![]() |
|














“Azərbaycanın bütün qlobal təşəbbüsləri özündə ən mühüm bəşəri dəyərləri ehtiva edir” - Adəm İsmayıl Bakuvi
Tarix 18.03.25, 21:51 |
|

“Artıq ikinci ildir ki, qədim torpaqlarımıza öz mübarək qədəmlərini basan Novruzun özü də Azərbaycan xalqı qədər sevinir. Çünki uzun illərin həsrətindən sonra ölkəmizin bütün şəhər və qəsəbələrində, kəndlərində, rayon və bölgələrində olduğu kimi, Qarabağın və Şərqi Zəngəzurun artıq istisnasız hər bir guşəsində də Novruzu bu torpaqların əsl sahibləri qarşılayır. 2023-cü ilin oktyabr ayının 15-də Xankəndidə müqəddəs bayrağımızı ucaldan, həmin il noyabrın 8-də tarixi Qələbəmizin üçüncü ildönümünə həsr olunmuş hərbi paradı qəbul edən Ölkə Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyev bu qədim Azərbaycan şəhərində Novruz tonqalını alovlandırdı və xalqı bayram münasibətilə təbrik etdi. Təəssüflər olsun ki, Xankəndidə, Pənahəli xanın saldığı bu Azərbaycan şəhərində erməni millətçiləri təkcə işğal dövründə deyil, ondan əvvəlki dönəmdə də ağalıq edirdilər. Səbəb də bu idi ki, cənab Prezident İlham Əliyevin öz çıxışında dediyi kimi, keçən əsrin 20-ci illərinin əvvəllərində tamamilə əsassız olaraq, heç bir hüquqi, siyasi və demoqrafik zəmin olmadan burada muxtar vilayət yaradılmışdır və məhz bu ədalətsiz, absurd qərardan sonra xalqımızın problemləri başlamışdır. Keçən əsrin 80-ci illərinin sonlarında isə Ermənistan bizə qarşı müharibə elan edərək, separatçı qüvvələri dəstəkləyərək, xalqımıza qarşı soyqırımı və digər qanlı cinayətlər törədərək müvəqqəti də olsa, o vaxt öz çirkin niyyətlərini həyata keçirə bilmişdir. Bu məsələdə ermənilərə o zaman da, indi də dəstək verən bütün xarici qüvvələr də bu qanlı cinayətlərə görə məsuliyyəti onlarla bölüşürlər.”
Bu fikirləri politoloq Adəm İsmayıl Bakuvi səsləndirib.
Fikirlərini davam etdirən müsahibimiz həmçinin bildirib ki, Azərbaycan öz torpaqlarını müharibə yolu ilə işğaldan azad etməklə uzun illər boyunca dünyanın bir çox paytaxtlarından gələn və münaqişənin hərbi yolla həllinin mümkün olmadığını iddia edən mesajların əsassız olduğunu sübut etdi: “30 ilə yaxın davam edən danışıqlar heç bir nəticə vermədi. Azərbaycan öz ərazilərinin sülh yolu ilə işğaldan azad edilməsinə nail ola bilmədi. Bunun əvəzində isə, cənab Prezident İlham Əliyevin dediyi kimi, işğal dövründə dəfələrlə bir çox paytaxtlardan siqnallar göndərilirdi ki, bu münaqişənin hərbi həlli yoxdur. Lakin Azərbaycan öz Prezidentinin iradəsi, xalqın birliyi və ordusunun rəşadəti ilə sübut etdi ki, istənilən münaqişənin hərbi həlli var. Əgər işğalçı dövlət qanunsuz olaraq digər ölkənin ərazisini işğal altında saxlayırsa və o torpaqlardan öz xoşu ilə çıxmaq istəmirsə, yeganə yol da məhz elə hərbi yoldur. Lakin Ermənistan II Qarabağ Müharibəsinin nəticələrindən dərs almadı. Buna görə də Azərbaycan öz gücünü göstərmək məcburiyyətində qaldı və uğurla keçirdiyi antiterror əməliyyatı nəticəsində ərazi bütövlüyünü və suverenliyini bərpa etdi. Öz çıxışında cənab Prezident İlham Əliyev bir daha bəyan etdi ki, Azərbaycanın bütün qərar və addımları beynəlxalq hüquqa əsaslanır və Ermənistanın arxasında hansı qüvvələr dursalar belə, ölkəmzi, dövlətimizi öz məqsədindən heç nə yayındıra bilməz.”
Daha sonra politoloq Novruz bayramının fəlsəfəsi və mahiyyəti ilə bağlı fikirlərini bölüşərək bunları deyib: “Novruz sözünün mənası yeni gün deməkdir. Hələ lap qədim dövrlərdən insanlar canlı aləmin yaşamına böyük çətinliklər yaradan qarlı-şaxtalı qış fəslinin başa çatmasını, yazın gəlişini müxtəlif adlar, mərasim və rituallarla qarşılayıblar. Bəşər sivilizasiyasının ilk etnoslarından olan türkdilli xalqların, o cümlədən azərbaycanlıların Novruz adı ilə qeyd etdiyi bu bayramın tarixi də qədim dövrlərə, Azərbaycanda İslamın meydana gəlməsindən xeyli əvvəllərə təsadüf edir. Novruzun mahiyyətində duran fəlsəfi prinsiplərdən biri də dörd ünsür – dörd bayram çərşənbəsi bağlılığıdır. Azərbaycanlılar Novruzdan əvvəl 4 çərşənbəni – su, od, yel və torpaq çərşənbəsini də bayram kimi qeyd edirlər. Bu gün Novruz artıq siyasətdə də bayramlaşma təcrübəsinə səbəb olmuşdur. Sevindirici haldır ki, Novruz bu gün artıq həm də beynəlxalq statusa malik olan bir bayramdır. Belə ki, 23 fevral 2010-cu il tarixində BMT Baş Assambleyasının 64-cü sessiyasının iclasında martın 21-i “Beynəlxalq Novruz Günü” elan olunub. Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın böyük səyləri nəticəsində Novruz bayramı UNESCO tərəfindən təşkilatın Qeyri-Maddi Mədəni İrs üzrə Reprezentativ siyahısına daxil edilib. 28 noyabr - 2 dekabr 2016-cı il tarixlərində Efiopiyanın Əddis-Əbəbə şəhərində keçirilmiş UNESCO-nun Qeyri-Maddi Mədəni İrs üzrə Hökumətlərarası Komitəsinin 11-ci sessiyasında İraq, Qazaxıstan, Tacikistan, Türkmənistan və Əfqanıstan da Novruz bayramı nominasiyasına qoşulublar. Beləliklə, Azərbaycanın beynəlxalq təşəbbüsləri bütün bəşəriyyətin rifahına xidmət edir” – deyə, Adəm İsmayıl Bakuvi fikirlərini tamamlayıb.
Xəbərin oxunma sayı : 847
Sosial
Xəbərlər
-
“Bu üç şəxs mənim həyatımda önəmli insandır” - Aygün Kazımova
-
UEFA Millətlər Liqası: Türkiyə və Gürcüstandan qələbə
-
Ərdoğandan İmamoğlu açıqlaması - “Bu cəhdləri ikiüzlülüyün zirvəsidir...”
-
Kosmetoloq Elnarə Rzayeva qanunsuz fəaliyyət göstərib, böyük məbləğdə cərimələnib - FOTO
-
Ramazan ayının 21-ci günün duası - İmsak və iftar vaxtları
-
“Yelo Bank”da müştərinin çənəsini sındıran müdir tapıldı - FOTOFAKT
-
“ATƏT-in Minsk Qrupu çərçivəsində işinin bərpası mümkün deyil“ - Rusiya XİN
-
Sabah hava meteohəssas insanlar üçün əlverişsiz olacaq - XƏBƏRDARLIQ
-
Bayram tətilində hara getməli? - “Bu tətil qiymətlər əlverişlidir“
-
“POS-terminalın özünü yox, şəklini göstərərik“ - VİDEO
-
Azərbaycan Ordusunun mövqeləri yenidən atəşə tutuldu - RƏSMİ
-
“Rusiya Almaniyaya hücuma hazırlaşmır” - Zaxarova
-
Özbəkistan prezidenti Azərbaycan liderinə zəng etdi - Nələr müzakirə olunub?
-
Ermənistan-Türkiyə sərhədi açılır - 11 günlük
-
Sabah bəzi rayonlarda görünüş məsafəsi məhdudlaşacaq - Xəbərdarlıq
-
“Toplum TV“ işi üzrə məhkəmə başlayır - Bu tarixdə
-
Nazir müavinləri, icra başçıları, generallar Novruzu harada qeyd edəcək? - AÇIQLAMA
-
28 May qəsəbəsində evləri su basdı - Rəsmi açıqlama - Video
-
Məşhur restoranının müdirinin 15 min manatlıq qızılı OĞURLADILAR
-
“Hoteldə dövlət nümayəndələrinə qarşı videomu çəkdilər” - 22 yaşlı Türkanın başına gələnlər
-
“ABŞ Rusiya ilə əlaqələr qurmalıdır” - Tramp
-
“İstanbuldakı hadisələr Türkiyənin suveren işidir” - Kreml
-
Zakir Həsənov Kərim Vəliyevlə müalicə olunan hərbçilərə baş çəkdi - Video
-
Bakı-Qazax yolunda böyük tıxac - VİDEO
-
ABŞ Ukraynadakı atom elektrik stansiyalarını idarə etməyə hazırdır - Vaşinqtondan sensasion təklif
-
Qayınatasıgildə yeyib-içdi, qızını öldürdüyünü dedi - təfərrüat - VİDEO
-
Yasamalda idarə rəisinin 1.7 milyon borcu var
-
Bakıda qadını şəkilləri ilə şantaj edən şəxs saxlanılıb
-
Azərbaycana yaz gəldi
-
“Motivasiya üçün Vensin portretinə baxıram” - Mask
-
Bakını gecə ilə bir-birinə qatan motosikletçi həbs edildi - VİDEO
-
İmamoğlunun diplomu niyə ləğv edilib? - İstanbul Universiteti açıqladı
-
Siyavuş Novruzov idmanda xəsarət aldı - Təcili əməliyyata götürüldü
-
Avtobus sürücüsünü döyənlərə cinayət işi açıldı - Biri saxlanıldı
-
FHN-dən əhaliyə təkrar müraciət - VİDEO
-
DİN rayonlara gedənlərə müraciət etdi - VİDEO
-
Tramp Ukraynadan AES-ləri istəyir - Zelenski ilə müzakirə edib...
-
Azərbaycan Ordusunun mövqeləri atəşə tutulub - RƏSMİ
-
Ermənistanın ərazisi çoxumuza məlum deyil - Paşinyan
-
Mehriban Əliyevadan Novruz bayramı paylaşımı - FOTO
-
Ukrayna qeyd-şərtsiz atəşkəsi qəbul etdi - Zelenski
-
Leyla və Arzu Əliyevalar uşaqlarla bir arada - Fotolar
-
Azərbaycanda 12 günlük tətil başladı - Bu gündən
-
Bu gün Azərbaycanda Novruz bayramı qeyd olunur
-
Aysunun ərindən gözlənilməz paylaşım: “Xəyanətin kölgəsində sevgi solur”
-
“Mançester Yunayted“ 6 futbolçu ilə ayrılmağa qərar verdi - ADLAR
-
Sosial İqtisadi kollecində baş verən qalmaqalla bağlı yeni xəbər - VİDEO
-
Azərbaycanda istehsal olunan kərə yağı məhsullarında daha bir uyğunsuzluq - VİDEO
-
“Zelenski də Trampın təklifi ilə razılaşdı” - “Bloomberg”
-
BMT-nin Qəzzadakı qonaq evi hədəfə alınıb - Ölən və xəsarət alanlar var
-
Ağdam rayonunda kütləvi dava: iki nəfər bıçaqlandı
-
Prezidentdən Novruz bayramı ilə bağlı paylaşım - FOTO
-
“Mərcan” klinikasında Elman Əzimovun icra etdiyi steril olmayan əməliyyatdan görüntüləri yayıldı - VİDEO
-
Ramazanın 20-ci gününün duası - İmsak və iftar vaxtı
-
Sahil Babayevdən daha bir təyinat - Nurlan Soltanova vəzifə verildi
-
Paşinyan Ermənistan MN-ə təlimat verdi - “Atəşkəsi pozmayın”
-
Bu dəfə avtobus sürücüsünü təqib edib döydülər - VİDEO
-
CHP-li deputatlar TBMM-də İmamoğlunun saxlanılmasına belə etiraz etdilər - VİDEO
-
Üç dəfə söküblər, yenə özbaşına tikir - FOTO
-
“Zelenski və Tramp arasında telefon danışığı baş tutub” - Ağ Ev
-
Bu şəxslər də MİQ-də iştirak edə biləcək - SİYAHI
-
Onların mülki odlu silah əldə etmək hüququ - Təsdiqləndi
-
Kür çayından götürülən su necə təmizlənir? - Video
-
Vilayət Eyvazov xidmətə qəbulla bağlı sıra baxışı keçirdi - Video
-
Apreldə nazirlərlə bu günlərdə görüşə bilərsiniz - CƏDVƏL
-
İmamoğlu öz əlyazması ilə ismarış paylaşdı - FOTO
-
Dollar neçəyə olacaq? - Mərkəzi Bank 13 günlük rəsmi məzənnəni açıqladı
-
“Putinin 30 günlük atəşkəs şərtləri Ukraynanı zəiflətməyə yönəlib“ - Zelenski
-
Əzizə həmin gün tədbirə gedirmiş... - İki il sonra həbs olundu
-
“Nar”ın dəstəyi ilə “Breyn Rinq”in yeni mövsümü başlayır
-
“Pasiyentlərdən alınan pulları maşında sayırdılar” - “Qanpulu işi”
-
Ciddədə danışıqların yeni raundu olacaq - Atəşkəsin detalları razılaşdırılacaq
-
Azərbaycanda hazırda hara qar yağır? - Faktiki HAVA
-
Fransanın Əlcəzair cinayətləri - Qətliamı ifşa edən film qadağan edildi
-
“Zibili sürə bilmirsənsə, sürmə” - Qazi ondan yol istəyən sürücünü döydü, bu cəzanı aldı
-
Əkrəm İmamoğlu dörd gün həbsdə qalacaq - Polis nəzarətində
-
“Müstəntiq olsaydım, sizi məsuliyyətə cəlb edərdim“ - Hakimdən şahidə
-
İndi onlardan xəbər yoxdur... - Bir vaxtlar nazir idilər
-
Bakı Xoreoqrafiya Akademiyasına infotur - Fotolar
-
Azərbaycanın süni intellekt Strategiyası təsdiqləndi - Sərəncam
-
Nazir idarə rəisini də işdən çıxardı - Generalların vəzifəsi ona tapşırıldı
-
İtkin şəhidlərimiz dəfn olundu - Fotolar
-
Türkiyənin maliyyə bazarları silkələnir - Birjalar çökdü, dollar, avro kəskin bahalaşdı
-
Əməkhaqqı sahələr üzrə nə qədər artıb? - Siyahı
-
İlham Əliyev Sahibə Qafarovaya “Şərəf” ordenini təqdim etdi - Fotolar
-
Bu qurum 12 vəzifəyə işçi axtarır - SİYAHI
-
Müavinət və təqaüdlərin artımı üçün təkliflər bu həftə təqdim ediləcək - Deputat
-
Plastik əməliyyatdan sonra ölən Rəvanənin ailəsi: “Həkim gəlmədi, köməkçisini göndərdi“
-
ABŞ Rusiya ilə Çin arasında yaxınlaşma istəmir - Tramp
-
FHN “Rosemary Inn” otelini bağladı - VİDEO
-
Sosial İqtisadi Kollecin direktoru rüşvətə görə vəhşicəsinə döyülüb? - İDDİA
-
Azərbaycanda Novruz və Ramazan tətili başlayır - Sabahdan
-
Mədəniyyət Mərkəzinin bir qrup əməkdaşı işdən çıxarıldı - VİDEO
-
Əkrəm İmamoğlu saxlanıldı - Korrupsiyada ittiham olunur
-
Beyləqanda Novruz bayramı keçirildi - Fotolar
-
Leyla Əliyeva “Atəşgah məbədi”ndə - FOTO
-
Külək güclənib, dağlıq ərazilərə qar yaıb - FAKTİKİ HAVA
-
“Zidan barədə danışmayacağam, çünki...” - Mbappe
-
Putinlə telefon danışığım məhsuldar keçdi - Tramp
-
Azərbaycan Ordusunun mövqeləri yenidən atəşə tutuldu - Təxribat
-
Bakının bir hissəsində qaz olmayacaq - Xəbərdarlıq
-
Yurdumuza bolluq, bərəkət gətirən Novruz
-
Novruz - milli dəyərlərimizi rəmzləndirən bayram
-
“Sevgilisindən ayrılana oxşayıram?” - VİDEO
-
Milliyə dəvət almayan Messidən paylaşım: “İki xüsusi matçı buraxmaq üzücüdü
-
Prezident və birinci xanımın Ağdərəyə səfərinin görüntüləri - VİDEO
-
“Onların kitabı bağlandı” - Prezident
-
Ramazanın 19-cu gününün duası - İmsak və iftar vaxtı
-
Azərbaycanda 10 şirkət ləğv edildi - SİYAHI
-
Prezident və birinci xanım Ağdərənin Həsənriz kəndində Novruz tonqalını alovlandırıblar - FOTOLAR
-
Trampla Putin üç saat telefonla danışdı - Kreml açıqlama yaydı
-
Leyla Əliyeva bayramı şəhid övladları ilə keçirdi - Fotolar
-
Qeyri-neft sektorunda artım tempi 6 dəfəyə yaxın azalıb - SƏBƏB
-
“Azərbaycanın bütün qlobal təşəbbüsləri özündə ən mühüm bəşəri dəyərləri ehtiva edir” - Adəm İsmayıl Bakuvi
-
“Neft Daşları”nda kran dənizə düşdü - Maşinist həlak oldu
-
Bu gün instaqramda önə çıxanlar - FOTOLAR
-
Azərbaycana ən çox bu ölkələrdən pul göndərilir - Siyahı
-
Novruz Bayramı milli adət-ənənələrin ayrılmaz parçasıdır
-
Mövqelərimiz yenə atəşə tutuldu - RƏSMİ
-
Əkrəm İmamoğlunun diplomu ləğv edilib - VİDEO
TOP 10
ARXİV