabiq sədr Almaniyada tikinti biznesinə başlayıb - Şərikli bina tikir + FOTO
Məmməd Musayevlə əlbir olub 100 milyonu “yeyiblər” - Vəzifəli şəxslər həbs edildi
“Qardaşımla birgə 16 milyon vermişik” - Tale Heydərovun ifadəsi oxundu
Deputat Cavanşir Feyziyev Londonda milyonluq mülklər alıb - SİYAHI
Saleh Məmmədov 1 ilə 176 milyon manat artıq vəsait xərcləyib - RƏSMİ
Leysan Məmmədovun fəaliyyəti araşdırılacaq….- Milyonlar necə xərclənir?
“Azəraqrar”ın əsl rəhbəri kimdir? - Nazirin sabiq komandirinin maaşı 7 dəfə artırılıb?
Bizim iradəmizə qarşı çıxanın başı əziləcək - Azərbaycan Prezidenti
Maliyyə Nazirliyi AAYDA yoxlama aparır - Ciddi yeyintilər aşkarlanıb
Vensin Azərbaycana səfəri: Zəngəzur dəhlizinin müzakirələri yeni mərhələdə
Azərbaycanlı qıza görə dinini dəyişdi: Virtual dünyadan başlayan eşq (FOTOLAR)
Tarix 29.06.24, 15:54 |
|
Belə bir deyim var ki, insanların qisməti hələ onlar doğulmamışdan yazılır. Nə etsələr də, qisməti dəyişmək mümkün olmur. Elə bizim qonaqlarımız kimi. Hansı ki, özləri cavan olsa da, sevgiləri uzun mübarizələrdən keçib. Kənardan müxtəlif müdaxilələr olsa da, onlar bir-birilərini heç bir zaman buraxmayıblar. Bütün çətinliklərə bərabər sinə gərdikləri üçün də hazırda xoşbəxt ailələri var. "Ailə†rubrikamızın qonaqları azərbaycanlı Günay Rəhimova və rumıniyalı Vlad Mitocdur. Biz də sevgilərini onların dilindən sizə çatdırmağa çalışdıq.
Təsadüf nəticəsində birləşdilər
Cütlüyü tanış edən onların dil öyrənmək istəyi olub. Vlad və Günay 2020-ci ildən tanış olsalar da, yeni ailə qurublar.
Günay: "Tanışlığımız sosial şəbəkə üzərindən olub. Mən 2020-ci ildə - koronovirus dövründə Azərbaycan Dillər Universitetində Norveçşünaslıq ixtisasında təhsil alırdım. Dil öyrənməli idim, çünki Norveçə getməyi planlaşdırırdım. İngilis dilini öyrənmək istəyirdim. Bir-birimizi dil öyrənərək tanımağa başlamışıq. Tanışlığımızın birinci ilində cəmi bir ay danışmışdıq. Sonra əlaqələrimiz kəsildi. Bir il sonra çox qəribə şəkildə tanımadığım rumıniyalı vasitəsilə yenidən Vladı tapdımâ€.
Vlad isə deyir ki, Günay onu yenidən axtarıb tapdıqda bunun bir işarə olduğunu anlayıb: "Bir il sonra yenidən yazması məni çox təəccübləndirmişdi. Düşündüm, görəsən hansı xüsusiyyətim onun xoşuna gəlib ki, bir il sonra məni yenidən tapıb. Halbuki unuda da bilərdiâ€.
Günaya görə hətta dinini də dəyişib
İlk başda fərqli millətlərdən olduqları üçün onlarda alınmayacağını düşünüblər, amma... Hətta ilk sevgi etirafını da Günay edib: "Yenidən danışmağa başladıq. Lakin münasibətimiz bu dəfə də yarımçıq qaldı. Dinlərimiz fərqli olduğu üçün düşüncələrimizin uyğun gəlmədiyini düşünmüşdüm. Fikirləşdim ki, bizdə alınmaz. Yarım il sonra yenidən danışmağa başladıqda ilk sevgi etirafını mən etdim. Dost olduğumuzda mənə dinini əsla dəyişməyəcəyini bildirmişdi. Amma sevgili olduqdan sonra özü müsəlmanlığı qəbul etdi, şəhadət gətirdi. Hətta bizim dini nikahımız da olduâ€.
Günayın sevgisini etiraf etməyi Vladı da çox təəccübləndirib. Həm də hisslərində əmin olmasına kömək olub: "Günayın mənə qarşı hissləri olduğunu əvvəldən duymuşdum. Uzun müddət davam edən dostluğumuz, bir-birimizi mükəmməl şəkildə anlamağımız onu seçməyimə səbəb oldu. Artıq hiss etdim ki, axtardığımı tapmışamâ€.
"İlk görüşdə özümü bir az qəribə hiss edirdimâ€
Dostluqdan sevgili dönəminə keçid Vladın Azərbaycana gəlişi ilə nəticələnib. Günay həmin anları belə xatırlayır: "Bir il internet üzərindən danışırdıq. Sonra Vlad Azərbaycana gəldi. İlk görüşdə özümü bir az qəribə hiss edirdim, canlı görüşə uyğunlaşmağa çalışırdım. Həmişə mənə sual verirdi ki, "bir-birimizi realda bəyənməsək, necə olacaq?†Vladın məni görəndə ilk cümləsi "realda qat-qat gözəlsən†olmuşdu. Görüşəndən sonra sevgi bağlarımız daha da gücləndiâ€.
Vlad isə bildirir ki, Rumıniyadan Azərbaycana gəlmək üçün iki gün yol qət etməli olub: "Azərbaycana ilk dəfə 2022-ci il dekabrın 24-ü gəlmişdim. Günayı görmək üçün iki gün yol qət etmişdim. Sevdiyim xanımı görəndə yol yorğunluğunu, çətinliyi, həyəcanı unutdumâ€.
"Görüşə bilmirdik, darıxırdıqâ€
Bir tərəfdən sevdiyindən uzaqda olmaq, digər tərəfdən kənardan insanların müdaxiləsi gənclərin yükünü daha da ağırlaşdırıb. Günay üzləşdikləri çətinliklərdən danışır: "Çalışırdım ətrafdakıların fikirlərini nəzərə almayım. Amma istər-istəməz təsir edirdi. İnsanlar xarici vətəndaş olduğu üçün güvənmirdilər. Uzaq məsafədən münasibət bizim üçün çətin gəlirdi. Görüşə bilmirdik, darıxırdıq. İlk dəfə gəldikdən sonra yenidən qayıtdı. Vlad yol boyu ağlamışdı...â€
Vladın sözlərinə görə, əgər sevgi varsa, həyatda heç nə çətin deyil: "Günaydan ötrü çox darıxırdım, amma müsbət düşünməyə çalışırdım ki, əvvəl-axır görüşəcəyik. Şükürlər olsun ki, hazırda bir yerdəyik. Uzaq məsafədən münasibət çətindir, amma mümkünsüz deyil. Əgər həqiqətən istəyirsinizsə, onu mümkün hala gətirə bilərsinizâ€.
Ağ şəhərdə evlilik təklifi
Azərbaycana sevdiyini görmək üçün gələn rumıniyalı kürəkən sən demə, əliboş gəlməyib. Günay deyir, Vlad yeni ilə tək daxil olmaq istəməyib: "İlk görüşümüzün üzərindən bir həftə keçdi. Yeni il günü fişənglər partladıqdan sonra Ağ şəhərdə hər kəsin içərisində diz çökərək evlənmə təklifi etdi. Mənim üçün çox böyük sürpriz oldu, çünki heç gözləmirdim. İstədim ki, o, geri qayıtmadan öncə münasibətimizi rəsmiləşdirək və nişanımız olduâ€.
Vlad özü də etiraf edir ki, ölkəmizə gəliş məqsədi sevdiyi xanımı həyat yoldaşı etmək idi: "Münasibətimizin əvvəldən ciddi olacağını düşündüyümüzə görə evlilik təklifi edəcəyimi bilirdim. Azərbaycana gəldikdə də artıq Günayla ailə qurmaq istəyirdimâ€.
"Vlad anama Azərbaycan dilində "ana†deyirâ€
Günayın sözlərinə görə, münasibətlərindəki maneələrdən biri onun anası olub, lakin sonradan Vladı oğlu kimi çox sevib: "Atam münasibətimizi normal qarşılamışdı. Mənə demişdi ki, əsas sənin sevməyindir. Xeyir-dua da vermişdi. Anamın reaksiyası isə daha sərt olmuşdu. Xarici vətəndaşa güvənmədiyi üçün münasibətimizə qarşı çıxmışdı. Vlad Azərbaycana gələnə qədər anama münasibətimizin ciddiliyini izah etməyə çalışırdım. Nəhayət, o da şans verdi. Dedi ki, gəlsin görüm necə biridir. Amma Vladın ilk gəlişi zamanı onu tanıyanda hətta məndən də çox istədi. Anam və Vlad bir-birilərinə çox bağlıdırlar. Vlad anama Azərbaycan dilində "ana†deyirâ€.
Vladın ailəsi isə ilk gündən Günayı çox bəyənib: "İlk dəfə anasından utanırdım. Amma onun çox xoş xarakteri olduğunu gördükdən sonra özümü daha rahat hiss etməyə başladım. Amma mənim valideynlərim heç bir problem yaratmadı. Onlara bəhs etdikdən sonra görüntülü zənglə danışdıq. Günayı çox bəyənmişdilər və münasibətimizi dəstəkləmişdilərâ€.
"Düşünməzdim ki, nə vaxtsa toy edərəmâ€
Günay deyir ki, həm Vlad, həm də ailəsi toy adətlərimizi çox bəyənir: "2023-cü ilin sentyabrın 29-dan martın 29-a kimi ölkəmizdə qaldı. Bu müddət ərzində nikahımız oldu. Sentyabrda Vladla bərabər ailəsi də gəlmişdi. Oktyabr ayında toyumuz oldu. Yavaş-yavaş ailəsiylə qaynayıb qarışmağa başladıq. Qayınanam və qayınatam da toyumuzu çox bəyənmişdi. Deyirdilər, hər şey çox sadədir. Rumıniyada gəlin və bəy çılğınlıq edir, amma bizdə hər şey daha çərçivəli idi. Qonaqlar Vladı Azərbaycan mahnılarına oynadırdılar. O da birtəhər oynamağa çalışırdı. Mən onu utancaq biri kimi tanıyırdım. Amma toyda gəlib deyirdi ki, çox əylənir. Mahnılarımız sümüyünə düşürdü...â€
Vlad isə Azərbaycan toylarının daha sakit və maraqlı keçdiyini təsdiqləyir: "Toy adətlərimiz bir qədər oxşardır. Amma mən Azərbaycan toylarını daha çox bəyənirəm. Rumıniyadakı toylarda özümü bir az yorğun hiss edirdim. Amma sizdə elə deyil. Toylarınız daha sakitdir. Düşünməzdim ki, nə vaxtsa toy edərəm. Amma Azərbaycanda toy etmək çox xoş olduâ€.
"Bakının görünüşünü çox bəyənirəmâ€
Rumıniyalı kürəkən Azərbaycana ilk dəfə gəlsə də, ölkəmizi çox bəyənib: "Ölkəniz haqqında heç bir təsəvvürümüz yox idi. Hələ ki Bakıdan başqa heç yerə getməmişik. Amma Bakının görünüşünü, tikililəri, küçələri, insanlarını çox bəyənirəm. İnsanlarınız xoşrəftar, qonaqpərvərdir. Məni Azərbaycanda qonaq çağırırdılar. Sizdə hər şey çox səliqəlidir. Binalarınızın quruluşu, düzülüşü sırayladır. Bulvarı, Dağüstü parkı çox bəyənirəm. Dağüstü parkın pilləkənlərini çıxmaqdan yorulmuram. "Alov qüllələri†də çox xoşuma gəlir. Biz yoldaşımla Qız qalasına çıxmışdıq. Qız qalasının tarixi ilə maraqlanırdımâ€.
Vlad hətta musiqilərimiz və dilimizlə də maraqlanırmış. Günayın sözlərinə görə, o, dilimizdə müxtəlif ifadələrdən də istifadə edir: "Musiqilərimizdən dinləyir. Daha çox keçmiş musiqilərə üstünlük verir. Dilimizi də Azərbaycanda qaldığı dövrdə az-çox öyrəndi. Gündəlik istifadə olunan sözlərlə danışa bilir. Hər dəfə anamı gördükdə "Sabahınız xeyirâ€, "Axşamınız xeyirâ€, "Gecəniz xeyrə†deyirâ€.
"Onları bizdə olan kilsəyə aparmışdımâ€
Günay deyir ki, ölkəmizi bəyənən tək Vlad deyil: "Qayınanam və qayınatam Azərbaycanı, şəhərimizi, yeməklərimizi, adətlərimizi Vladdan da çox bəyənirlər. Azərbaycana gəlmək üçün planlar qururlar. Mən onları bizdə olan kilsəyə aparmışdım və xoşlarına gəlmişdi. Bayramlarımıza hörmət edirlər. Novruz Bayramında Rumıniyaya gəldikdə özümlə şəkərbura və paxlava gətirmişdim. Çox bəyənmişdilərâ€.
Günay bildirir ki, özünü yaxşı hiss etmədiyi zamanlarda, süfrəyə əyləşmədikdə Vladın anası ona ayrıca yemək gətirir. Atası meyvə doğrayır: "Məni qızları olaraq görürlər. Ailələrimiz bir-birinə çox düşkündürlər. Qayınanam və anam bir-birilərini çox sevirlərâ€.
Rumıniyalı ailənin dəyişən menyusu
Günayın sözlərinə görə, ölkəmizin yeməkləri də dillərə dastandır. Elə Vlad da mətbəximizə aşiq olanlardandır: "Plovumuzu, üzərinə qoyduğumuz kişmişli qaranı çox bəyənir. Paytaxt salatımızı çox sevir. Mimoza, nar salatımızı da bəyənir. Yeməyin yanında kompot içməyi sevir. Bir də ən çox bəyəndiyi lavaşımızdır. Vlad mürəbbə hazırlamağı çox sevir. O vaxt mənə hazırladığı mürəbbələri göstərirdi. Amma onlarda mürəbbə fərqlidir. Biz çay ilə içirik, onlar isə çörəyin üzərinə yaxıb yeyirlər. Anamdan mürəbbəmizi bişirməyin yolunu öyrəndim və Vlada izah etdim. Birlikdə bişirdik, qayınanamgil də çox bəyəndi. Artıq çayı mürəbbə ilə içirlər. İki həftə Azərbaycanda olduqda çaya öyrəşmişdilər. İndi burada da hər axşam çay içmək istəyirlərâ€.
Vlad isə deyir ki, yeməklərimizi o qədər bəyənir ki, hətta özü də hazırlayıb təqdim etmək istəyir: "Amma hələ vaxt tapıb hazırlaya bilməmişəm. Gələcəkdə plov bişirmək istəyərdim. Hətta düyü də almışıq ki, plov bişirəkâ€.
Bərabərlikdən doğan hörmət və sevgi
Günay Vladın yemək bişirməklə bağlı məharətlərindən də bəhs etdi: "Biz Azərbaycanda qaldığımız dövrdən Vlad mənə ev işlərində kömək edir. İndi də eynidir. Ümumiyyətlə, evdə yeməkləri o bişirir. Hətta şirniyyatlar, salatları da hazırlayır. Yeməkləri də çox dadlıdır. Hətta qonaqlar belə onun yeməklərini çox sevir. Ən dadlısı isə şirniyyatlarıdırâ€.
Elə Günaya da onu sevdirən məhz bu xasiyyəti olub: "Vladın bəyəndiyim özəlliklərindən ən birincisi qadın azadlığına dəyər verməsidir. Mənim üçün qadının təhsil alması önəmlidir. İlk təsirləndiyim də elə məhz bu idi. Hiss etmişdim ki, ailə qursaq da, bu bərabərlik bizim aramızda olacaq. Bütün qərarlarımı dəstəkləyir, mən ondan ilham alıram, özgüvənim artırâ€.
