“Ailə qurmaq istəyirəm” - Pərvin Abıyev “Uşağımı subay kişidən doğmuşam“ - Vəfa Şərifova Aygün Kazımovanı heç belə görməmişdiniz - VİDEO Afaq transparan libasda kamera qarşısına keçdi - VİDEO
Axtar
 
  • / Maqazin / — 09 İyun 2025

    “Ailə qurmaq istəyirəm” - Pərvin Abıyev

  • / Maqazin / — 04 İyun 2025

    “Uşağımı subay kişidən doğmuşam“ - Vəfa Şərifova

  • / Maqazin / — 17 May 2025

    Aygün Kazımovanı heç belə görməmişdiniz - VİDEO

  • / Maqazin / — 13 May 2025

    Afaq transparan libasda kamera qarşısına keçdi - VİDEO

  • / Maqazin / — 12 May 2025

    Nəsrin Cavadzadə transparan libasda - FOTOLAR

  • / Maqazin / — 11 May 2025

    Müğənni Mehindən çimərlik geyimində paylaşım - VİDEO

Göyərtəsində 242 sərnişinin olduğu təyyarə qəzaya uğrayıb - VİDEO

Tarix 12.06.25, 13:39

Font ölçüsü : - / +
bitmap-img6


Hindistanın qərbində yerləşən Ahmedabad şəhərində 242 sərnişin daşıyan "Air India" hava yollarına məxsus "Boeing 787-8 Dreamliner" təyyarəsi uçuşdan cəmi 5 dəqiqə sonra qəzaya uğrayıb. 

Təyyarənin Böyük Britaniyanın paytaxtı Londona, Gatwick Hava Limanına istiqamət aldığı bildirilib. Təyyarənin göyərtəsində 230 sərnişin və 12 ekipaj üzvü olmaqla ümumilikdə 242 nəfərin olduğu qeyd olunur. Qəzanın səbəbi ilə bağlı hələlik rəsmi açıqlama verilməyib.

Hadisənin görüntüləri yayımlanıb və videolarda qəzadan sonra ərazidən tüstü yüksəldiyi görünür.

Hindistanın Nəqliyyat və Aviasiya naziri Ram Mohan Naidu Kinjarapu, qəza ilə bağlı verdiyi açıqlamada bunları deyib:“Qəzadan dərin şok və kədər içindəyik. Dualarımız və düşüncələrimiz təyyarədə olan hər kəslə və onların ailələri ilədir. Hadisəni şəxsən izləyirəm və müvafiq hava nəqliyyatı və fövqəladə xidmətlərə sürətli və koordinasiyalı hərəkət etmələri üçün göstəriş vermişəm".

Nazir əlavə edib ki, xilasetmə və yardım işləri mümkün olan ən qısa zamanda həyata keçirilməsi üçün hər cür səy göstərilir.

Qəzada ölən və yaralananların sayı ilə bağlı rəsmi açıqlama verilməyib.







Xəbərin oxunma sayı : 406




Dünya

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap