![]() |
|














Ermənistanın Azərbaycan vertolyotunu vurması ilə bağlı sənədlər məhkəmədə tədqiq olundu - FOTOLAR
Tarix 24.04.25, 22:06 |
|

Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü nəticəsində sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, o cümlədən təcavüzkar müharibənin hazırlanması və aparılması, soyqırımı, müharibə qanunlarını və qaydalarını pozma, habelə terrorçuluq, terrorçuluğu maliyyələşdirmə, hakimiyyəti zorla ələ keçirmə, onu zorla saxlama və digər çoxsaylı cinayətlər törətməkdə təqsirləndirilən Ermənistan Respublikasının vətəndaşları Arayik Harutyunyan, Arkadi Qukasyan, Bako Sahakyan, David İşxanyan, David Babayan, Levon Mnatsakanyan və digərlərinin barəsində olan cinayət işləri üzrə açıq məhkəmə prosesinin baxış iclası aprelin 24-də davam etdirilib.
AZƏRTAC xəbər verir ki, Bakı Hərbi Məhkəməsində hakimlər Zeynal Ağayevin sədrliyi ilə, Camal Ramazanovdan və Anar Rzayevdən ibarət tərkibdə (ehtiyat hakim Günel Səmədova) keçirilən məhkəmə iclasında təqsirləndirilən şəxslərin hər biri bildikləri dildə tərcüməçi, həmçinin müdafiələri üçün vəkillərlə təmin olunub.
İclasda təqsirləndirilən şəxslər, onların müdafiəçiləri, zərərçəkmiş şəxslərin bir qismi, onların hüquqi varisləri və nümayəndələri, həmçinin dövlət ittihamını müdafiə edən prokurorlar iştirak ediblər.
Əvvəlcə məhkəmədə Şuşanın işğal olunmasına qədər baş vermiş hadisələrlə bağlı sənədlər tədqiq edilib. Protokolları tədqiq edilən ilk fakt 1989-cu il dekabrın 13-14-də, digər hadisələr isə sonrakı müddətlərdə qeydə alınıb.
Dövlət ittihamını müdafiə edən prokurorların tədqiq etdiyi sənədlərə əsasən, işğala qədər Şuşa şəhəri və ətraf kəndlər Ermənistan silahlı qüvvələri tərəfindən dəfələrlə müxtəlif silahlarla, o cümlədən raketlərlə və toplarla atəşə tutulub. Həmin hadisələr zamanı milliyyətcə azərbaycanlı olan şəxslər həlak olub, yaralanıb və girov götürülüblər.
Habelə, Ermənistan silahlı qüvvələri tərəfindən azərbaycanlıların yaşadığı kəndlərin su kəmərləri və yüksəkgərginlikli elektrik xətti partladılıb, təhsil, səhiyyə və digər mülki obyektlərə, vətəndaşların evlərinə, avtomobillərinə və digər əmlaklara ciddi zərər dəyib.
Qeyd olunan faktlar üzrə həmin vaxt cinayət işləri başlanılıb.
Həmin hadisələrə Malıbəyli və Quşçular qətliamı kimi tanınan hadisələr, bu zaman dinc əhalinin kütləvi şəkildə öldürülməsi və hər iki kəndin işğal edilməsi də daxildir.
Məhkəmədə tədqiq olunan digər protokol isə 1991-ci il aprelin 4-də Şuşa rayonunun Göytala kəndində uçuş zamanı vertolyotun atəşə tutulması faktı ilə bağlı olub. Həmin gün saat 12-13 saat radələrində içərisində Azərbaycan Respublikası Ali Sovetinin deputatları olan Daxili İşlər Nazirliyinə məxsus 27057 nömrəli vertolyot Şuşa rayonun Göytala kəndinə uçuş zamanı, ermənilərin yaşadığı Eksaok kəndindən atəşə tutulması nəticəsində vertolyot zədələnib, Turşsu kəndinə məcburi eniş etməsi zamanı qəzaya uğrayaraq yanıb, bəzi sərnişinlər yaralanıb.
Elan və tədqiq olunan digər protokol 1992-ci il yanvarın 28-də sərnişin vertolyotunun vurulması faktı ilə bağlı olub. Qeyd edilib ki, Ağdam aeroportundan havaya qalxaraq Ağdam-Şuşa reysi üzrə uçuşa başlayan Azərbaycan Respublikasına məxsus "AZAL” mülki aviasiya konserninin "AZALPANX” Zabrat aviaşirkətinə aid 24137 bort nömrəli "Mİ-8T” markalı sərnişin vertolyotu Xankəndi şəhərinin Kərkicahan kəndi ərazisindən Ermənistan silahlı qüvvələri tərəfindən raketlə vurulib. Vertolyot Şuşa rayonunun Xəlfəli kəndindən Qaybalı kəndinə gedən torpaq yola çırpılaraq partlayıb. Hadisə zamanı 3 nəfər ekipaj və 39 nəfər sərnişin olmaqla 42 nəfər ölüb. Hadisə yerinə və meyitə baxış keçirilməsi haqqında protokollardan görünür ki, vertolyotun yanğınla müşayiət olunan partlayışı zamanı içərisində olan şəxslərin meyitləri yanmış və parçalanmış vəziyyətdə aşkarlanıb. Hadisə yerindən qəlpə hissələri götürülüb. Partlayış nəticəsində 42 nəfər ölüb.
Daha sonra zərərçəkmiş şəxs Elxan Ələkbərov ifadəsində Şuşa Milis Şöbəsində çalışdığını, işğala qədər və işğal zamanı hadisələri gördüyünüyü bildirib.
E.Ələkbərov Ermənistanın Azərbayacana qarşı ərazi iddiaları ilə bağlı 1988-ci il sentyabrın 20-də yaşadığı Şuşa şəhərində komendant saatı tətbiq olunduğunu söyləyib. O, Baş prokurorun böyük köməkçisi Vüsal Əliyevin suallarına cavab olaraq deyib: "Müxtəlif zamanlarda bizim Ağdama gediş-gəlişimizdə, digər rayonlarla əlaqə saxlamağımızda böyük problemlərlə qarşılaşırdıq. Yolda bizi daşa basırdılar. Rəhmətlik atamı da avtobusda başını daşla vurub yarmışdılıar. Bəlkə də ölüm səbəbi elə ondan olub”.
O, sonralar Şuşanın xüsusən Topxana və Şuşakənd istiqamətlərindən ağır artilleriya atəşinə məruz qaldığını bildirib: "Top atəşi ilə vururdular, "Alazan” tipli raketlər atırdılar. Məsələn, mülki şəxs Fərhadov Füzuli Aydın oğlu evində oturarkən "Alazan” tipli raket düşməsi nəticəsində qətlə yetirilmişdi”.
Zərərçəkmiş şəxs 1991-ci il noyabr ayının 5-də Şuşanın Nəbilər kəndinə olan hücumdan da bəhs edib: "Kənd sakini, mülki şəxs Vahid Sevindiyov qətlə yetirildi. Həmin döyüşdə mən başımdan ağır güllə yarası aldım. Uzun müddət bunla bağlı xəstəxanada qaldım, sonra hospitaldan tərxis olub şəhərimizə qayıtdım”.
O, Baş prokurorun xüsusi tapşırıqlar üzrə köməkçisi Tuqay Rəhimlinin suallarına cavabında Şuşanın növbəti dəfə artilleriya atəşinə tutulması zamanı milis şöbəsinin vurulduğunu, milis əməkdaşı Nizami Məmmədovun şəhid olduğunu deyib: "Daha iki milis işçisi yaralandı. Yaralılardan Sadıq Hüseynov sağalmadı, şəhid oldu”.
Zərərçəkmiş şəxs su kəmərlərinin partladılması və yolların bağlanması nəticəsində Şuşa əhalisinin su və çörək çatışmazlığından əziyyət çəkdiyini deyib: "1989-cu ilin sonundan 1992-ci ilin mayına qədər davamlı atəş altında yaşamışıq”.
Zərərçəkmiş şəxs Şuşanın işğalı barədə danışarkən əhalinin şəhəri tərk etməsi üçün Ermənistan silahlı qüvvələri tərəfindən heç bir dəhlzi verilmədiyini də söyləyib: "Mülki əhalinin çıxması üçün dəhliz verilsəydi, mütləq bilərdim. Heç bir dəhliz olmayıb. Əhali şəhəri çox əziyyətlə tərk etd. Məsələn, Firuzə adlı bir qadın yoxuşu qalxanda ürəyi partlayıb öldü”.
Şahid qismində dindirilmiş Sahib Sarıyev ifadəsində bildirib ki, 1967-ci ildə Şuşada anadan olub. O, mütəmadi olaraq Xankəndiyə getdiyini də bildirib. Şahid təqsirləndirilən şəxsləri göstərərək deyib: "Orada oturanlardan Bako Sahakyan, Arkadi Qukasyan şəxsən tanıdıqlarım idi. Biz 1988-ci ilin sentyabrından etibarən Xankəndindəlki Malıbəyli pavliyonunda işləyirdik. Bu adamlar oranı yaxşı tanıyarlar. 1988-ci ilin sentyabrın 17-də bunlar əllərində daş, odun, dəmir parçaları ilə tökülüşdülər Malıbəyli körpüsünə. Bunların arasında o prosesdə iştirak edənlər var. Sentyabrın 17-dək orda qaldıq, sonra getdik Şuşaya. Restoranı da birdəfəlik bağladıq. Çünki bunlar imkan vermədilər. Həmin vaxt da bunlar hazırlıqlı vəziyyətdə idilər. Livandan, Suriyadan, Kanadadan, Fransadan milyoner ermənilər pul göndərirdi. Xankəndidə yaşayan Manuçarov "karyer”in direktoru, Nərimanyan ət kombinatının direktoru, Badamyan avtobazanın direktoru, Sehranyan lampa zavodunun direktoru bunaları idarə edirdi”.
Şahid çalışdığı yanacaqdoldurma məntəqəsinin qanunsuz erməni silahlı birləşmələri tərəfindən partladılmasını da danışıb. S.Sarıyev Yevlax-Laçın yolunun 112-ci kilometrində Şuşa şəhərindən Laçın şəhərinə gedən yolun sol tərəfindən yolun kənarında yerləşən yanacaqdoldurma məntəqəsində baş operator işlədiyini, həmin yanacaqdoldurma məntəqəsində İlqar Ağalarovla növbələşərək çalışdığını bildirib. Şahid bildirib ki, 1990-cı il martın 23-də saat 20 radələrində yanacaqdoldurma məntəqəsini bağlayıb Şuşa şəhərinə gedib. Növbəti gün səhər saat 07 radələrində yanacaqdoldurma məntəqəsinə gəldikdə orada polis əməkdaşlarını və yanğınsöndürənləri görüb, həmin vaxt yanacaqdoldurma məntəqəsində olan A-76 markalı içərisində 15 min rubl dəyərində benzin saxlanılan çənin yandığını, həmçinin yanacaqdoldurma məntəqəsində olan vaqonun pəncərələrinin şüşələrinin qırıldığını və vaqonda olan 95 rubl dəyərində telefon aparatının yoxa çıxdığını görüb.
Zərərçəkmiş İlham Həsənov 1960-da Şuşada doğulduğunu və orada yaşadığını bildirib. O, dövlət ittihamçısı Vüsal Abdullayevin suallarına cavabında qardaşı Rövşən Həsənovun 1992-ci il mayın 7-dən 8-nə keçən gecə Şuşada itkin düşdüyünü deyib.
"Həmin vaxt bombalar Şuşaya yağış kimi yağırdı”, - deyə o əlavə edib.
Zərrəçəkmiş bildirib ki, Şuşa şəhərində N.Nərimanov küçəsindəki ikiotaqlı mənzili və mənzilində olan mebel əşyaları qalıb.
Zərərçəkmiş şəxs qismində tanınaraq dindirilmiş Hikmət Zeynalov ifadəsində Şuşada anadan olduğunu, hərbi xidmətinin ilyarımını Ermənistanda - Eçməidzində çəkdiyini bildirib. O, deyib: "Ermənistanın digər rayonlarında da olmuşam. Qarabağda ermənilər yaxşı yaşayırdılar. Yaxşı həyatları var idi. Camaatı qaldırdılar azərbaycanlıların üstünə, bizim qanımızı tökdülər, torpaqlarımızı işğal etdilər.
H.Zeynalov Şuşa şəhəri M.H.Vəzirov küçəsində yerləşən ikimərtəbəli həyətyanı sahəsi olan fərdi evində yaşayıb. 1992-ci il mayın 14-də Xocalı rayonu Muxtarkənd və Şuşakənd istiqamətlərindən atəşə tutularkən, yandırıcı tərkibli raketlərdən birinin onun yaşadığı evə düşməsi nəticəsində evləri dağılaraq bütün əşyaları ilə birlikdə tamamilə yanıb. Nəticədə H.Zeynalova ziyan dəyib.
"Anam torpaq nisgili ilə 2013-cü ildə dünyadan köçdü. Hər şeyi bağışlaya bilərəm, bircə anamın o nisgillə dünyadan köçməsini bağışlaya bilmərəm”, - zərərçəkmiş şəxs bildirib.
Zərərçəkmiş şəxslər dövlət ittihamçılarının, zərərçəkmişlərin nümayəndələrinin və müdafiə tərəfinin suallarını cavablandırıblar.
Onlar təqsirləndirilən şəxslərin layiqli formada cəzalandırılmasını məhkəmədən xahiş ediblər.
Məhkəmənin növbəti iclası aprelin 25-nə təyin olunub.
Qeyd edək ki, Ermənistan dövlətinin, onun dövlət qurumlarının vəzifəli şəxslərinin, hərbi qüvvələrinin və qanunsuz silahlı birləşmələrin bilavasitə rəhbərliyi və iştirakı, şifahi-yazılı qaydada verdiyi tapşırıq, göstəriş və təlimatları, maddi, texniki, şəxsi heyətlə verdiyi dəstəyi, mərkəzi qaydada idarəçiliyi əsasında, eləcə də ciddi nəzarəti altında Azərbaycan ərazisində daxili və beynəlxalq hüquq normalarına zidd şəkildə, Azərbaycana hərbi təcavüz etmək məqsədilə yaradılmış, həmçinin Köçəryan Robert Sedraki, Sarkisyan Serj Azati, Manukyan Vazgen Mikaeli, Sarkisyan Vazgen Zaveni, Babayan Samvel Andraniki, Balasanyan Vitali Mikaeli, Balayan Zori Hayki, Ohanyan Seyran Muşeqi, Qaramyan Arşavir Surenoviç, Melkonyan Monte Çarlz və digərlərinin rəhbərliyi, bilavasitə və dolayı iştirakları ilə Ermənistan dövləti, o cümlədən sözügedən cinayətkar birlik tərəfindən aparılan təcavüzkar müharibənin gedişində törədilmiş çoxsaylı cinayət faktlarına dair cinayət işi üzrə erməniəsilli 15 təqsirləndirilən şəxs ittiham edilir.
Həmin şəxslər, yəni, Harutyunyan Arayik Vladimiri, Qukasyan Arkadi Arşaviri, Sahakyan Bako Sahaki, İşxanyan David Rubeni, Manukyan David Azatini, Babayan David Klimi, Mnatsakanyan Levon Henrikoviç, Beqlaryan Vasili İvani, Qazaryan Erik Roberti, Allahverdiyan Davit Nelsoni, Stepanyan Qurgen Homeri, Balayan Levon Romiki, Babayan Madat Arakeloviç, Martirosyan Qarik Qriqori, Paşayan Melikset Vladimiri Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 100 (təcavüzkar müharibəni planlaşdırma, hazırlama, başlama və aparma), 102 (beynəlxalq müdafiədən istifadə edən şəxslərə və ya təşkilatlara hücum etmə), 103 (soyqırım), 105 (əhalini məhvetmə), 106 (köləlik), 107 (əhalini deportasiya etmə və ya məcburi köçürmə), 109 (təqib), 110 (insanları zorakılıqla yoxa çıxarma), 112 (beynəlxalq hüquq normalarına zidd azadlıqdan məhrumetmə), 113 (işgəncə), 114 (muzdluluq), 115 (müharibə qanunlarını və adətlərini pozma), 116 (silahlı münaqişə zamanı beynəlxalq humanitar hüquq normalarını pozma), 118 (hərbi soyğunçuluq), 120 (qəsdən adam öldürmə), 192 (qanunsuz sahibkarlıq), 214 (terrorçuluq), 214-1 (terrorçuluğu maliyyələşdirmə), 218 (cinayətkar birlik (təşkilat) yaratma), 228 (qanunsuz olaraq silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və gəzdirmə), 270-1 (aviasiya təhlükəsizliyinə təhdid yaradan əməllər), 277 (dövlət xadiminin və ya ictimai xadimin həyatına sui-qəsd etmə), 278 (hakimiyyəti zorla ələ keçirmə və onu zorla saxlama, dövlətin konstitusiya quruluşunu zorla dəyişdirmə), 279-cu (qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələri və qrupları yaratma) və digər maddələri ilə ittiham olunurlar.































Xəbərin oxunma sayı : 835
Hadisə
Xəbərlər
-
Azərbaycanlı müğənni ailəvi məkanda BİABIRÇI geyimdə səhnəyə çıxdı - VİDEO
-
Məsud Pezeşkian AzTV-yə müsahibə verib - VİDEO
-
Qanqalın gizli təhlükəsi - Yol kənarından alıb yemək olarmı?
-
“İstanbuldakı zəlzələdə mindən çox bina zədələnib“ - Türkiyəli nazir
-
Müdafiə Nazirliyi həftəlik icmalını təqdim etdi - VİDEO
-
Xatirənin geyimi başına “bəla oldu“ - VİDEO
-
Bakıda külək attraksionu aşırıb - İçində uşaqlar olub
-
Ağstafada canavarlar kəndə hücum etdi: 40 heyvanı parçaladılar - VİDEO
-
“Titanik”dən sağ çıxanın məktubu hərracda satıldı - 400 min dollara
-
Bakıda apteklər şəbəkəsinin müdiri xanım işçini döymüşdü, bu dəfə özü döyülüb - ŞOK TƏFƏRRÜAT
-
Kreml ABŞ-la gizli danışıqları təsdiqlədi: “Mövqelərimiz üst-üstə düşür“
-
Dövlət, yoxsa özəl universitetləri seçək? - İLGİNC TƏHLİL
-
Narkotik gətirənlər sərhədçilərimizə atəş açdı - Biri zərərsizləşdirildi, üçü saxlanıldı
-
1 nəfərdə telefon aşkar edildi - Dövlət İmtahan Mərkəzi
-
Ölüm gətirən qaz sobaları - Bu səhvləri etməyin
-
Nazirin “Gucci“ çantasının oğurlayan şəxs saxlanıldı - Çoxsaylı həbslər olacaq
-
13 yaşlı qızın ərə verilməsi başqa cinayətlə üzə çıxdı - TƏFƏRRÜAT
-
Şimşək çaxacaq, dolu düşəcək, çaylardan sel keçəcək - XƏBƏRDARLIQ
-
Babək və Şahbuzda hərbi sursatlar aşkar edilib - VİDEO
-
Marketlərdə köhnə yumurta satılır - Necə ayırd edək?
-
Taksi sürücüsünün evində gizlətdiyi qızlar sığınacağa yerləşdirildi
-
“28 Mall“a giriş bağlandı - SƏBƏB
-
Leyla Əliyeva Nepal Prezidenti ilə görüşdü - FOTO
-
Bəzi rayonlarda küləkli hava şəraiti davam edib, arabir şimşək çaxıb - FAKTİKİ HAVA
-
Prezidentə bəhs edilən gənc o imiş... - VİDEO
-
“5 evim var, hər birini öz əziyyətimlə almışam“ - Ülviyyə Namazova
-
Süni intellekt hansı problemlərə səbəb ola bilər? - Araşdırma
-
Pakistanın müdafiə naziri Hindistana xəbərdarlıq edib - “Biz vəziyyəti gərginləşdirmək istəmirik”
-
Culian Assanj üzə çıxdı və ilk dəfə görüntüləndi - FOTOLAR
-
“Terrorçuların fəaliyyət imkanları bitmə nöqtəsinə çatıb“ - Türkiyənin müdafiə naziri
-
Məclislərdə zəhərlənmədən necə sığortalanmalı? - Araşdırma
-
Xumarın dillər əzbəri olacaq “Eşq naməsi” - Video
-
Bütün rayon xəstəxanaları zərdabla təmin olunub? - Rəsmi açıqlama
-
İranda güclü partlayış - 14 ölü, 750 yaralı, 6 itkin...
-
Rus generalın qətlində şübhəli bilinən şəxs saxlanıldı - Türkiyədə
-
Qızıl mağazalarında alıcıya niyə qəbz verilmir? - VİDEO
-
Bakıda itkin düşmüş qızlar tapıldı - Taksi sürücüsü gizlədibmiş
-
“Putin Ukraynada müharibəni bitirməkdə maraqlı deyil“ - Trampdan ehtimal
-
Sədr dəyişdi, ancaq yeyinti davam edir - Rəsmi yoxlama nələri üzə çıxarıb?
-
Bu fənnin müəllimləri də sertifikasiyaya CƏLB EDİLƏCƏK
-
MİDA-dan ipoteka ilə ev almaq istəyirdi, başına OYUN GƏLDİ
-
“Lamborghini”ni həyat yoldaşının adına keçirmək istədi - ALDADILDI
-
Röya dekolteli libası ilə diqqət çəkdi - VİDEO
-
Sahibə Qafarova Papanın dəfnində - FOTOLAR
-
“Kurskda döyüşlər gedir” - Ukrayna Gerasimovun bəyanatını təkzib etdi
-
“Bunlar məxfi məlumatlardır“ - DİN-dən kart sahiblərinə növbəti xəbərdarlıq
-
“Metrodakı nöqsanlar hələ də aradan qaldırılmayıb“ - Hesablama Palatası
-
Azərbaycan və Pakistanın XİN başçıları telefonda danışıb - Müzakirə
-
Havalar da isinir, qiymətlər də - Səbəblər nədir?
-
“Bu nazirlikdə nöqsanların aradan qaldırılması gecikir” - Hesablama Palatası
-
Leyla Əliyeva Nepaldan paylaşım etdi - Fotolar
-
“Bakı şəhər Mədəniyyət Baş İdarəsində nöqsanların aradan qaldırılması gecikir“ - Palata
-
Nazir onu qərargah rəisi təyin etdi - FOTO
-
Mənimsəmədə ittiham olunan sabiq direktora hökm oxundu - Şərti cəza verilib
-
25 qız sığınacağa yerləşdirildi - Biri hamilədir
-
Roma Papası Fransisk dəfn olundu - FOTO/VİDEO
-
Qiymətləndiricilər AQP-nin 3 aylıq fəaliyyətini müzakirə etdilər - FOTOLAR
-
Zelenski və Tramp 15 dəqiqə danışıblar - Danışıqları davam etdirməyə razılaşıblar
-
Boy uzatma əməliyyatının hansı fəsadları olur? - VİDEO
-
“150 milyon çinli turistin cəmi 1 %-i Azərbaycana gəlsə, bizim üçün yetərli olacaq“ - İlham Əliyev
-
“Kursk vilayətinin azad edilməsi əməliyyatı başa çatıb“ - Kreml
-
75 yaşlı qadını öldürüb quyuya atan Aypara tək olmayıb - Daha bir qadın tutuldu
-
Şavkat Mirziyoyev İlham Əliyevə zəng etdi - Nələr müzakirə olunub?
-
İmamoğlunun qaynı da həbs edildi - Daha 47 nəfər saxlanılıb
-
“Bunu bilmək istəyirsinizsə, Zelenski ilə əlaqə saxlayın” - Lavrov
-
Məktəblərdə son tətil başlayır - Bu tarixlərdə
-
İlham Əliyevin Pekində Çinin CGTN telekanalına müsahibəsi - TAM MƏTN
-
Bakının ayrı-ayrı rayonları üzrə mənzillərin qiymətləri açıqlandı - SİYAHI
-
Həbsdən azad edilən Əvəz Zeynallı: “Tələb olunan müayinələrdən keçməliyəm”
-
Neftə tələbat son 50 ildə ən aşağı səviyyədə olub - Qlobal Enerji İcmalı açıqlandı
-
Beynəlxalq Ədalət Məhkəməsindən qərar - Ermənistanın iddialarını rədd edildi
-
Dəniz kənarındakı qanunsuz tikili söküldü - VİDEO
-
Araz çayında suyun səviyyəsi 41 sm artıb - Xidmət
-
İcra başçısı Şirvanda baş verən “yaşıl ağacların qətliamdan“ xəbərsizdir? - VİDEO
-
Şamaxıda məktəbliləri daşıyan avtobus aşdı - Yaralılar var
-
“Bizim mövqeyimiz dəyişməzdir” - Zelenski
-
Qəzzada İsrail qətliamı davam edir - Bir gündə 78 fələstinli öldürüldü
-
Hindistan-Pakistan gərginliyi: Silahlı qüvvələrin güc nisbəti necədir?
-
Amerikalıların əksəriyyəti Trampın siyasətini qarışıq və qorxulu sayır - Sorğu
-
Bəşəriyyətin ən böyük texnogen fəlakətinin 39-cu ili - ÇERNOBIL FACİƏSİ
-
İnstaqramda kimlər nələr paylaşdı? - FOTOLAR
-
“Traktor”dan dramatik qələbə - Liderliyini davam etdirir
-
Ərdoğan Azərbaycana gələcək - Gələn ay
-
Yol üstündə mübahisə qətllə nəticələndi - VİDEO
-
Pike sevgilisindən ayrıldı - FOTO
-
Uitkoff uğurlu görüş keçirib - TRAMP
-
MRT və KT müayinələri ödənişli olacaq - VİDEO
-
Beynəlxalq axtarışa verilmiş şəxslər Azərbaycana ekstradisiya olundu - RƏSMİ
-
“Vertolyot vurulan günün səhəri Şuşada mənim toyum idi” - Fotolar
-
PA-nın vəzifəli şəxslərinin qəbul günləri... - CƏDVƏL
-
Əvəz Zeynallının azadlıqda ilk FOTOSU
-
Müğənni Zeynəb ərə gedir? - Gəlinlik libasında fotolarını paylaşı
-
Putinlə Uitkoff arasında görüş başa çatdı - Görüş 3 saat çəkib
-
“Ərdoğansız Avropanın təhlükəsizliyini təmin etmək mümkün deyil” - “The Economist“
-
Azərbaycanda satılan quru meyvələrə qatılan zəhərlər: Parlaqlıq sizi aldatmasın
-
Bəzi rayonlarda şimşək çaxır, yağış yağır - FAKTİKİ HAVA
-
“Minsk qrupunun ləğvinin vaxtı çoxdan çatıb, Ermənistan addımlar atmalıdır“ - Prezident
-
Tibb bacısından pensiya dələduzluğu - Məhkəmə hökm oxudu
-
Azərbaycandan İsrailə 8 ədəd xüsusi cihaz göndərilib - Qiyməti 5 milyon dollardır
-
Vilayət Eyvazov generalları topladı, yeni tapşırıqlar verdi - DİN-də kollegiya iclası + FOTOLAR
-
Prezident Anar Quliyevi yeni vəzifəyə təyin etdi - Sərəncam
-
Ceyhun Bayramov Feridun Sinirlioğlu ilə görüşdü - FOTO
-
Milli mətbuatın 150 illik yubileyi keçiriləcək - SƏRƏNCAM
-
Növbəti üç gündə bəzi rayonlara leysan yağacaq - XƏBƏRDARLIQ
-
Dollar neçəyə olacaq? - 3 günlük rəsmi məzənnə açıqlandı
-
Əvəz Zeynallı azadlığa buraxıldı - Məhkəmə qərar verdi
-
Sahil Babayev 500 milyonu banka yerləşdirdi - Deputat tənqid etdi
-
“Krım Rusiyanın tərkibində qalacaq” - Donald Tramp
-
Bakıda sürücülər arasında yol üstündə dava - Ölən var
-
Prezidentlə xanımı Bakıdakı Müqəddəs Məryəm Ana kilsəsində - Fotolar
-
“Müalicə uğurla gedir, Azərbaycanın dəstəyini hər an hiss edirəm” - Azər Rəşidoğlu
-
“Əleyhimə ifadə verənləri Allaha tapşırmışam“ - Yarım milyonluq kibercinayətkarlıq
-
“Pul saya bilmirəm, mühasib işləməyə savadım çatmazdı“ - Yarım milyardlıq kibercinayətkarlıqla bağlı məhkəmə
-
Subsidiya üçün əkinlərinizi EKTİS-də bəyan edin! - Fermerlərə çağırış
-
“Azərbaycan Avropa İttifaqının etibarlı tərəfdaşıdır“ - İlham Əliyev
-
Tibbi sığorta ilə bağlı dəyişiklik - Vətəndaşların nəzərinə
-
“Gecəni mənimlə oteldə keçirməlisən“ - Bakıda homeseksual tələbəni qaçırdı
-
“28 Mall”un qarşısında plakat açan təriqət üzvləri həbs edildi - FOTO
-
Hakan Fidandan Türk dövlətlərinə xəbərdarlıq: “Kipr oyunlarına alət olmayın!”
-
Onların təhsil xərcləri bu şərtlə ödəniləcək - 700 dollardan çox olmasın
TOP 10
ARXİV