“Bu, Aygün xanımın mənə böyük hədiyyəsidir“ - Namiq Qaraçuxurlu Ancelina Coli buna görə yarıçılpaq poz verdi - FOTO “Nə qədər bağlı geyinsəm də, deyəcəklər...” - Röya Ayxan Xalq artistinin bu geyimi müzakirə yaratdı - VİDEO
Axtar
 
  • / Maqazin / — 02 Yanvar 2026

    “Bu, Aygün xanımın mənə böyük hədiyyəsidir“ - Namiq Qaraçuxurlu

  • / Maqazin / — 17 Dekabr 2025

    Ancelina Coli buna görə yarıçılpaq poz verdi - FOTO

  • / Maqazin / — 02 Dekabr 2025

    “Nə qədər bağlı geyinsəm də, deyəcəklər...” - Röya Ayxan

  • / Maqazin / — 01 Dekabr 2025

    Xalq artistinin bu geyimi müzakirə yaratdı - VİDEO

  • / Maqazin / — 28 Noyabr 2025

    Canlı yayımda müğənnilər arasında dava düşdü - VİDEO

  • / Maqazin / — 21 Noyabr 2025

    “Onun-bunun ərindən uşaq doğanlar...“ - Efirdə qalmaqal

Türkiyənin gizli cənnəti: Gürün Gökpınar Gölü

Tarix 27.11.24, 13:11

Font ölçüsü : - / +
bitmap-img6


Türkiyənin zəngin tarixi, bənzərsiz mədəni irsi və möhtəşəm təbiət mənzərələri hər il milyonlarla turisti özünə cəlb edir. Bu gözəlliklərin içərisində, Sivasın Gürün rayonunda yerləşən Gökpınar Gölü, təbiətsevərlər üçün sanki gizli bir cənnətdir.

Gürün, təbiət baxımından nadir yerlərdən biridir. Burada yerləşən Gökpınar Gölü, şəffaf və təmiz suyu ilə, hər kəsi özünə heyran qoyur. Gölün ən diqqətçəkici xüsusiyyətlərindən biri isə suyun rənginin günəşin bucağına görə dəyişməsidir. Gölün maviliyi, ona bu adın verilməsinə səbəb olub. Göl iki əsas hissədən ibarətdir: Kiçik Göl, alabalıq istehsalı üçün nəzərdə tutulubr, Böyük Göl isə turistik ziyarətlər üçün nəzərdə tutulub…

Gökpınar Gölü və əfsanəsi

Hər təbii gözəlliyin bir əfsanəsi olur. Gökpınar Gölünün də özünə məxsus bir əfsanəsi var. Deyilənə görə, bir gün çoban Gökpınar Gölünün yaxınlığında qoyunlarını otararkən qəribə bir səs eşidir. Bu səslər onu qorxudub və dərhal qoyunlarını götürərək ərazidən uzaqlaşmağa başlayır. Lakin çoban geriyə baxanda, Gökpınar Gölünün su ilə  dolduğunu və gözəl bir gölə çevrildiyinin şahidi olur.

Gökpınar Gölünə necə getmək olar?

Gökpınar Gölü, Sivasın Gürün rayonunda yerləşir və Gürün mərkəzindən cəmi 10 km uzaqlıqdadır. Lakin Sivasın mərkəzindən bu möhtəşəm təbiət gözəlliyinə çatmaq üçün 146 km yol qət etmək lazımdır. Hər il yüzlərlə insan bu təbii ərazini ziyarət etmək üçün müxtəlif nəqliyyat vasitələrindən istifadə edir.

Sivasın Gürün mahal mərkəzindən, Kayseri-Malatya yolu üzərindəki Çayboyu məhəlləsindən Gökpınar Gölünə doğru getmək mümkündür. Gökpınar Gölü, həmçinin şəxsi avtomobil, mikroavtobus və ya taksi ilə də asanlıqla ziyarət edilə bilər. Əlavə olaraq, Sütatı ərazisindən piyada gedərək bu gözəl gölə çatmaq mümkündür, lakin bu, həm uzaq məsafə, həm də yolu yaxşı tanımağı tələb edir.

Gökpınar Gölü, hər kəsin təbiətlə baş-başa qalmaq və sadəcə gözəlliyinə qapılmaq üçün mükəmməl bir məkandır. Bu gözəl gölü ziyarət edən hər kəs, sanki təbiətin sükunətində itir, ruhunu dincəldir.





Xəbərin oxunma sayı : 973




Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap