![]() |
|














“Onların kitabı bağlandı” - Prezident
Tarix 18.03.25, 23:25 |
|

“Onların xatirəsi bizim qəlbimizdə əbədi yaşayacaq. Allah bütün qəhrəmanlarımıza cansağlığı versin. Vətən uğrunda döyüşmüş, qəhrəmanlıq göstərmiş hərbçilərimizi biz hər zaman qiymətləndiririk. Biz gənc nəslin qəhrəmanlığı, şücaəti hesabına torpaqlarımızı geri aldıq, işğalçıları torpaqlarımızdan qovduq”.
AzFakt.com xəbər verir ki, bunu Prezident İlham Əliyev martın 18-də Ağdərə rayonunun Suqovuşan kəndində yeni mənzillərə köçən kənd sakinlərinə evlərin açarlarını təqdim edərkən deyib.
Dövlət başçısı bildirib ki, bu, uzun bir proses idi:
“İlk növbədə, dövlət quruculuğu prosesi getməli idi və güclü dövlət quruldu ki, bu gün Azərbaycan dünyada sayı o qədər də çox olmayan müstəqil siyasət apara biləcək ölkədir. İqtisadi inkişaf təbii ki, olmalı idi. Çünki bizə heç kim kömək etmirdi. Bu gün də heç kim kömək etmir və buna ehtiyac da duymuruq. Ona görə öz gücümüzə əsaslanaraq iqtisadi imkanlar yaratmalı idik ki, maliyyə imkanlarımız olsun. Güclü Ordu yaratmalı idik, bunu da etdik. Ordumuzu təchiz etməli idik, onu da etdik. Ordumuzun döyüş qabiliyyətini artırmaq üçün müntəzəm işlər gedirdi. Əlbəttə ki, gənc nəslin yetişdirilməsi. Vətənpərvərlik ruhunda, dövlətə, xalqa bağlı olan gəncləri yetişdirdik. Onlar 30 ildən sonra öz tarixi missiyalarını şərəflə yerinə yetirdilər və həm İkinci Qarabağ müharibəsi dövründə, həm də antiterror əməliyyatı dövründə böyük qəhrəmanlıq göstərmişlər. Bilirsiniz ki, indi bir çox xarici ali məktəblərdə bizim uğurlu əməliyyatımız öyrənilir”.
Prezident əlavə edib ki, indi dünyada müharibələr, qanlı toqquşmalar kifayət qədər geniş vüsət alır:
“İndi internet dövründə, informasiya azadlığı dövründə hər kəs hər şeyi bilir, görür və izləyə bilir. Görürük ki, heç də hər bir ölkə öz maraqlarını, ədalətli maraqlarını özü təmin edə bilmir, ya da öz ərazi bütövlüyü uğrunda mübarizə aparır, amma nəticəyə çata bilmir, ya da ki, hər hansı bir kiçikhəcmli hərbi uğura nail olur, amma tam qələbə əldə edə bilmir. Yəni, sadəcə olaraq, bu gün dünyada gedən toqquşmalara, münaqişələrə, müharibələrə nəzər salsaq, son tarixin müharibələrinə nəzər salsaq, hətta deyə bilərəm ki, İkinci Dünya müharibəsindən sonra Azərbaycan qədər birmənalı və tam qələbə heç kim tərəfindən qazanılmayıb. Ya yarımçıq qalıb, ya natamam qalıb, ya da ki, hər hansı bir başqa formada müharibə öz mahiyyətini dəyişməyərək modifikasiya olunub, başqa formalara keçib. Bizim Qələbəmiz isə tamdır və bu, həm dövlətimizin, Silahlı Qüvvələrimizin gücünü, həm də xalqımızın iradəsini göstərir. Siz də - bu bölgədə yaşamış insanlar, onların davamçıları yaxşı bilirsiniz ki, düşmən işğal dövründə elə güclü istehkamlar qurmuşdu ki, onları yarmaq həm qəhrəmanlıq, həm də peşəkarlıq tələb edirdi. Hətta bir çoxları əmin idi ki, biz heç vaxt o müdafiə xətlərini keçə bilməyəcəyik. Çünki relyef düşmənin xeyrinə işləyirdi, illər boyu qurduqları mühəndis istehkamları onların xeyrinə işləyirdi. Xarici qüvvələr, xarici ölkələr onların arxasında idi - ilk növbədə, guya bu məsələ ilə məşğul olmaq mandatını alan ATƏT-in Minsk qrupu. Onların əsas məqsədi bu münaqişəni əbədi etmək, torpaqlarımızı əbədi işğal altında saxlamaq, gözdən pərdə asmaq, bizim başımızı aldatmaq və sonsuz danışıqları aparmaqla bu reallığı bizə qəbul etdirmək idi. Onların hər üçünün məqsədi bu idi, burada bunların üçü də bir amal uğrunda birləşmişdi. Halbuki bu ölkələrin arasındakı indiki münasibətlər göstərir ki, bu, çox nadir bir hal idi. Yəni, nəyi göstərirdi, hər üçü Ermənistanın arxasında idi, hər üçü müxtəlif yollarla Ermənistanı dəstəkləyirdi. Biri silah verirdi, biri siyasi dəstək verirdi, biri iqtisadi imtiyaz verirdi. Bax, biz buna qarşı mübarizə aparmışıq, buna qarşı müharibə aparmışıq. İkinci Qarabağ müharibəsi başlayanda bilinmirdi kim özünü necə aparacaq. Mən böyük gücləri nəzərdə tuturam. Belə bir ağır siyasi mühitdə, belə bir ağır relyefdə, belə bir ağır istehkamlarla dolu olan ərazilərdə cəmi 44 gün ərzində düşməni böyrü üstə qoymaq xalqımızın gücünü göstərir. Ancaq o vaxt da biz bilirdik, əminəm ki, siz də bilirdiniz, bütün xalq bilirdi ki, bu, necə deyərlər, işimizin hələ tam başa çatması deyil. Çünki müəyyən səbəblərə görə separatçılar hələ ki, bizim torpaqlarımızda öz yuvalarını saxlamışdılar, sülhməramlı qüvvələr bölgəmizə gətirilmişdi və bu da separatçılara, necə deyərlər, əlavə ürək-dirək verirdi. Onlar da hesab edirdilər ki, belə olan vəziyyətdə o separatçılıq davam edəcək və digər müxtəlif hadisələr baş vermişdir. Ancaq onlar bir şeyi hesablaya bilməmişdilər, o da Azərbaycan xalqının və dövlətinin iradəsi, qətiyyəti, cəsarəti, öz gücünə əminliyi idi. Onlar bunu hesablaya bilməmişdilər. İlyarım bundan əvvəl birgünlük antiterror əməliyyatı separatçılığın kökünü kəsdi, onunla da məsələ bitdi, onların kitabı bağlandı. Bu gün də biz bu gözəl bayramı burada qeyd edirik. Mən sizi təbrik edirəm. Burada xoşbəxt yaşayın. Siz buna layiqsiniz. Uzun illər əzab-əziyyət içərisində yaşamışınız, bundan sonra o əzab-əziyyət qaldı tarixdə. Təbrik edirəm sizi”.
Xəbərin oxunma sayı : 895
Siyasət
Xəbərlər
-
“Bu üç şəxs mənim həyatımda önəmli insandır” - Aygün Kazımova
-
UEFA Millətlər Liqası: Türkiyə və Gürcüstandan qələbə
-
Ərdoğandan İmamoğlu açıqlaması - “Bu cəhdləri ikiüzlülüyün zirvəsidir...”
-
Kosmetoloq Elnarə Rzayeva qanunsuz fəaliyyət göstərib, böyük məbləğdə cərimələnib - FOTO
-
Ramazan ayının 21-ci günün duası - İmsak və iftar vaxtları
-
“Yelo Bank”da müştərinin çənəsini sındıran müdir tapıldı - FOTOFAKT
-
“ATƏT-in Minsk Qrupu çərçivəsində işinin bərpası mümkün deyil“ - Rusiya XİN
-
Sabah hava meteohəssas insanlar üçün əlverişsiz olacaq - XƏBƏRDARLIQ
-
Bayram tətilində hara getməli? - “Bu tətil qiymətlər əlverişlidir“
-
“POS-terminalın özünü yox, şəklini göstərərik“ - VİDEO
-
Azərbaycan Ordusunun mövqeləri yenidən atəşə tutuldu - RƏSMİ
-
“Rusiya Almaniyaya hücuma hazırlaşmır” - Zaxarova
-
Özbəkistan prezidenti Azərbaycan liderinə zəng etdi - Nələr müzakirə olunub?
-
Ermənistan-Türkiyə sərhədi açılır - 11 günlük
-
Sabah bəzi rayonlarda görünüş məsafəsi məhdudlaşacaq - Xəbərdarlıq
-
“Toplum TV“ işi üzrə məhkəmə başlayır - Bu tarixdə
-
Nazir müavinləri, icra başçıları, generallar Novruzu harada qeyd edəcək? - AÇIQLAMA
-
28 May qəsəbəsində evləri su basdı - Rəsmi açıqlama - Video
-
Məşhur restoranının müdirinin 15 min manatlıq qızılı OĞURLADILAR
-
“Hoteldə dövlət nümayəndələrinə qarşı videomu çəkdilər” - 22 yaşlı Türkanın başına gələnlər
-
“ABŞ Rusiya ilə əlaqələr qurmalıdır” - Tramp
-
“İstanbuldakı hadisələr Türkiyənin suveren işidir” - Kreml
-
Zakir Həsənov Kərim Vəliyevlə müalicə olunan hərbçilərə baş çəkdi - Video
-
Bakı-Qazax yolunda böyük tıxac - VİDEO
-
ABŞ Ukraynadakı atom elektrik stansiyalarını idarə etməyə hazırdır - Vaşinqtondan sensasion təklif
-
Qayınatasıgildə yeyib-içdi, qızını öldürdüyünü dedi - təfərrüat - VİDEO
-
Yasamalda idarə rəisinin 1.7 milyon borcu var
-
Bakıda qadını şəkilləri ilə şantaj edən şəxs saxlanılıb
-
Azərbaycana yaz gəldi
-
“Motivasiya üçün Vensin portretinə baxıram” - Mask
-
Bakını gecə ilə bir-birinə qatan motosikletçi həbs edildi - VİDEO
-
İmamoğlunun diplomu niyə ləğv edilib? - İstanbul Universiteti açıqladı
-
Siyavuş Novruzov idmanda xəsarət aldı - Təcili əməliyyata götürüldü
-
Avtobus sürücüsünü döyənlərə cinayət işi açıldı - Biri saxlanıldı
-
FHN-dən əhaliyə təkrar müraciət - VİDEO
-
DİN rayonlara gedənlərə müraciət etdi - VİDEO
-
Tramp Ukraynadan AES-ləri istəyir - Zelenski ilə müzakirə edib...
-
Azərbaycan Ordusunun mövqeləri atəşə tutulub - RƏSMİ
-
Ermənistanın ərazisi çoxumuza məlum deyil - Paşinyan
-
Mehriban Əliyevadan Novruz bayramı paylaşımı - FOTO
-
Ukrayna qeyd-şərtsiz atəşkəsi qəbul etdi - Zelenski
-
Leyla və Arzu Əliyevalar uşaqlarla bir arada - Fotolar
-
Azərbaycanda 12 günlük tətil başladı - Bu gündən
-
Bu gün Azərbaycanda Novruz bayramı qeyd olunur
-
Aysunun ərindən gözlənilməz paylaşım: “Xəyanətin kölgəsində sevgi solur”
-
“Mançester Yunayted“ 6 futbolçu ilə ayrılmağa qərar verdi - ADLAR
-
Sosial İqtisadi kollecində baş verən qalmaqalla bağlı yeni xəbər - VİDEO
-
Azərbaycanda istehsal olunan kərə yağı məhsullarında daha bir uyğunsuzluq - VİDEO
-
“Zelenski də Trampın təklifi ilə razılaşdı” - “Bloomberg”
-
BMT-nin Qəzzadakı qonaq evi hədəfə alınıb - Ölən və xəsarət alanlar var
-
Ağdam rayonunda kütləvi dava: iki nəfər bıçaqlandı
-
Prezidentdən Novruz bayramı ilə bağlı paylaşım - FOTO
-
“Mərcan” klinikasında Elman Əzimovun icra etdiyi steril olmayan əməliyyatdan görüntüləri yayıldı - VİDEO
-
Ramazanın 20-ci gününün duası - İmsak və iftar vaxtı
-
Sahil Babayevdən daha bir təyinat - Nurlan Soltanova vəzifə verildi
-
Paşinyan Ermənistan MN-ə təlimat verdi - “Atəşkəsi pozmayın”
-
Bu dəfə avtobus sürücüsünü təqib edib döydülər - VİDEO
-
CHP-li deputatlar TBMM-də İmamoğlunun saxlanılmasına belə etiraz etdilər - VİDEO
-
Üç dəfə söküblər, yenə özbaşına tikir - FOTO
-
“Zelenski və Tramp arasında telefon danışığı baş tutub” - Ağ Ev
-
Bu şəxslər də MİQ-də iştirak edə biləcək - SİYAHI
-
Onların mülki odlu silah əldə etmək hüququ - Təsdiqləndi
-
Kür çayından götürülən su necə təmizlənir? - Video
-
Vilayət Eyvazov xidmətə qəbulla bağlı sıra baxışı keçirdi - Video
-
Apreldə nazirlərlə bu günlərdə görüşə bilərsiniz - CƏDVƏL
-
İmamoğlu öz əlyazması ilə ismarış paylaşdı - FOTO
-
Dollar neçəyə olacaq? - Mərkəzi Bank 13 günlük rəsmi məzənnəni açıqladı
-
“Putinin 30 günlük atəşkəs şərtləri Ukraynanı zəiflətməyə yönəlib“ - Zelenski
-
Əzizə həmin gün tədbirə gedirmiş... - İki il sonra həbs olundu
-
“Nar”ın dəstəyi ilə “Breyn Rinq”in yeni mövsümü başlayır
-
“Pasiyentlərdən alınan pulları maşında sayırdılar” - “Qanpulu işi”
-
Ciddədə danışıqların yeni raundu olacaq - Atəşkəsin detalları razılaşdırılacaq
-
Azərbaycanda hazırda hara qar yağır? - Faktiki HAVA
-
Fransanın Əlcəzair cinayətləri - Qətliamı ifşa edən film qadağan edildi
-
“Zibili sürə bilmirsənsə, sürmə” - Qazi ondan yol istəyən sürücünü döydü, bu cəzanı aldı
-
Əkrəm İmamoğlu dörd gün həbsdə qalacaq - Polis nəzarətində
-
“Müstəntiq olsaydım, sizi məsuliyyətə cəlb edərdim“ - Hakimdən şahidə
-
İndi onlardan xəbər yoxdur... - Bir vaxtlar nazir idilər
-
Bakı Xoreoqrafiya Akademiyasına infotur - Fotolar
-
Azərbaycanın süni intellekt Strategiyası təsdiqləndi - Sərəncam
-
Nazir idarə rəisini də işdən çıxardı - Generalların vəzifəsi ona tapşırıldı
-
İtkin şəhidlərimiz dəfn olundu - Fotolar
-
Türkiyənin maliyyə bazarları silkələnir - Birjalar çökdü, dollar, avro kəskin bahalaşdı
-
Əməkhaqqı sahələr üzrə nə qədər artıb? - Siyahı
-
İlham Əliyev Sahibə Qafarovaya “Şərəf” ordenini təqdim etdi - Fotolar
-
Bu qurum 12 vəzifəyə işçi axtarır - SİYAHI
-
Müavinət və təqaüdlərin artımı üçün təkliflər bu həftə təqdim ediləcək - Deputat
-
Plastik əməliyyatdan sonra ölən Rəvanənin ailəsi: “Həkim gəlmədi, köməkçisini göndərdi“
-
ABŞ Rusiya ilə Çin arasında yaxınlaşma istəmir - Tramp
-
FHN “Rosemary Inn” otelini bağladı - VİDEO
-
Sosial İqtisadi Kollecin direktoru rüşvətə görə vəhşicəsinə döyülüb? - İDDİA
-
Azərbaycanda Novruz və Ramazan tətili başlayır - Sabahdan
-
Mədəniyyət Mərkəzinin bir qrup əməkdaşı işdən çıxarıldı - VİDEO
-
Əkrəm İmamoğlu saxlanıldı - Korrupsiyada ittiham olunur
-
Beyləqanda Novruz bayramı keçirildi - Fotolar
-
Leyla Əliyeva “Atəşgah məbədi”ndə - FOTO
-
Külək güclənib, dağlıq ərazilərə qar yaıb - FAKTİKİ HAVA
-
“Zidan barədə danışmayacağam, çünki...” - Mbappe
-
Putinlə telefon danışığım məhsuldar keçdi - Tramp
-
Azərbaycan Ordusunun mövqeləri yenidən atəşə tutuldu - Təxribat
-
Bakının bir hissəsində qaz olmayacaq - Xəbərdarlıq
-
Yurdumuza bolluq, bərəkət gətirən Novruz
-
Novruz - milli dəyərlərimizi rəmzləndirən bayram
-
“Sevgilisindən ayrılana oxşayıram?” - VİDEO
-
Milliyə dəvət almayan Messidən paylaşım: “İki xüsusi matçı buraxmaq üzücüdü
-
Prezident və birinci xanımın Ağdərəyə səfərinin görüntüləri - VİDEO
-
“Onların kitabı bağlandı” - Prezident
-
Ramazanın 19-cu gününün duası - İmsak və iftar vaxtı
-
Azərbaycanda 10 şirkət ləğv edildi - SİYAHI
-
Prezident və birinci xanım Ağdərənin Həsənriz kəndində Novruz tonqalını alovlandırıblar - FOTOLAR
-
Trampla Putin üç saat telefonla danışdı - Kreml açıqlama yaydı
-
Leyla Əliyeva bayramı şəhid övladları ilə keçirdi - Fotolar
-
Qeyri-neft sektorunda artım tempi 6 dəfəyə yaxın azalıb - SƏBƏB
-
“Azərbaycanın bütün qlobal təşəbbüsləri özündə ən mühüm bəşəri dəyərləri ehtiva edir” - Adəm İsmayıl Bakuvi
-
“Neft Daşları”nda kran dənizə düşdü - Maşinist həlak oldu
-
Bu gün instaqramda önə çıxanlar - FOTOLAR
-
Azərbaycana ən çox bu ölkələrdən pul göndərilir - Siyahı
-
Novruz Bayramı milli adət-ənənələrin ayrılmaz parçasıdır
-
Mövqelərimiz yenə atəşə tutuldu - RƏSMİ
-
Əkrəm İmamoğlunun diplomu ləğv edilib - VİDEO
TOP 10
ARXİV