Xatirə açıq-saçıq geyimi ilə diqqət çəkdi - VİDEO “Həyatımı alt-üst etdin, hər şeyi dəyişdin“ - VİDEO Yarıçılpaq libası ilə diqqət çəkdi - Fotolar Ayselin kürək və sinə dekolteli geyimi - VİDEO
Axtar
 
  • / Maqazin / — 21 Sentyabr 2025

    Xatirə açıq-saçıq geyimi ilə diqqət çəkdi - VİDEO

  • / Maqazin / — 20 Sentyabr 2025

    “Həyatımı alt-üst etdin, hər şeyi dəyişdin“ - VİDEO

  • / Maqazin / — 15 Sentyabr 2025

    Yarıçılpaq libası ilə diqqət çəkdi - Fotolar

  • / Maqazin / — 29 Avqust 2025

    Ayselin kürək və sinə dekolteli geyimi - VİDEO

  • / Maqazin / — 09 İyun 2025

    “Ailə qurmaq istəyirəm” - Pərvin Abıyev

  • / Maqazin / — 04 İyun 2025

    “Uşağımı subay kişidən doğmuşam“ - Vəfa Şərifova

Vahid Ələkbərov bu il sərvətini 3,24 milyard dollar artırıb – “Bloomberg”

Tarix 01.08.24, 17:43

Font ölçüsü : - / +
bitmap-img6


Rusiyanın ən varlı iş adamlarının sərvəti bu ilin əvvəlindən 24,29 milyard dollar artıb.

Yeniavaz.com xəbər verir ki, bu barədə “Bloomberg” agentliyi şirkətlərin səhmlərinin dəyəri əsasında hesablanan “Bloomberg Milyarderlər İndeksi”nə (Bloomberg Billionaires Index) əsasən məlumat yayıb.
“Bloomberg Milyarderlər İndeksi”nə görə, ilin əvvəlindən “Eurochem” və SUEK-in həmtəsisçisi Andrey Melniçenko 6,37 milyard dollar qazanıb və bununla da onun sərvəti 25,2 milyard dollar olub. “Severstal”ın yaradıcısı Aleksey Mordaşovun sərvəti isə 5,89 milyard dollar artaraq, 26,8 milyard dollara çatıb. “Lukoyl”un təsisçisi Vahid Ələkbərov isə 3,24 milyard dollar qazanıb və beləliklə, onun sərvəti 27,9 milyard dollar təşkil edib.
Ən böyük itkiyə Rusiyanın ən böyük dəmir filizi istehsalçısı olan “Metalloinvest”in səhmdarı Əlişir Usmanov məruz qalıb. Belə ki, onun sərvəti 4,85 milyard dollar azalaraq 16,2 milyard dollara düşüb.
Qeyd edək ki, agentlik 2012-ci ilin mart ayından planetin ən varlı 500 adamının sərvətinə dair məlumatları özündə əks etdirən “Bloomberg Milyarderlər İndeksi”ni dərc edir.



Xəbərin oxunma sayı : 1168




Dünya

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap