“Mətbəxə girmirəm, maşın sürmürəm, saçımı daramıram“ - VİDEO Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi “Ər çörəyi yeyəndə kökələcəm“ - Azərbaycanlı model
Axtar
 
  • / Maqazin / — 11 İyul 2026

    “Mətbəxə girmirəm, maşın sürmürəm, saçımı daramıram“ - VİDEO

  • / Maqazin / — 11 İyul 2026

    Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO

  • / Maqazin / — 02 İyul 2026

    “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi

  • / Maqazin / — 01 İyul 2026

    “Ər çörəyi yeyəndə kökələcəm“ - Azərbaycanlı model

  • / Maqazin / — 12 İyun 2026

    “Kişi məclislərinə bir şərtlə gedirəm” - Nigar Şabanova

  • / Maqazin / — 04 İyun 2026

    “Elə kişi ilə 1 gün də yaşamaram” - Aygün Şükürova

“Biz nə həddən çox nikbin, nə də bədbinik“ - Xamenei

Tarix 15.04.25, 19:25

Font ölçüsü : - / +
bitmap-img6


Omanda ABŞ-la aparılan müzakirələr İran Xarici İşlər Nazirliyinin (XİN) çoxsaylı diplomatik səylərindən yalnız biridir.

APA xəbər verir ki, bu barədə İranın Ali Rəhbəri Ayətullah Seyid Əli Xamenei Tehranla Vaşinqton arasında aparılan danışıqların ilk mərhələsini şərh edərkən bildirib.

“Omanda ABŞ-la danışıqlar XİN-in çoxsaylı diplomatik səylərindən yalnız biridir. Milli məsələləri bu danışıqlara bağlamayın. Biz nə həddən çox nikbin, nə də bədbinik. Qarşı tərəfə çox şübhə ilə yanaşırıq, lakin öz imkanlarımıza da arxayınıq”, - İranın Ali Rəhbəri qeyd edib.

Xamemeinin sözlərinə görə, danışıqlarda hər iki tərəf üçün “qırmızı xət”lər aydındır və bu prosesin nəticə verib-verməyəcəyi hələlik məlum deyil.

Qeyd edək ki, ABŞ və İran arasında danışıqların ilk raundu aprelin 12-də Maskatda Oman xarici işlər nazirinin evində aparılıb. Danışıqlara İran XİN rəhbəri Abbas Araqçi və ABŞ Prezidentinin xüsusi nümayəndəsi Stiv Uitkoff başçılıq edib. ABŞ Prezidenti Donald Tramp bildirib ki, Vaşinqtonla Tehran arasında aparılan danışıqlar müsbət istiqamətdə davam edir. Tehran-Vaşinqton danışıqlarının növbəti raundu aprelin 19-da Omanda davam etdiriləcək.



Xəbərin oxunma sayı : 1153




Dünya

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap