| |
|
Xankəndi futbol stadionunda nə baş verir? - Mühəndis yoxluğu, fəhlələrə keyfiyyətsiz yemək...
Yüksək faiz, qanunsuz girov: “S Lombard”ı kim himayə edir?
“Azəraqrar”da qalmqal - “Nazirin komandiri” yeni direktora qarşı...
Məmurların adından “təcili” pul istəyirlər - DTX araşdırma aparır
Sabiq sədr Almaniyada tikinti biznesinə başlayıb - Şərikli bina tikir + FOTO
Məmməd Musayevlə əlbir olub 100 milyonu “yeyiblər” - Vəzifəli şəxslər həbs edildi
“Qardaşımla birgə 16 milyon vermişik” - Tale Heydərovun ifadəsi oxundu
Deputat Cavanşir Feyziyev Londonda milyonluq mülklər alıb - SİYAHI
Saleh Məmmədov 1 ilə 176 milyon manat artıq vəsait xərcləyib - RƏSMİ
Leysan Məmmədovun fəaliyyəti araşdırılacaq….- Milyonlar necə xərclənir?
“Azəraqrar”ın əsl rəhbəri kimdir? - Nazirin sabiq komandirinin maaşı 7 dəfə artırılıb?
Bizim iradəmizə qarşı çıxanın başı əziləcək - Azərbaycan Prezidenti
Maliyyə Nazirliyi AAYDA yoxlama aparır - Ciddi yeyintilər aşkarlanıb
Vensin Azərbaycana səfəri: Zəngəzur dəhlizinin müzakirələri yeni mərhələdə
İbn Sinanın dəfn edildiyi, Azərbaycanın ən qədim paytaxtı olmuş şəhər - ARAŞDIRMA
Tarix 28.07.24, 13:26 |
|
APA “Güney Azərbaycanı tanı†layihəsi çərçivəsində Məhəmməd Rəhmanifərin “Həmədan - Azərbaycanın ən qədim paytaxtı†adlı yazısını təqdim edir.
Layihənin əvvəlki yazısını buradan oxuya bilərsiniz.
Həmədan şəhəri Həmədan əyalətinin mərkəzi sayılır. Həmədan bu əyalətin ən böyük və ən sıx məskunlaşan şəhəridir. Qeyd etmək lazımdır ki, İranda ölkə inzibati ərazi bölgüsünə görə Güney Azərbaycan bölgəsi Qərbi Azərbaycan, Şərqi Azərbaycan, Ərdəbil, Zəncan, Əlburz, Qəzvin və Həmədan əyalətlərinə (ostanlarına) bölünür. Həmədan şəhəri əslində Həmədan rayonunun (şəhristan) mərkəzi sayılaraq bir çox qəsəbə və kəndi öz ətrafına almaqdadır.
2017-ci ilin siyahıyaalınmasına əsasən, Həmədan şəhərinin əhalisi 577 min 458 nəfərə bərabər olmuşdur. Azərbaycanın ən qədim şəhərlərindən biri olan Həmədan şəhərinin əhalisinin əksəriyyəti müsəlman şiədir və Azərbaycan türkcəsində danışır. Lakin şəhər daxilində farsca danışanların (bunlar farslaşmış türklər, farslar, farsca danışan lorlar və kürdlərdir) sayısı diqqət çəkməkdədir. Əslində Həmədan əyalətinin güney bölgəsində çoxunluqla lorların yaşadığı 2-3 şəhər vardır. Əyalətin mərkəzində, quzeyində, batısında və doğusunda yerləşən Həmədan, Kəbudər Əhəng, Bahar, Famənin, Rəzən, Dərqəzin, Əsədabad, Həmədan şəhərlərində və Məlayir şəhərlərinin quzey tərəflərində Azərbaycan türkləri yaşamaqdadırlar.
Həmədanın qədim zamanlardan müasir dövrə qədər tarixinə qısa baxış
Həmədan Azərbaycanın ən qədim şəhərlərindən biridir. Eramızdan əvvəl I minilliyin əvvəllərində Midiya dövlətinin paytaxtı olmaqla yanaşı sonrakı dövrlərdə də Azərbaycan ərazisində qurulmuş bir neçə dövlətin paytaxtı olmuşdur. “Həmədan†adının kökü haqqında fərqili fikirlər vardır. Assur qaynaqlarında şəhərin adı “Əmədanâ€, yunan qaynaqlarında isə “Ekbatan†olaraq qeyd olunmuşdur. Lakin bəzi tarixçilər belə hesab edirlər ki, yunan qaynaqlarında Ekbatan olaraq qeydə alınan şəhər başqa yerdir. Həmədən elə Assur dövlətinin qaynaqlarında yazıldığı kimi qədim “Əmədan†şəhərinin dəvamıdır. Bu şəhər Arsaqlar yaxud Parfiya imperiyasının (eramızdan əvvəl 247-ci ildən eramızın 224-cü ilinə qədər) və Sasanilər imperiyasının (224-651) yaylaq paytaxtı olmuşdur. Həmədan şəhəri tarixi keçmişinə, coğrafi əhəmiyyətinə və şəhər quruluşuna görə, İslamdan sonra da həmişə padşahların diqqət mərkəzində olmuşdur. Şah İsmayıl Səfəvi də Çaldıran müharibəsindəki məğlubiyyətdən sonra bir müddət Həmədanı özünə paytaxt etmişdi.
Ümumiyyətlə, demək olar ki, bir vaxtlar Azərbaycan ərazisində yaranmış ən qədim dövlətlərdən biri olan Midiya dövlətinin paytaxtı Həmədan sonralar da Azərbaycanda yaranmış dövlətlərin ərazisində yerləşibdir. Azərbaycan dövlətçiliyindən danışıb da həmədanlı alim və dövlət adamı Xoca Rəşidəddin Fəzlullahı unutmaq olmaz. Moğol İlxanlarının vəziri olan bu məşhur alimin hələ də Təbrizdə özündən yadigar buraxdığı əsərləri vardır.
Əvvəlki yazıları oxuyanlar yaxşı bilirlər ki, yüz il əvvəldən İranda Güney Azərbaycan türklərinin dil və mədəniyyətini məhv etmək üçün məqsədyönlü siyasət həyata keçirilib və türklərin tarixi geniş şəkildə təhrif edilərək Güney Azərbaycan türklərini assimlə etməyə və farslaşdırmaya çalışılmışdır. Bu siyasət Təbriz kimi şəhərlərdə az təsir buraxsa da Həmədan, Zəncan, Qəzvin, Kərəc kimi yerlərdə öz mənfi təsirlərini göstərib. Bunun bir səbəbi də türk olmayan xalqların bu şəhərlərə köçüdür. Əslində bu şəhərlərdə Azərbaycan türkcəsinin fars dili qarşısında geridə qalması və fars dilinin xalqın gündəlik söhbətlərində vasitəçi bir dil kimi istifadəsinin genişlənməsinin səbəblərindən biri də həmin aşırı köç.
Həmədan əhalisinin əksəriyyətini Güney Azərbaycan türkləri təşkil edən bir əyalətin mərkəzidir. Lakin bu yazıda qeyd olunan bəzi səbəblərə görə son yüz ildə bir çox türk olmayan xalqlar Həmədana köç etmişlər və nəticədə şəhərin əhalisi tədricən farsca danışmağa məcbur olmuşdur. Buna baxmayaraq hələ də Azərbaycan türkcəsi bu şəhərdə danışılır.
Təəssüf ki, Həmədan Azərbaycan-türk kimliyinin getdikcə unudulduğu şəhərlərdən biridir. Ancaq türkcə yazan şairlərin şeirlərində və aşıqların sazlarında bu kimlik hələ də yaşamaqdadır. Təbii ki, bu şəhərdə Azərbaycan mədəniyyəti hələ də yaşayır. Bunu yeməklərin adlarında, hazırlanma üsullarında, yerli və ənənəvi ayinlərdə görmək olar. Necə ki bu şəhərdə bişirilən, yaxud hazırlanan bir çox şiriniyyat və yeməklərin adları türkcədir, hazırlanma üsulları da Azərbaycan mətbəxi üslubundadır. Türk-Azərbaycan üsullarını yalnızca mətbəxdə yox, bir çox alanlarda da görmək olar. Məsələn, Həmədanda toxunulan xalçalar da, Türk-Azərbaycan ənənəsi ilə tam uyğundur. Həmədan xalçaları haqqında yazılmış olan bir çox yazılarda belə bir cümlə var: “Həmədan əyalətinin xalçaçıları çox möhkəm olsun deyə əl ilə toxunan xalçalarda türk düyünlərindən istifadə edirlərâ€. Əslində bu cümlə döğru, amma natamamdır. Bu xalçaçılar Azərbaycan türkləri olduqları üçün xalçaları da Türk-Azərbaycan üsullarına uyğun toxuyurlar. Necə ki mətbəxdə Türk-Azərbaycan üsullarına uyğun yemək hazırlayırlar.
Son illər Güney Azərbaycanın başqa bölgələrində olduğu kimi Həmədanda da türk-Azərbaycan mədəniyyətinin qorunub saxlanması istiqamətində gənclərin, mədəniyyət xadimlərinin fəaliyyəti artmaqdadır. Əslində, Azərbaycan rəqsi və musiqisi, azərbaycanlı həvəskarların çıxışları, aşıqların ifaları, bayatılar, Azərbaycan muğamatı, ilaxır çərşənbə ayinləri, Novruz bayramı adətləri, sayaçılar, təkəmçilər, Çillə gecəsi, “Koroğlu†dastanı kimi adətlər, dəblər və ənənələr bu şəhərdə yaşadıqca demək ki Azərbaycan hələ bu şəhərdə yaşayır. Bu mədəni elementlərin bəziləri Həmədanda sönməkdədir, amma orada Türk-Azərbaycan mədəniyyəti hələ də yaşamaqdadır. Türk-Azərbaycan mədəniyyət ocağının bu şəhərdə sönməməsi üçün daha çox çalışmaq lazımdır. Məsələn, bir neçə il bundan əvvəl Həmədanda Aşıqlar Bayramı deyə bir tədbir keçirildi. Bu, Azərbaycan musiqi festivalının xalq tərəfindən geniş şəkildə qəbul edilməsi özlüyündə Türk-Azərbaycanlı kimliyinin bu şəhərdə dərin kök saldığını göstərir. Nəzərə gəlir ki, belə tədbirlərin sayısı genişlənməlidir. Yoxsa bir zamanlar Türk-Azərbaycan mədəniyyətinin ocağı sayılan bu şəhərdə getdikcə farslaşma sürəci güc qazanmaqda və bu ocaq hərarətdən düşməkdədir.
Həmədən şəhərinin tarixi və görməli yerləri
Şəhərin gəzməli-görməli yerləri o qədər çoxdur ki, bu qısa yazıda onları tanıtdırmaq mümkün olmaz. Əli Sədr mağarası kimi təbii gözəlliklər və görməli yerlər, Midiya dövlətinin əsərləri kimi tarixi abidələr və binalar, Əbu Əli İbn Sina kimi görkəmli alimlərin, yaxud şairlərin məzarları bu şəhərin turistik yerlərinin yalnız kiçik bir hissəsidir.
Həmədan Tarixi Kolleksiyası
Bu gün†Hegmətanə†deyə adlanan bu qədim tarixi kolleksiya əslində eramızdan əvvəl I minillikdə Midiya dövlətinin paytaxtı olan qədim Həmədan şəhəridir. 30 hektarlıq geniş bir sahədə yerləşən bu tarixi kolleksiyada aparılan arxeoloji qazıntılar nəticəsində eramızdan əvvəl I minilliyin müxtəlif əsrlərinə aid çoxsaylı tarixi əsərlər aşkar edilmişdir. Lakin bu şəhərin xüsusiyyətləri arasında əldə edilən qədim əsərlərlə birlikdə şəhərin nadir rast gəlinən memarlığı və nizamlı planı olduqca diqqətçəkicidir.
Bu qiymətli tarixi kompleks indiki Həmədan şəhərinin daxilində yerləşir və tarix həvəskarları tərəfindən ziyarət edilir.
Əbu Əli İbn Sinanın məzarı
Gözəl Həmədan şəhəri həm də məşhur alim Əbu Əli İbn Sinanın (980-1037) dəfn yeridir. İbn Sina Həmədanda olduğu müddətdə Buyəlilər əmirlərindən olan Şəms-od-dövlə Deyləminin vəziri idi. Daha sonra İsfəhana köçmüşdü, amma Həmədana səfər elədiyində bu şəhərdə vəfatetmişdi. İbn Sina türbəsinin əvvəlki binası Qacarlar dövründə Fəth Əli şahın nəvəsi Nigarın sifarişi ilə tikilmişdir.
(İbn Sinanın qədim türbəsi)
Təxminən 80 il bundan əvvəl qədim bina sökülüb yerinə indiki yeni bina tikilmişdir. İbn Sinanın türbəsini ziyarət edənlər oradakı muzeyi də ziyarət edib qədim əlyazma kitabları və arxeoloqların Həmədan bölgəsində kəşf etdikləri qədim tarixi əşyaları yaxından görə bilərlər. Türbə şəhərin içindəki meydanın ortasında yerləşməkdədir.
(İbn Sinanın yeni türbəsi)
Ester və Mordexay türbəsi
İrandaki yəhudi və xristianlar inanırlar İncildəki kraliça Ester və onun dayısının (bəzi rivayətlərə görə əmoğlusu) bu məkanda dəfn edilib və düzənli olaraq buranı ziyarətə gedərlər. Lakin bu düşüncə İrandan kənarda yaşayan yəhudilər tərəfindən dəstəklənməyir. Nə Babil, nə də Yerusəlim Talmutunda bu barədə heç bir söz yoxdur.
Tarixən sübuta yetirilməsi mümkün olmayan rəvayətə görə, Mordexay qədim Pers şahının ali muşaviriymiş. Ester beləliklə şahın sarayına yol tapmış və yəhudi olduğunu gizli saxlayaraq şahın həyat yoldaşı olmuşdur. Tövratdan götürülmüş rəvayətlərə görə, yəhudilərə kin bəsləyən vəzir, Mordexayı və bütün yəhudiləri öldürmək üçün padşahdan əmr alır. Padşahın həyat yoldaşı Ester bu xəbəri bilib və Mordexaya xəbər verir və beləliklə bu işin qabağı alınır.
Qeyd etdiyimiz kimi, Həmədanın gözəllikləri və tarixi abidələri o qədər rəngarəngdir ki, onları bu kiçik məqaləyə daxil etmək mümkün deyil. Üç min il bundan əvvəl Azərbaycanda formalaşmış bir dövlətin paytaxtı olmuş, sonrakı dövrlərdə də həmişə ticari, siyasi və mədəni əhəmiyyətini qoruyub saxlayan bir şəhər haqqında qapsamlı bir yazı hazırlamaq o qədər də asan deyil. Bu şəhərin müxtəlif yerlərində müxtəlif tarixi dövrlərə məsələn, Səlcuqlular, Moğol İlxanları, Səfəvilər, Qacarlar və s. aid əsərlərə rast gəlmək mümkündür. Həmədan qədim Azərbaycanın dövlətçiliyinin əzəmətini göstərən şəhərdir.
Xəbərin oxunma sayı : 796
Warning: Undefined array key 13 in /home/azfakt/public_html/news.php on line 208
Xəbərlər
-
Niderlandda ümumölkə karantini tətbiq olundu - Daha bir epidemiya həyəcanı
-
Azərbaycanda nikahların sayı 18 ilin ən aşağı səviyyəsinə düşüb - Boşanmaların statistikası
-
“Bu ikisi bütün cinayətlərdə əlbirdirlər“ - Ziyan 5 milyon manata çatdı
-
“Hamının pulunu verəcəm, onun yox...“ - Zal Yusifovun oğlu DANIŞDI
-
Saxta bilet satış səhifələri ilə bağlı - XƏBƏRDARLIQ
-
Böyük Britaniya Ukraynaya 10 milyard funt ayırdı - Zelenski açıqladı
-
Prezidentin qızları “Cənnətin ariyası”nın konsertində - FOTOLAR
-
“Nə maaşımı verdilər, nə də təzminatımı...” - “Lux Residence” şirkətindən ŞİKAYƏT
-
Azərbaycan Məkkə əl-Mükərrəmə Konvensiyasını imzaladı - FOTO
-
Onları qovmaq istəyən müdirlər cərimələnə bilər - 5000 AZN
-
15 il əvvəl dövlət torpağını zəbt edib ev tikdi - Məhkəmə cəzalandırdı
-
Prezident Fərman imzaladı - Daşınmaz əmlakın reyestri sistemi ilə bağlı
-
Milyonluq əmlaklar, villalar, torpaq sahələri…: Azərbaycanda hansı məmurların mülkləri müsadirə edilib?
-
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
-
Maliyyə Nazirliyinin vəzifələrindən biri ləğv olundu - FƏRMAN
-
Putinlə Mozambik Prezidentinin boy fərqi diqqət çəkdi - VİDEO+FOTO
-
“Nar” AzTU tələbələri üçün növbəti karyera planlaması təlimi keçirdi - FOTO
-
Azərbaycanda kişilər qadınlardan çox maaş alırlar - Ən böyük fərq hansı sahələrdədir?
-
Ramiz Mehdiyev bu orden və medallardan məhrum edilə bilər - SİYAHI
-
Elsevər Əliyevin həyat yoldaşı da saxlanıldı - Dələduzluğa görə
-
“Onu paraşütlə Kubaya atacağıq” - Tramp Rubionu ələ saldı
-
Azərbaycanda ümumi təhsil üzrə yeni standartlar hazırlanır - Elnur Əliyev
-
İcra hakimiyyəti eyni şirkətə yenidən yol təmiri sifarişi verdi - 482 min manatlıq tender
-
“Sabunçu Emin”, “Xırdalanlı filankəs”, “Qızıl barmaq Fatma”... - Gənclər niyə bu adlara həvəslidir?
-
Azərbaycanda minimum əməkhaqqı artırılacaq - Bu tarixdən
-
Əli Nağıyev BMT rəsmisi ilə terrorizmlə mübarizəni müzakirə etdi - FOTO
-
Yağış yağacaq, şimşək çaxacaq - Sabahın havası
-
Azərbaycanın dövlət borcu azalıb - Rəsmi rəqəmlər açıqlandı
-
“Dindarlar hər zaman dövlətimizin yanındadırlar“ - Allahşükür Paşazadə
-
Paytaxt məktəbində faciə: 7-ci sinif şagirdi həyatını itirdi
-
Azərbaycanda ən uzun ömürlü insanlar bu rayonlarda yaşayırlar - Tam siyahı
-
“Seçkilərin yekun nəticələrini gözləyirik” - Netanyahu
-
Vilayət Eyvazov vətəndaş qəbulu və sıra baxışı keçirəcək - Bu tarixdə
-
Binəqədi şosesindəki məşhur əmlak kompleksi 25,5 milyona satışa çıxarıldı - Fotolar
-
Azərbaycan Kubokunda hakim biabırçılığı - Qırmızı vərəqə verməyi unutdu
-
Məqsədimizə çatırıq, 15 km-dan çox irəlilədik - Zelenski
-
Elçin Yusubovun daha bir adamından şikayət var - Elxan Musayev sahibkarları incidib?
-
Prezidentdən beynəlxalq tədbir iştirakçılarına - Müraciət
-
Fermer və sahibkara qarşı dələduzluq edən şəxsə hökm oxundu - TƏFƏRRÜAT
-
Şagirdlərin elektron yerdəyişməsinə başlanılır - Bu tarixdən
-
Tramp Putin və Zelenski ilə görüş keçirmək istəyir - TASS
-
Azərbaycanda abortlar 15 yaşdan başlayır - STATİSTİKA
-
Vərəm xəstələri evlərində müayinə edilirlər - VİDEO
-
“Starlink“ böhranı Avropa İttifaqını hərəkətə gətirib - Bloomberg
-
ABŞ zərurət yaranarsa, İrana yenidən zərbə endirəcək - Tramp
-
Ramiz Mehdiyevin müsadirə edilən əmlakları - SİYAHI
-
Sakinlər “Osmanlı hamam“ istirahət məkanının fəaliyyətindən şikayətçidirlər - VİDEO
-
Ermənistanın Bərdədə törətdiyi terrordan 6 il ötür
-
Ramiz Mehdiyevə hökm oxundu - Bütün əmlakları müsadirə olundu, cəzasını isə...
-
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
-
Azərbaycanda daha 3 MMC ləğv olunur - Adları açıqlandı
-
Mirsaleh Seyidov niyə “vuruldu”? - Həbsxana qalmaqalları, kadr təmizləmələri…
-
İki Avropa lideri Putinə zəng etdi - “Birbaşa danışıqlar lazımdır”
-
Prezident və ailə üzvləri “Mənim Abşeronum: Üstə gəl“ sərgisi ilə tanış oldu (FOTO)
-
Gələn ilin büdcə xərcləri necə dəyişəcək? - Təfərrüat
-
Ermənistan Avrasiya İqtisadi Birliyindən çıxarıla bilər - Ararat Mirzoyan
-
İş icazəsi ilə bağlı qaydalar dəyişir: Bu şəxslərə şamil olunacaq
-
Salyanda bir ailənin üç üzvü bıçaqlanıb - Ölən var
-
Bakıda sökülən evlərə görə kompensasiya qaydaları dəyişə bilər? - Deputatdan təklif
-
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi - DETALLAR
-
Prezident ICESCO-nun Baş direktorunu qəbul etdi - Fotolar
-
Ermənistan parlamentində gərginlik: Mühafizəçilər çağırıldı + VİDEO
-
Daha bir vəzifəli şəxs həbs edildi - Mənimsəmədə ittiham olunur
-
Mirsaleh Seyidov vəzifəsindən azad edildi - Penitensiar xidmətə yeni rəis təyin olundu + DOSYE
-
“Yol Tikintiservis“ MMC ilə bağlı məhkəmə qərarı: 210 min manatlıq borc ödənilməlidir
-
Borcunu ödəməyənləri yeni aqibət gözləyir - Milli Məclisdən qərar
-
Prezident İlham Əliyev qonaqlarla görüşdü - VİDEO
-
Könül Həmzəyevaya qarşı 300 minlik dələduzluq: məhkəmə başladı
-
Dövlət hər şagirdə ildə ən azı 2000 manat ayıracaq - Rəsmi
-
“Salahlı Group“ adlı tikinti şirkəti 50-dən çox vətəndaşı aldadıb - VİDEO
-
“Hər zaman ayıq-sayıq olmalıyıq” - Prezident
-
Tramp Nikkini təriflədi - Ağ Ev onu mətbuat katibi “təyin etdi”
-
Bakının ucuz mənzillər satılan əraziləri açıqlandı - VİDEO
-
“Həzi Aslanov”dakı təmir başa çatdı - Qatarlar birbaşa gedəcək
-
“Azərbaycan sabitlik adasıdır“ - İlham Əliyev
-
Səday Alıyevə cinayət işi açıldı - Üç milyonluq mənimsəmə
-
Prezident Forumda iştirak edir - VIDEO - FOTOLAR
-
Təhlükəsizlik torlarının olmaması piyadalara təhlükə yaradır - VİDEO
-
“Hizbullah” İsraillə yeni müharibəyə hazırlaşır - “Reuters”
-
Deputatın oğlunun da iştirak etdiyi ölümlə nəticələnən davanın - Təfərrüatı
-
Su canlılarının cəsədləri niyə sahilboyu səpələnib? - VİDEO
-
Tramp Obamanı tənqid etdi: O, bərbad prezident idi
-
Zirzəminin özəlləşdirilməsinə hansı əsaslarla icazə verilib? - VİDEO
-
Direktorun otağında canlı yayım açan müəllim işdən çıxarıldı - Video
-
Mbappe “El Klasiko”da qol vurdu, Ronaldo kimi sevindi - Fotolar
-
Prezident BMT-nin Sivilizasiyalar Alyansının ali nümayəndəsini qəbul etdi - FOTO
-
İrana qarşı yeni əməliyyata başlaya bilərlər - Trampın əmrini gözləyirlər
-
Oktay Saraldan postunu tərk etməsi barədə - Açıqlama
-
Azərbaycanla Özbəkistan arasında sazişlər təsdiqləndi - FƏRMAN
-
Paşinyan yeni müxalifət axtarır - “Onlar məhv edilib”
-
Yeni Komissiya yaradıldı - Sədri Şahin Mustafayevdir
-
Bir şəhərə görə atəşkəs - dünyanın danışdığı Aleşki...
-
Azərbaycan “Aİ-95” markalı benzini Türkiyədən 1,9 manata alır - Siyahı
-
Prezident Niderlandın xarici işlər nazirini qəbul etdi - FOTOLAR
-
İranlı nazirin dediklərinə rəsmi reaksiya: “Öz problemlərinizlə məşğul olun”
-
Ağac kəsərkən qaydaları pozdu - İşdən azad edildi
-
“Piter Elçin“in qardaşını öldürən şəxslə bağlı qərar - Cəzası artırıldı
-
Maya dəyəri 5,7 manat olan mal əti 17 manata satılıb - Rəsmi statistika
-
İnfantinodan “Sabah” - “Qarabağ” oyunu ilə bağlı paylaşım - Fotolar
-
Avropanı məhvə aparan rəsmi təbliğat - Nənə və baba nəvəsini...
-
Paytaxtın bu küçəsində nəqliyyatın hərəkəti məhdudlaşdırılır - Xəbərdarlıq
-
İranı məhv etmək və ya razılaşma əldə etmək arasında seçim etməliyəm - Tramp
-
Baş Prokurorluq və DİN kafedəki qətllə bağlı məlumat yaydı: 11 nəfər həbs edilib (VİDEO)
-
Sabirabadda tibb məntəqəsinin fəaliyyətsiz qalması sakinlər üçün çətinlik yaradır - VİDEO
-
ABŞ Viktor Orbanı BMT-nin Baş katibi vəzifəsinə namizəd kimi görür - “The Wall Street Journal”
-
Vuçiç məğlubiyyəti etiraf etdi - “Tələbə siyahısı“ qalib gəldi
-
Tibb işçilərinə 25 faizədək əlavə maaş: Kimlər ala biləcək?
-
Avtomobil bazarında durğunluq yaşanır - Bəs qiymətlər necədir?/VİDEO
-
Balığın qiyməti od tutub yanır: Kütüm 35 manata qalxdı
-
Media və Yayım Şurasından Türkiyənin bəzi media resurslarında yayılan əsassız iddialara - Cavab
-
Ən populyar adlar dəyişdi: Yusifi Uğur, Zəhranı Melisa əvəzlədi
-
“Rusiya və Ukrayna danışıqlar masasına oturmağa razılaşıb“ - Vens
-
Almaniyada gizlənirdi, yeri tapıldı: Azərbaycana gətiriləcək
-
Ət bazarı üçün bədbin proqnoz - Daha böyük bahalaşma...
-
Bu marşrutların hərəkət sxemi dəyişdirilir - Hərəkət alternativ küçələrlə təşkil ediləcək
-
Azərbaycana “idxal terapiyası“ - ŞOK STATİSTİKA
-
İxtisas seçimi yalnız universitetə qəbul olmaq üçün verilən qərar deyil - Məleykə Abbaszadə
-
“Gələcəkdə süni intellekt özünü idarə edəcək” - İlon Mask
-
Azərbaycanda satılan mebellər burada hazırlanır - ŞOK statistika
-
İran neft blokadasının məngənəsində - “Üzən tankerlər”dəki neft və valyuta tükənir
TOP 10
ARXİV