Vlad isə Günayda bir neçə fərqli xüsusiyyətin eyni anda toplandığı üçün onu həyat yoldaşı olaraq seçib: "Sadə və eleqant olmağı bir arada bacardığı üçün ona aşiq oldum. Həm də əyləncəlidir. Bir insanda bu qədər xüsusiyyəti bir arada tapdığım üçün bildim ki, o, mənim yarımdırâ€. ("Kaspi" qəzeti)




Xəbərin oxunma sayı : 784
Warning: Undefined array key 13 in /home/azfakt/public_html/news.php on line 208
Xəbərlər
-
Azərbaycanda bu şəxslərə də məcburi köçkün statusu veriləcək - Dəyişiklik
-
İpoteka adı ilə 4 milyon manata yaxın dələduzluq: Prokuror ağır cəza istədi
-
Elçin Yusubova qarşı 15 milyonluq korrupsiya iddiası - DETALLAR
-
7 noyabrla bağlı xəbərdarlıq - Təhlükəli gün YAXINLAŞIR
-
Gədəbəyin icra başçısı “Gəncə təndiri“ni ziyarət etdi, tənqid olundu - FOTOLAR
-
Azərbaycanda ərli qadını qaçıran evli kişi həbs olundu - TƏFƏRRÜAT
-
Vilayət Eyvazov DİN-də xidmət etmək istəyənlər üçün növbəti sıra baxışı keçirdi - VİDEO
-
Bu ölkədə kişi qıtlığı yaranıb - 3800 avro maaş təkif edirlər
-
SOCAR ABŞ şirkətindən 1,65 milyardlıq pay aldı - Əsas səhmdarı Tramp tərəfdarıdır
-
Azərbaycanda yeni aqropark yaradılır: Yarım milyon manat ayrıldı
-
“Novruzlu AF“ öhdəlikləri yerinə yetirmədi, “qara siyahı“ya salındı
-
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
-
İran Ermənistana xəbərdarlıq edib - “Tramp marşrutu” ilə bağlı
-
Sərnişinlərə ŞAD XƏBƏR: Metroda daha bir YENİLİK
-
ABŞ yardımı artsa, Putin geri çəkilə bilər - Zelenski
-
Prezident bir qrup media nümayəndəsini təltif etdi - Siyahı
-
Son 10 ildə pensiyaların məbləği necə dəyişib? - STATİSTİKA
-
Bu şirkət dövlət qurumlarının 8 888,88 və 7 777,77 manatlıq tenderlərində qalib olub - TƏFƏRRÜAT
-
Paşinyan qəti qərara gəlib - Rusiyanın reaksiyası necə olacaq?
-
Saatlıq əməkhaqqı sistemi tətbiq oluna bilər: Kimlərə şamil ediləcək?
-
Azad edilmiş ərazilərdə hər ailəyə neçə hektar torpaq ayrılacaq? - Nazir açıqladı
-
Ərdoğan Zəfər Günü Bakıya gələcək - AÇIQLAMA
-
Məhkəmə MİDA-nın yazdığı cərimə borcunu azaltdı - DETALLAR
-
Paşinyan noyabrda Türkiyəyə səfər edəcək - Özü açıqladı
-
ABŞ-da mühüm kadr dəyişikliyi: Rubionu Serjio Qor əvəzləyə bilər
-
İkinci əl avtomobil satanların nəzərinə - Qaydalar dəyişir
-
Dronla narkotik qaçaqmalçılığı - DTX Biləsuvarda iki nəfəri saxladı
-
Azərbaycanda çayxanada siyasətlə bağlı müzakirə qanla bitdi - TƏFƏRRÜAT
-
İnternet istifadəçilərinin sayına görə ölkələrin reytinqi açıqlanıb - Siyahı
-
Bu halda gəncləri əsgər aparmaya bilərlər - RƏSMİ
-
Ağ Evdə İranla neynəyəcəklərini bilmirlər - Ara seçkilər aranı qarışdırdı
-
Pensiya və sosial müavinətlər artırılır - Yeni məbləğlər
-
Oğlu öldürülən qadın gəlinini bağışladı, məhkəmə cəzasını azaltdı
-
Kaşif Kozinoğlunun ölüm səbəbi açıqlandı - Zəhərlənməyib
-
ASAN Xidmət unikal Azərbaycan brendidir - Prezident
-
SSRİ-nin dağılmasından 35 il sonra Özbəkistanda ilk - Pambıq yığımında rekord nəticə!
-
İmrəliyevə general-mayor rütbəsi verildi - Vətən Müharibəsi Qəhrəmanıdır
-
Azərbaycan nefti ucuzlaşır - 3 gündə 20 dollar
-
Bütün ölkə yağış duası oxuyacaq - Xalqa çağırış etdilər
-
Yevlaxda yeni inşa olunan körpü nə vaxt istifadəyə veriləcək? - VİDEO
-
ABŞ Konqresində müsəlmanların sayı rekord həddə çatdı - ADLAR
-
Nazir tədbirə getmədi, hoteldə ölü tapıldı - Almaniyada müəmmalı hadisə
-
Çempionlar Liqasında tarixi darmadağın: “Komo“dan 9 qol
-
Atasına və Özgür Özələ qarşı ifadə verdi, həbsdən çıxdı - Türkiyədə “350 min dollar“ əməliyyatı!
-
Xətai rayonunda məktəbin ətrafını kafelər və avtomobillər zəbt etdi - VİDEO
-
Bu gün instaqramda diqqət çəkənlər - FOTOLAR
-
Arda Güler sayəsində pulsuz transfer: Türkiyə nəhəngi kimi gətirir?
-
Sabahdan bu yollarda hərəkət məhdudlaşdırılır - Xəbərdarlıq
-
Melaniya Trampla görüşdə Rusiyanı kimlər təmsil edəcək? - Açıqlama
-
Rusiya TDT-yə üzv ola bilər? - Türkiyə şərti açıqladı
-
Azərbaycanlı həkim Qırğızıstanda nazir müşaviri təyin edildi - FOTO
-
Evli qadını şantaj edib pulunu aldı: Direktor müavininin gizli EŞQ DRAMI
-
Bakının 7 rayonu milyonlarla manat borca düşdü - SİYAHI
-
Şagirdlərin “mygov”da fərdi hesablarının yaradılması: səbəb nədir?
-
Prezidentin sosial media hesablarında sərgi ilə bağlı - Paylaşım
-
Qonşu ölkələr qiymət artımına qarşı necə “mübarizə” aparır? - Siyahı
-
Azərbaycanda ata evə gec gələn qızını bıçaqladı - TƏFƏRRÜAT
-
Mehdiyevin çevriliş planını Rusiyaya o çatdırırmış - FOTO
-
Kürün taleyi təhlükədədir: Yayda quraqlıq, qışda daşqın olacaq
-
“Boşanmağımızın səbəbi Fəridin xəyanəti oldu“ - Nagehan
-
“Putin, Tramp, Si görüşünün gündəliyi razılaşdırılır” - Peskov
-
Sığorta şirkətləri qiymətli kağızlara nə qədər pul yatırıb? - RENKİNQ
-
Xameneyidən Vaşinqtona sərt xəbərdarlıq: “Cavabımız dəhşətli olacaq...“
-
Türkiyədə 34 rus rəqqasə saxlanılıb - deportasiya ediləcəklər
-
Mehinin anasından geyim qadağası - “İş yoldaşlarım sənə baxır”
-
Bakıda 30 milyon manata obyekt satışa çıxarıldı: Gəliri ŞOK ETDİ! - FOTOLAR
-
Son 15 ildə AÇG yatağında neft hasilatı 101 milyon barel azalıb - Siyahı
-
“Evdə oturmuşduq, birdən anam qışqırdı...” - Ləman həmin gündən danışdı...
-
Fəvvarələr İdarəsi öz rəisi ilə 20 minlik müqavilə bağladı - Qəhrəman Məmmədov özü-özünə sifariş verdi
-
Gələn il şəhər və rayonların gəlirləri nə qədər artacaq? - Tam siyahı
-
Azərbaycanlılar qonşularından 10 gün az işləyir - SƏBƏB
-
“Salyanski kazarma”da mənimsəmə: kimlər istintaqa çəkilib?
-
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
-
“İrana qarşı nüvə silahından istifadəyə ehtiyac yoxdur” - Tramp
-
“Esthederm“ klinikası pasiyentin diş implantını yarımçıq saxladı - Direktor məhkəməlik oldu
-
Prezident xanımı və qızı ilə Bakı Ekspo Mərkəzində - FOTOLAR
-
Yeni sədrə 2 müavin təyinatı - Biri sabiq nazirin oğludur
-
“Son illər proqnozla real nəticələr arasında fərq özünü göstərir” - Millət vəkili
-
Kəmaləddin Heydərov rusiyalı həmkarı ilə görüşdü - Video
-
Əfqanıstan vətəndaşları saxlanıldı - SƏBƏB
-
Bakıda hava kəskin dəyişəcək – Xəbərdarlıq
-
Azərbaycanda molla arvadını qətlə yetirdi - Təfərrüat
-
Torpaq və ev alqı-satqısı adı ilə 254 min manatlıq dələduzluq - İş prokurorluğa qaytarıldı
-
Şirkətlərin iri obyektləri qeydiyyata alınmır, vergi ödənmir - İRAD
-
Paşinyan İrəvanın AB üzvlüyü hədəflərindən danışdı - “Prosesə başlamışıq...“
-
Bakıda maklerdən külli miqdarda dələduzluq - TƏFƏRRÜAT
-
“Neftin qiymətinin daha yüksək ola biləcəyini düşünürük“ - Nazir
-
Aİ Ukraynanın üzvlük prosesini ləngidə bilər: Cəmi 7 istiqamət müəyyənləşdirilib
-
Sertifikatı ləğv olunub, fəaliyyəti davam edir: Seymur Məmmədovu kim qoruyur?
-
Bu qurumlar ilk dəfə dövlətə divident ödəyəcək - “Azercell”, AZAL...
-
Azərbaycanda dəfn və doğum müavinətləri artırılır - Yeni məbləğlər
-
Son 70 ilin ən sərt qışı gəlir... - Bakı üçün iki rekord şaxta tarixi
-
Ədliyyə Nazirliyindən xəbərdarlıq - Saxta zənglər edərək müxtəlif ödənişlər tələb olunur
-
Avropa Məhkəməsi Əli Kərimlinin iddialarını RƏDD ETDİ
-
Kürdəmir xəstəxanasının əməkdaşı 125 min manatlıq mənimsəmədə ittiham edilir - TƏFƏRRÜAT
-
3 yaşınadək uşağı olan bu analara hər ay - 100 manat veriləcək
-
Nigar Seyidzadə Səfərbərlik Xidmətinə gül satır - 46 min manatlıq
-
Bakıda ən yüksək orta mənzil qiyməti Səbaildə qeydə alınıb - CƏDVƏL
-
Səhiyyə Nazirliyində böyük kadr dəyişikliyi: Üç müavin gedir, biri qalır…
-
Paytaxtda gecə klubu insanları təngə gətirdi - VİDEO
-
Texasda Demokratlar qalib gəldi - 32 il sonra
-
Qalmaqallı “Şəki Yaylası” qapadıldı - VİDEO
-
Aİ vətəndaşlarına böhran xəbərdarlığı - “İlk üç gün üçün hazır olun”
-
Xətai rayonunda yaşıllıq məhv edilir? - VİDEO
-
Bu yol sabahdan bağlanır - Sürücülərin nəzərinə!
-
Kombi və qızdırıcılara görə sərt qaydalar gəlir - VİDEO
-
Sabah bu ərazilərdə qaz kəsiləcək - Xəbərdarlıq
-
Rusiyada Ermənistana qarşı gizli plan hazırlanıb - Paşinyan
-
Maşın almaq istəyənlərin pulunu mənimsədi - Avtosalon əməkdaşına ağır cəza
-
Amnistiya ilə azadlığa çıxmışdı - ətçəkən oğurlayıb yenidən həbsə düşdü
-
“Qızılqaya” restoranı ətrafında qalmaqal böyüyür - VİDEO
-
Həm avtomobillərindən, həm də pullarından oldular - VİDEO
-
ABŞ İsrailə yardımı dayandırır - Trampdan şok qərar
-
Bu şəxslərə hava limanlarının VİP salonlarından istifadə hüququ verildi - Siyahı
-
İlon Maskdan dünyanı şoka salan proqnoz: “3 ildən sonra…”
-
Ermənistan Aİ və Aİİ-də eyni vaxtda tamhüquqlu üzv ola bilməz - Paşinyan
-
Bu marşrutların hərəkət istiqaməti dəyişir - Xəbərdarlıq
-
Tiktokda qadına gül atan kişiyə cinayət işi açıldı - TƏFƏRRÜAT
-
Azərbaycan 14 İran vətəndaşını “arzuolunmaz şəxs“ elan etdi - SİYAHI
-
Ötən ay metrodan pulsuz istifadə edənlərin sayı - Açıqlandı
TOP 10
ARXİV






