“Ailə qurmaq istəyirəm” - Pərvin Abıyev “Uşağımı subay kişidən doğmuşam“ - Vəfa Şərifova Aygün Kazımovanı heç belə görməmişdiniz - VİDEO Afaq transparan libasda kamera qarşısına keçdi - VİDEO
Axtar
 
  • / Maqazin / — 09 İyun 2025

    “Ailə qurmaq istəyirəm” - Pərvin Abıyev

  • / Maqazin / — 04 İyun 2025

    “Uşağımı subay kişidən doğmuşam“ - Vəfa Şərifova

  • / Maqazin / — 17 May 2025

    Aygün Kazımovanı heç belə görməmişdiniz - VİDEO

  • / Maqazin / — 13 May 2025

    Afaq transparan libasda kamera qarşısına keçdi - VİDEO

  • / Maqazin / — 12 May 2025

    Nəsrin Cavadzadə transparan libasda - FOTOLAR

  • / Maqazin / — 11 May 2025

    Müğənni Mehindən çimərlik geyimində paylaşım - VİDEO

ABŞ minlərlə miqrantı Quantanamoya göndərəcək - “The Washington Post”

Tarix 11.06.25, 19:07

Font ölçüsü : - / +
bitmap-img6


Ağ Ev bu həftə minlərlə qeyri-qanuni miqrasiyada iştirak edən əcnəbini Kubadakı Quantanamo hərbi həbsxanasına göndərməyi planlaşdırır. 

Yeniavaz.com xəbər verir ki, bu barədə “The Washington Post” qəzeti məlumat yazyıb.
Qəzet bu məlumatı adının açıqlanmasını istəməyən ABŞ rəsmilərinə və onların təqdim etdiyi sənədlərə istinadən yayıb.
Məlumata görə, təxminən 9 min nəfər miqrant – o cümlədən Böyük Britaniya, Almaniya, Fransa, İtaliya, İrlandiya, Belçika, Niderland, Polşa, Litva, Türkiyə və Ukrayna kimi ölkələrin vətəndaşları – Quantanamoya göndərilməzdən əvvəl tibbi müayinədən keçirilir.
Qəzet qeyd edir ki, dəqiq siyahı açıqlanmasa da, göndəriləcək şəxslər arasında Haitidən olan çoxsaylı miqrantlar da var. “The Washington Post” rus vətəndaşlarının bu siyahıya daxil olub-olmadığını müəyyən edə bilməyib.
Mənbələrin məlumatına görə, ABŞ administrasiyası bu planı ən yaxın müttəfiqlərinə – xüsusilə Böyük Britaniya, Almaniya və Fransaya – əvvəlcədən bildirməyəcək. Bu isə tərəfdaş ölkələrlə münasibətlərdə gərginliyə səbəb ola bilər.
Bildirildiyinə görə, Quantanamo həbsxanası əvvəllər bu qədər miqrantı yerləşdirmədiyi üçün 9000 nəfərlik yükə tab gətirib-gətirə bilməyəcəyi hələlik məlum deyil. Bu ilin əvvəlindən etibarən bir neçə yüz nəfər burada saxlanılıb və daha sonra çıxarılıb.
Rəsmilər bu addımın ABŞ həbsxanalarını boşaltmaq və Donald Tramp administrasiyasının qeyri-qanuni miqrantlara qarşı sərt deportasiya siyasətini həyata keçirmək üçün atıldığını bildiriblər. Xatırladaq ki, Tramp yanvar ayında Quantanamoya 30 min miqrant göndərməyi planlaşdırdığını açıqlamışdı.
Məsələ ilə bağlı ABŞ Daxili Təhlükəsizlik Departamenti və Ağ Ev şərh verməkdən imtina edib.
2002-ci ildə istifadəyə verilən Quantanamo həbsxanası ABŞ-nin Kubadakı dəniz bazasında yerləşir və terrorçuluqda şübhəli bilinən şəxslərin saxlanılması ilə bağlı tanınır. Həbsxana insan hüquqlarının pozulması halları ilə bağlı dəfələrlə beynəlxalq hüquq müdafiəçiləri tərəfindən tənqid olunub.



Xəbərin oxunma sayı : 532




Dünya

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap