Azərbaycanda bu məşhur müğənnilərə efir qadağası qoyuldu - SİYAHI “Sevdiyim şəxs var, heç “instagram“ı da yoxdur“ - Aysun Boşandığı həyat yoldaşı ilə bağlı etiraf etdi: “Onu sevirəm“ Efirdə xanəndə ilə Mənzurə arasında gərginlik - VİDEO
Axtar
 
  • / Maqazin / — 27 Fevral 2026

    Azərbaycanda bu məşhur müğənnilərə efir qadağası qoyuldu - SİYAHI

  • / Maqazin / — 22 Fevral 2026

    “Sevdiyim şəxs var, heç “instagram“ı da yoxdur“ - Aysun

  • / Maqazin / — 05 Fevral 2026

    Boşandığı həyat yoldaşı ilə bağlı etiraf etdi: “Onu sevirəm“

  • / Maqazin / — 26 Yanvar 2026

    Efirdə xanəndə ilə Mənzurə arasında gərginlik - VİDEO

  • / Maqazin / — 02 Yanvar 2026

    “Bu, Aygün xanımın mənə böyük hədiyyəsidir“ - Namiq Qaraçuxurlu

  • / Maqazin / — 17 Dekabr 2025

    Ancelina Coli buna görə yarıçılpaq poz verdi - FOTO

Fransa nəhəngindən Kvaratsxeliya cəlbedici təklif - 4 dəfə çox maaş alacaq

Tarix 10.01.25, 23:42

Font ölçüsü : - / +
bitmap-img6


PSJ klubu "Napoli"nin vingeri Xviça Kvaratsxeliyaya cəlbedici təklif göndərib. 

Fanat.Az xəbər verir ki, məlumatı tanınmış insayder Fabritsio Romano yayıb.

Mənbənin məlummatına görə, parislilər gürcü futbolçuya Neapol təmsilçisində aldığından 4 dəfə çox maaş təklif edir. Hazırda tərəflər arasında danışıqlar gedir və futbolçunun nümayəndələri mümkün müqavilə şərtlərini müzakirə edirlər.

“Capology”yə görə, Kvaratsxeliya “Napoli”də ildə 2,05 milyon avro (vergilər çıxdıqdan sonra 1,6 milyon avro) qazanır. Bu o deməkdir ki, PSJ futbolçuya illik 10 milyon avrodan çox maaş təklif edir.

Fransa nəhəngi Gürcüstan millisinin üzvünə görə "Napoli"yə 80 milyon avro təklif edib. Onun hazırki klubu ilə müqaviləsinin müddəti 2027-ci ilin yayına kimi nəzərdə tutulub.
"Transfermarkt" Xviçanın dəyərini 85 milyon avro qiymətləndirir.

23 yaşlı Kvaratsxeliya bu mövsüm "Napoli"nin heyətində 19 oyuna çıxıb, 5 qol vurub, 3 məhsuldar ötürmə verib.



Xəbərin oxunma sayı : 1537




İdman

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap