“Mənim ərə gedən vaxtım deyil...“ - Kəmalə Günəşli Rəqqasə Renka şaxtalı havada bikinidə qarda çimdi - VİDEO Sinə dekoltesini mikrofonla bağlamağa çalışdı - VİDEO Sibel Can yenə libası ilə gündəmdə - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 04 Mart 2025

    “Mənim ərə gedən vaxtım deyil...“ - Kəmalə Günəşli

  • / Maqazin / — 23 Fevral 2025

    Rəqqasə Renka şaxtalı havada bikinidə qarda çimdi - VİDEO

  • / Maqazin / — 17 Fevral 2025

    Sinə dekoltesini mikrofonla bağlamağa çalışdı - VİDEO

  • / Maqazin / — 16 Fevral 2025

    Sibel Can yenə libası ilə gündəmdə - FOTOLAR

  • / Maqazin / — 13 Fevral 2025

    Nuranın illər əvvəlki mahnısı trend oldu - VİDEO

  • / Maqazin / — 08 Fevral 2025

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

Trampla Putin üç saat telefonla danışdı - Kreml açıqlama yaydı

Tarix 18.03.25, 22:31

Font ölçüsü : - / +
bitmap-img6


Ağ Evin yaydığı məlumata əsasən, ABŞ lideri Donald Trampla Rusiya Prezidenti Vladimir Putin arasında telefon danışığı başa çatıb.

Məlumata görə söhbət 3 saata yaxın davam edib və Rusiya ilə ABŞ liderləri arasında tarixdə ən uzun telefon danışığı olub.

ABŞ administrasiyası müharibəni sona çatdırmaq üçün mümkün bir yol kimi 30 günlük atəşkəs təklifini imzalamaqla bağlı Rusiya tərəfi ilə müzakirə aparır.

Rusiya Prezidenti Vladimir Putin amerikalı həmkarı Donald Trampı məlumatlandırıb ki, martın 19-da Rusiya və Ukrayna tərəfləri arasında “175-in 175-ə” olmaqla əsirlərin mübadiləsi həyata keçiriləcək.

Bu barədə Kremlin mətbuat xidməti bildirib.

Söhbət zamanı Donald Tramp münaqişə tərəflərinə 30 gün ərzində enerji infrastrukturu obyektlərinə hücumlardan qarşılıqlı imtina təklifi irəli sürüb. Vladimir Putin bu təşəbbüsə müsbət cavab verib.

“Söhbət zamanı Donald Tramp münaqişə tərəflərinə 30 gün ərzində enerji infrastrukturu obyektlərinə hücumlardan qarşılıqlı şəkildə çəkinmək təklifi irəli sürüb. Vladimir Putin bu təşəbbüsə müsbət cavab verib və dərhal Rusiya hərbçilərinə müvafiq əmr verib”, – məlumatda deyilir.

Putin, həmçinin, Trampın Qara dənizdə təhlükəsizliklə bağlı məlum təşəbbüsü həyata keçirmək fikrinə də konstruktiv reaksiya verib. Belə bir sazişin konkret detallarının daha da işlənib hazırlanması üçün danışıqlara başlamaq razılaşdırılıb.

Vladimir Putin bildirib ki, martın 19-da Rusiya və Ukrayna tərəfləri arasında 175 məhbusun 175-ə dəyişdirilməsi həyata keçiriləcək. 

Həmçinin qeyd edilib ki, Moskva xoşməramlılıq əlaməti olaraq Rusiyanın tibb müəssisələrində müalicə alan 23 ağır yaralı ukraynalı hərbçini Kiyevə təhvil verəcək.

“Liderlər ikitərəfli qaydada, o cümlədən ABŞ Prezidentinin qeyd olunmuş təkliflərini nəzərə alaraq, Ukrayna münaqişəsinin nizamlanmasına nail olmaq üçün səyləri davam etdirmək niyyətlərini təsdiqləyiblər”, – məlumatda bildirilib.

Bu məqsədlə Rusiya və Amerika ekspert qrupları yaradılır.

Liderlər beynəlxalq gündəmdəki digər məsələlərə, o cümlədən Yaxın Şərq və Qırmızı dəniz regionunda vəziyyətə də toxunublar. Böhran nöqtələrində vəziyyətin sabitləşdirilməsi, nüvə silahının yayılmaması və qlobal təhlükəsizlik məsələlərində əməkdaşlığın qurulması üçün birgə səylər göstəriləcək.

Münaqişənin sülh yolu ilə həllinə prinsipial sadiqliyini təsdiqləyən Putin amerikalı tərəfdaşları ilə birlikdə hərtərəfli, davamlı və uzunmüddətli olmalı olan mümkün həll yollarını diqqətlə öyrənməyə hazır olduğunu bəyan edib.

ABŞ prezidentinin Rusiya tərəfində 30 günlük atəşkəs tətbiq etmək təşəbbüsü kontekstində bütün döyüş təmas xətti boyunca mümkün atəşkəsə effektiv nəzarətin təmin edilməsi, Ukraynada məcburi səfərbərliyin dayandırılması zərurəti və Ukrayna Silahlı Qüvvələrinin yenidən silahlanması ilə bağlı bir sıra mühüm məqamlar müəyyən edilib.

Kremldən bildirilib ki, Putin  "əldə olunmuş razılaşmaları pozan” Kiyev rejimi ilə danışıqlarla bağlı ciddi risklərin olduğunu qeyd edib.

Prezidentlər Ukrayna ordusunun Kurska hücumlarındanda  bəhs ediblər.

Vurğulanıb ki, münaqişənin genişlənməsinin qarşısının alınması və onun siyasi və diplomatik yollarla həllinə çalışmağın əsas şərti xarici hərbi yardımın tamamilə dayandırılmasıdır.

Prezidentlərin qaldırılan bütün məsələlərlə bağlı əlaqə saxlamaq barədə razılığa gəldiyi qeyd olunur. 





Xəbərin oxunma sayı : 655




Dünya

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap