“Nə qədər bağlı geyinsəm də, deyəcəklər...” - Röya Ayxan Xalq artistinin bu geyimi müzakirə yaratdı - VİDEO Canlı yayımda müğənnilər arasında dava düşdü - VİDEO “Onun-bunun ərindən uşaq doğanlar...“ - Efirdə qalmaqal
Axtar
 
  • / Maqazin / — 02 Dekabr 2025

    “Nə qədər bağlı geyinsəm də, deyəcəklər...” - Röya Ayxan

  • / Maqazin / — 01 Dekabr 2025

    Xalq artistinin bu geyimi müzakirə yaratdı - VİDEO

  • / Maqazin / — 28 Noyabr 2025

    Canlı yayımda müğənnilər arasında dava düşdü - VİDEO

  • / Maqazin / — 21 Noyabr 2025

    “Onun-bunun ərindən uşaq doğanlar...“ - Efirdə qalmaqal

  • / Maqazin / — 11 Noyabr 2025

    Pərvin Abıyeva yeni geyimi ilə diqqət çəkdi - FOTOLAR

  • / Maqazin / — 10 Noyabr 2025

    “Aygün xanımla aramızda soyuqluq var idi“ - VİDEO

Müğənni Rəqsanənin evindən 218 min dollarlıq qızıl oğurlanıb? - “Ona sentyabrın 30-dək vaxt verirəm“

Tarix 26.09.24, 11:35

Font ölçüsü : - / +
bitmap-img6


Müğənni Rəqsanə İsmayılova Moskvadakı mənzilindən oğurluq edən şəxsin əməlini etiraf etdiyini açıqlayıb.

AzFakt.com Publika.az-a istinadla xəbər verir ki, müğənni "Bizimləsən” verilişində həmin şəxsin tanınmış adam olduğunu deyib:

“Oğurluq edən şəxsin artıq ailəsi də bilir. O, oğurluq etdiyini Azərbaycanda boynuna alıb. Artıq vəkillərimiz Azərbaycana sorğu göndəriblər. Sorğunun dövlət qurumlarına təqdim edilməsini gözləyirik. Həyatda ona təəssüflənirəm ki, niyə həmişə insanın çörəyini yeyənlər ona badalaq vururlar.

Oğurluq edən şəxs çox tanınmış insandır. Onu bütün Azərbaycan tanıyır. Məndən başqa da bir çox insanlarla işləyib. Ayın 30-dək ona vaxt verirəm. Əgər sırğamı qaytarsa, onu hüquqi müstəvidə bağışalayacam və adını açıqlamayacam. Əks halda efirə çıxıb adını deyəcəm.

O, sırğa ilə yanaşı qızım Yağmurun brilliant üzüyünü və həyat yoldaşımın qızıl üzüyünü də götürmüşdü. Onları mənə qaytardı. Deməli, o, sırğalarımı Moskvada lombarda qoyub. Sırğanın biri ilə pul götürüb. Digəri ilə isə başqa vaxt pul götürüb. Sırğanın birini qaytarıblar, birini isə ödəniş gecikdiyinə görə lombard satıb. Bu sırğanı özüm almamışam, hədiyyədir”.

Qeyd edək ki, Rəqsanə İsmayılovanın evindən 218 min avro dəyərində sırğası oğurlanıb.



Xəbərin oxunma sayı : 976




Maqazin

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap