“Kişi məclislərinə bir şərtlə gedirəm” - Nigar Şabanova “Elə kişi ilə 1 gün də yaşamaram” - Aygün Şükürova Britni Spirs restoranda qalmaqal yaradıb - Hürüb, bıçaqla gəzib Aysel Teymurzadə mini geyimdə ağılları başdan aldı - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 12 İyun 2026

    “Kişi məclislərinə bir şərtlə gedirəm” - Nigar Şabanova

  • / Maqazin / — 04 İyun 2026

    “Elə kişi ilə 1 gün də yaşamaram” - Aygün Şükürova

  • / Maqazin / — 15 May 2026

    Britni Spirs restoranda qalmaqal yaradıb - Hürüb, bıçaqla gəzib

  • / Maqazin / — 12 May 2026

    Aysel Teymurzadə mini geyimdə ağılları başdan aldı - FOTOLAR

  • / Maqazin / — 05 May 2026

    Müğənni yeni sevgilisinin olduğunu açıqladı - VİDEO

  • / Maqazin / — 26 Aprel 2026

    Aygün Kazımova görünüşü ilə ağılları başdan aldı - FOTOLAR

Rüstəmov bu rayondakı əmlaklarını da satışa çıxarıb – Torpaq sahələri, villalar, obyektlər...

Tarix 27.09.24, 22:14

Font ölçüsü : - / +
bitmap-img6


Mərkəzi Bankın keçmiş sədri, Baş nazirin müşaviri Elman Rüstəmov Qax rayonundakı əmlaklarını da satışa çıxarıb.

Bu barədə “AzPolitika”-ya adıçəkilən rayondan daxil olan məlumatda bildirilir. Qeyd olunur ki, keçmiş baş bankirə məxsus iri torpaq sahələri, villalar, obyektlər satışa qoyulub.

Xatırladaq ki, Qax, Zaqatala rayonları uzun illər Elman Rüstəmovun qudası, “Su Təsərrüfatı ASC”-nin keçmiş rəhbəri Əhməd Əhmədzadənin ailəsinin nəzarətində olub. Onun qardaşı Mübariz Əhəmdzadə bu rayonlarda icra başçısı vəzifəsini tutub. Nəticədə bölgənin iri torpaq sahələri, gəlirli ticarət obyektləri onların nəzarətinə keçib. Görünür, E.Rüstəmov da qudaları vasitəsi ilə Qax rayonundan milyonluq mülklərin sahibi olub.

Keçmiş bankirin əmlakını satışa çıxarması yeni xəbər deyil, o, digər sahələrdəki investisiyalarına da “əl gəzdirir”.

Bir neçə gün əvvəl “AzPolitika”-da dərc oluna məlumatda Elman Rüstəmovun biznes imperiyasının tərkib hissəsi kimi təqdim edilən “Səba” ASC-də ciddi maliyyə problemləri yarandığı bildirilirdi.

Açıklama yok.

Qeyd olunur ki, sirkətin səhmdarlarının oktyabrın 28- i tarixinə təyin edilmiş növbədənkənar ümumi yığıncağının gündəliyinə ASC-nin aktivlərinin bir hissəsinin satılması məsələsi salınıb. Belə ki, İdarə Heyəti qərarında yığıncağın gündəliyinə törəmə şirkətlərdəki “Səba” ASC-yə məxsus payların satılması da daxil edilib.

Xatırladaq ki, "Səba"nın aktivləri Hidayət Quliyev (37,5%), Natiq Quliyev (37,5%) və Azərbaycan İnvestisiya Holdinqinə (25%) məxsusdur. Onların Mərkəzi Bankın sabiq sədri Elman Rüstəmovun xalası oğlanları olduğu bildirilir.

"Bank Respublika” ASC-nin əsas səhmdarlarından olan Natiq Quliyevin qardaşları Elçin və Namiq Quliyevlə birlikdə Elman Rüstəmovun Azərbaycanda müxtəlif sahələrə aid biznesini idarə etdikləri bildirilir. Bura Rüstəmova aid bəzi bank və şirkətlərlə yanaşı, maşın salonları, restoranlar, şadlıq evləri, quşçuluq təsərrüfatı və sair daxildir.

Qeyd olunanlarla bağlı Elman Rüstəmovun mövqeyini dərc etməyə hazırıq.




Xəbərin oxunma sayı : 1735




Gündəm

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap