Rəqqasə Renka şaxtalı havada bikinidə qarda çimdi - VİDEO Sinə dekoltesini mikrofonla bağlamağa çalışdı - VİDEO Sibel Can yenə libası ilə gündəmdə - FOTOLAR Nuranın illər əvvəlki mahnısı trend oldu - VİDEO
Axtar
 
  • / Maqazin / — 23 Fevral 2025

    Rəqqasə Renka şaxtalı havada bikinidə qarda çimdi - VİDEO

  • / Maqazin / — 17 Fevral 2025

    Sinə dekoltesini mikrofonla bağlamağa çalışdı - VİDEO

  • / Maqazin / — 16 Fevral 2025

    Sibel Can yenə libası ilə gündəmdə - FOTOLAR

  • / Maqazin / — 13 Fevral 2025

    Nuranın illər əvvəlki mahnısı trend oldu - VİDEO

  • / Maqazin / — 08 Fevral 2025

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 27 Yanvar 2025

    Aygün Kazımova ad gününü belə qeyd etdi - VİDEO

Sumqayıtda 81 yaşlı kişini öldürüb basdıran ustanın cəzası azaldıldı - SƏBƏB

Tarix 02.03.25, 18:47

Font ölçüsü : - / +
bitmap-img6


Sumqayıt şəhərində 81 yaşlı kişini öldürərək basdırmaqda ittiham olunan şəxsin cəzası azaldılıb. Qətlin baş verməsinə səbəb ev sahibi ilə usta arasında yaranmış mübahisə olub.

Musavat.com xəbər verir ki, 1941-ci il təvəllüdlü Nadir Rzayev evinə usta kimi çağırdığı 1977-ci il təvəllüdlü Samir Abbasov tərəfindən qətlə yetirilib.

Araşdırmalar zamanı Samirin taxta ustası olması müəyyənləşib. O, Nadir Rzayevin tikdirdiyi evdə pilləkən hazırlanması sifarişini götürüb və həmin ərəfədə işə başlayıb. Lakin daha sonra tərəflər arasında ödənişə görə mübahisə yaranıb.

Hadisə zamanı Samir Abbasov 81 yaşlı kişinin başına küt əşya ilə vurub. Nadir Rzayev yıxılan zaman dəmir oturacağın üstünə yıxılıb və ağır xəsarətlər alıb. Samir ona kömək etməyərək evin qapısını bağlayaraq gedib. Bununla da mərhumu ölümə tərk edib.

Bir gün sonra evə geri qayıdıb və Nadir Rzayevin öldüyündən əmin olduqdan sona onu basdırıb. Nadir Rzayev bir neçə gün itkin kimi axtarışda olub. Sonra onun qətlə yetirildiyi məlum olub.

Samir Abbasov qarşı Cinayət Məcəlləsinin 120.2.9-cu (təqsirkar şəxs üçün aşkar surətdə köməksiz vəziyyətdə olan adamı öldürmə, habelə adam oğurluğu və ya girov götürülməsi ilə bağlı adam öldürmə) maddəsi ilə ittiham elan edilib.

Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Samir Abbasov 16 il müddətinə azadlıqdan məhrum edilib.

Samir Abbasov bu hökmdən narazı qlaaraq apellyasiya şikayəti verib. Onun şikayəti təmin edilməyib. Abbasov Ali Məhkəməyə üz tutub. Ali Məhkəmə Abbasovun cəzasını 3 ay azaldıb.

Ali Məhkəmə belə qənaətə gəlib ki, S.Abbasova hökm oxunan zaman ağırlaşdırıcı hal kimi mərhumun yaşının nəzərə alınması qanun pozuntusudur. Belə ki, ittiham elan edilən maddə ilə mərhumun yaşı və köməksiz vəziyyətdə olması nəzərə alınıb. Mərhumun yaşının əlavə ağırlaşdırıcı hal kimi nəzərə alınması əsassızdır. Buna görə də təqsirləndirilən şəxsin cəzasını ağırlaşdıran hallar sırasından “mərhumun yaşı” hissəsi çıxarılıb. Buna görə də S.Abbasovun cəzası 3 ay azaldılıb.



Xəbərin oxunma sayı : 241




Hadisə

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap