“Mənim ərə gedən vaxtım deyil...“ - Kəmalə Günəşli Rəqqasə Renka şaxtalı havada bikinidə qarda çimdi - VİDEO Sinə dekoltesini mikrofonla bağlamağa çalışdı - VİDEO Sibel Can yenə libası ilə gündəmdə - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 04 Mart 2025

    “Mənim ərə gedən vaxtım deyil...“ - Kəmalə Günəşli

  • / Maqazin / — 23 Fevral 2025

    Rəqqasə Renka şaxtalı havada bikinidə qarda çimdi - VİDEO

  • / Maqazin / — 17 Fevral 2025

    Sinə dekoltesini mikrofonla bağlamağa çalışdı - VİDEO

  • / Maqazin / — 16 Fevral 2025

    Sibel Can yenə libası ilə gündəmdə - FOTOLAR

  • / Maqazin / — 13 Fevral 2025

    Nuranın illər əvvəlki mahnısı trend oldu - VİDEO

  • / Maqazin / — 08 Fevral 2025

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

Ərdoğandan İmamoğlu açıqlaması - “Bu cəhdləri ikiüzlülüyün zirvəsidir...”

Tarix 20.03.25, 23:29

Font ölçüsü : - / +
bitmap-img6


Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ədalət və İnkişaf Partiyasının (AK partiya) keçmiş deputatları ilə bir araya gəlib.  Ərdoğan ilk dəfə İstanbul Böyükşəhər Bələdiyyə başçısı Əkrəm İmamoğlunun saxlanılması və Türkiyədə baş verən etirazlara münasibət bildirib.

AzFakt.com xəbər verir ki, o, çıxışında Türkiyənin hər gün yeni hadisələrlə oyandığını vurğulayıb, bəzi mövzuların süni şəkildə gündəmə gətirildiyini bildirib. 

O, müxalifətin daxili çəkişmələrini və hüquqla bağlı problemlərini ölkənin əsas problemi kimi təqdim etməyə çalışdığını qeyd edib: “Cümhuriyyət Xalq Partiyasının (CHP) problemi yalnız bir neçə insana aiddir. Müxalifətin daxili çəkişmələrini, qanunla bağlı problemlərini ölkənin ən mühüm problemi kimi təqdim etmək cəhdləri ikiüzlülüyün zirvəsidir".

“Onların hirs və ehtirasları ağlını əsir alıb. CHP və müxalifət dairələri həm diplom məsələsində, həm də korrupsiya və oğurluq iddialarında məhkəmənin ortaya qoyduğu faktlara cavab verə bilmirlər”, – deyə Ərdoğan bildirib.

Ərdoğan müxalifətin iddialara aydın cavab vermək əvəzinə xalqı aldatmağa çalışdığını qeyd edib: “Əgər desələr ki, bu diplom qaydalara uyğun şəkildə alınıb və ya desələr ki, bələdiyyədə korrupsiya yoxdur, bunu hüquq çərçivəsində müzakirə etmək olar. Amma bunu etmirlər, çünki həqiqəti ən yaxşı onlar bilir.”

Ərdoğanın sözlərinə görə, CHP daxilində bir çox idarəçi daxili rəqiblərini sıradan çıxarmaq üçün səylər göstərir və bəzi sənədlər məhz onların öz partiya üzvləri tərəfindən məhkəməyə təqdim edilib.

“Biz nə fərdi, nə də partiya olaraq müxalifətin tamaşalarına vaxt sərf edəcək durumda deyilik. Biz yalnız öz işimizə fokuslanır, hədəflərimizə doğru irəliləyirik”, – deyə Prezident Ərdoğan vurğulayıb. 

Türkiyə lideri bildirib ki, müxalifət çıxışlarına qulaq asmağa vaxtı yoxdur: “Heç birimizin müxalifət çıxışlarına vaxtımız yoxdur. Qətiyyətli və təsirli əməliyyatlarla terrorçuları torpaqlarımızdan təmizlədik. Onu da korrupsiyadan təmizlədik. Onlar da (müxalifət - red.) bilirlər ki, bu məlumatların və sənədlərin böyük hissəsini məhkəmə orqanlarına öz partiyalarının üzvləri ötürüblər. Biz hökumət və müttəfiq olaraq Türkiyəni 40 illik böhrandan xilas etməkdə qətiyyətli və səmimiyik”.





Xəbərin oxunma sayı : 1150




Dünya

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap