Aygün Kazımova görünüşü ilə ağılları başdan aldı - FOTOLAR Azərbaycanda bu məşhur müğənnilərə efir qadağası qoyuldu - SİYAHI “Sevdiyim şəxs var, heç “instagram“ı da yoxdur“ - Aysun Boşandığı həyat yoldaşı ilə bağlı etiraf etdi: “Onu sevirəm“
Axtar
 
  • / Maqazin / — 26 Aprel 2026

    Aygün Kazımova görünüşü ilə ağılları başdan aldı - FOTOLAR

  • / Maqazin / — 27 Fevral 2026

    Azərbaycanda bu məşhur müğənnilərə efir qadağası qoyuldu - SİYAHI

  • / Maqazin / — 22 Fevral 2026

    “Sevdiyim şəxs var, heç “instagram“ı da yoxdur“ - Aysun

  • / Maqazin / — 05 Fevral 2026

    Boşandığı həyat yoldaşı ilə bağlı etiraf etdi: “Onu sevirəm“

  • / Maqazin / — 26 Yanvar 2026

    Efirdə xanəndə ilə Mənzurə arasında gərginlik - VİDEO

  • / Maqazin / — 02 Yanvar 2026

    “Bu, Aygün xanımın mənə böyük hədiyyəsidir“ - Namiq Qaraçuxurlu

“Bakı ilə İrəvanın münasibətlərində Qərb ölkələrinin mövqeyi bizi qane etmir“ - Hakan Fidan

Tarix 06.07.24, 13:42

Font ölçüsü : - / +
bitmap-img6


"Türkiyə bir sıra Qərb ölkələrinin Azərbaycan və Ermənistan arasındakı sülh prosesi kontekstində mövqeyindən narazıdır".

Bu barədə Türkiyənin xarici işlər naziri Hakan Fidan Şuşa şəhərində Türk Dövlətləri Təşkilatına (TDT) üzv ölkələrin xarici işlər nazirlərinin iclasında bəyan edib.

"Biz səmimi olaraq ümid edirik ki, Azərbaycan və Ermənistan arasında hazırkı danışıqlar prosesi tezliklə sülh sazişinin imzalanması ilə nəticələnəcək. Bu kontekstdə biz xüsusilə Azərbaycanın bu sazişin bağlanmasına olan qətiyyətli və müsbət yanaşmasını yüksək qiymətləndiririk. Lakin bəzi Qərb ölkələrinin açıq şəkildə Ermənistana üstünlük verən və Azərbaycanın narahatlıqlarını nəzərə almayan qeyri-balanslaşdırılmış münasibətindən narazıyıq. Biz türk dünyası olaraq bu prosesin uğurla nəticələnməsini istəyirik", - deyə o bildirib.

Fidan, həmçinin, vurğulayıb ki, Cənubi Qafqazda sülhə nail olmaq üçün tarixi fürsət yaranıb və bu, regionun təhlükəsizlik sahəsinə və beynəlxalq logistika imkanlarına müsbət təsir göstərəcək. (Mənbə: TASS)




Xəbərin oxunma sayı : 1108




Siyasət

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap