“Mənim ərə gedən vaxtım deyil...“ - Kəmalə Günəşli Rəqqasə Renka şaxtalı havada bikinidə qarda çimdi - VİDEO Sinə dekoltesini mikrofonla bağlamağa çalışdı - VİDEO Sibel Can yenə libası ilə gündəmdə - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 04 Mart 2025

    “Mənim ərə gedən vaxtım deyil...“ - Kəmalə Günəşli

  • / Maqazin / — 23 Fevral 2025

    Rəqqasə Renka şaxtalı havada bikinidə qarda çimdi - VİDEO

  • / Maqazin / — 17 Fevral 2025

    Sinə dekoltesini mikrofonla bağlamağa çalışdı - VİDEO

  • / Maqazin / — 16 Fevral 2025

    Sibel Can yenə libası ilə gündəmdə - FOTOLAR

  • / Maqazin / — 13 Fevral 2025

    Nuranın illər əvvəlki mahnısı trend oldu - VİDEO

  • / Maqazin / — 08 Fevral 2025

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

“Top Ermənistanın tərəfindədir“ - Elçin Əmirbəyov

Tarix 21.03.25, 9:30

Font ölçüsü : - / +
bitmap-img6


"Azərbaycan Ermənistan ilə sülh sazişi bağlamağa hazırdır".

"Buenos Aires Times" xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyevin xüsusi tapşırıqlar üzrə nümayəndəsi Elçin Əmirbəyov Argentinaya səfəri zamanı deyib.

O, Azərbaycanın Argentinadakı səfirliyinin təşkil etdiyi mətbuat konfransında bildirib ki, Cənubi Qafqazın iki xalqı tarixi müqaviləni bağlamağa yaxındır.

E.Əmirbəyov diqqətə çatdırıb ki, davamlı sülhün təsis edilməsindən ötrü Ermənistan tərəfindən konstitusiya islahatı zəruri addımdır:

"Ermənistanın hazırkı konstitusiyası Azərbaycanın suveren ərazisinin bir hissəsinə ərazi iddialarını ehtiva edir. Biz istəyirik ki, bu iddialar Ermənistanın konstitusiyasından çıxarılsın, çünki onları diqqətdən kənarda qoysaq, həll etməsək, gələcək sülhə ciddi təhdid törədə bilər. İndi top Ermənistanın tərəfindədir".

Prezidentin xüsusi nümayəndəsi əlavə edib ki, sülh sazişi ATƏT-in Minsk qrupunun buraxılmasını da tələb edir. Onun sözlərinə görə, Azərbaycan və Ermənistan arasındakı şərti sərhəddə patrul xidməti aparan Avropa silahlı qüvvələri bu ərazini tərk etməlidirlər:

"Biz əminik ki, münasibətlərimizin gələcəyi Ermənistan və Azərbaycanın əlindədir və bu işdə hansısa üçüncü tərəfə, kənar qüvvələrə ehtiyac yoxdur".

E.Əmirbəyov Azərbaycan-Argentina ticarət danışıqlarına da toxunaraq Azərbaycanın bu ölkə ilə xüsusilə kənd təsərrüfatı və ticarət vasitəsilə iqtisadi münasibətlərinin möhkəmləndirilməsinə ümid etdiyini vurğulayıb:

"Fikrimcə, Argentinanın Ermənistan ilə gözəl münasibətləri var, amma bu o demək deyil ki, Argentinanın Azərbaycanla gözəl münasibətləri ola bilməz".



Xəbərin oxunma sayı : 262




Siyasət

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap