![]() |
|














Bakıda məşhur baxıcı həbs edildi - “800 manata “ceyran göbəyi“ alıb ...“
Tarix 12.06.25, 14:22 |
|

Bakıda baxıcı kimi fəaliyyət göstərən 53 yaşlı qadın məhkəmə zalında həbs edilib. O, iki nəfərə qarşı külli miqdarda dələduzluq etməkdə təqsirli bilinib. Zərərçəkmişlərdən biri Ukrayna vətəndaşıdır.
AzFakt.com musavat.com-a istinadən xəbər verir ki, Nərgiz Soltanova külli miqdarda dələduzluqda ittiham olunaraq Bakı Ağır Cinayətlər Məhkəməsində hakim qarşısına çıxarılıb.
İttihama görə, Nərgiz Soltanova taksi sürücüsü vasitəsilə tanış olduğu Nigar adlı qadından "kəfən dönməsi" ritualı etmək adı ilə pul alıb. Belə ki, Nigar adlı xanıma öləcəyi barədə cadu edildiyini deyib və bu cadunu pozacağını bildirib. Bu vədlərlə ondan 21 min manat pul alıb. İkinci ittihama görə isə Nərgiz Soltanova Viktoriya adlı qadından 53 min manat pul alıb. Bu məbləğin qarşılığında isə onun və ailə üzvlərinin müharibə təhlükəsindən qorunmaları üçün rituallar edəcəyini deyib. Həmin məbləği hissə-hissə olmaqla öz kartına köçürülməsinə nail olub, bir hissəsini isə nağd şəkildə Bakıda alıb.Nərgiz Soltanova ifadəsində özünü təqsirli bilməyib.Baş verənləri belə danışıb: "Nigarla məni Fuad adlı taksi sürücüsü tanış etmişdi. Nigar həmin taksidə olanda sürücü ilə danışıb baxıcı və ya görücü yanına getmək istədiklərini deyib. Fuad da mənim yanıma gətirib. Mən Fuada görücülük qabiliyyətim haqda danışdığımdan Nigarı mənim yanıma gətirmişdi. Onları qəbul etmək istəmirdim. Onlar israrla evimə gəldilər. Nigarın yanında bir rəfiqəsi də var idi. Mən baxıcı olmamışam. Baxıcılar hansısa atributlardan istifadə edirdilər. Amma mən heç nədən istifadə etmirdim. Bu məndə Allah vergisi olub, hissiyatım olub. Azərbaycanda bütün baxıcıların yanında olmuşam.Mən Nigara görücülük qabiliyyətimin olduğunu demişdim. Gördüklərimi dedim, o da inandı. Nigara kəfəndən dönmə və ya başqa rituallar söhbəti etməmişəm. Sadəcə, mənə dərdlərini danışıblar. Nigara bir bacı kimi dəstək olmağa çalışmışam. Ona səbirli olmağı demişəm".Zərərçəkmiş Nigar isə ifadəsində bildirib ki, taksidə olan zaman rəfiqəsi ilə falçıdan söhbət düşüb. Bunu eşidən Fuad adlı sürücü Yeganə adlı falçının olduğunu deyərək onun yanına aparıb: "Sonradan Yeganənin əsl adının Nərgiz olduğunu bildim. İlk görüşdə Nərgiz mənə ölümümə cadu edildiyini, "kəfəndən dönmə" ritualı edilməsinin vacib olduğunu söylədi. Qara toyuğun yumurtalarının lazım olduğunu dedi. 500-600 manat da pul istədi. 7 yumurtaya görə 200 manat pul ödədim. Həmin yumurtaların gündə birini qırıb suya töküb yatanda başımın üstünə qoymalı idim. Səhər də şəklini çəkib ona göndərməli idim. Ailə üzvlərimlə bağlı hər şeyi ona danışırdım. Nərgizin əsas taktikası məni hər kəsdən uzaqlaşdırmaq idi. Bunu bacarmışdı. Onun təsiri altında idim. Nərgiz hər dəfə yeni "düyünlər" çıxdığını bildirib pul alırdı. Qurğuşun tökmə, xüsusi ip və şamlarla rituallar keçirirdi. Ceyran dərisinin içərisində ərəb hərfləri ilə yazılar verdi. Buna görə də, həmin yazıların hər birinə görə 600 manat pul aldı. 800 manata da "ceyran göbəyi" alıb dua yazdırmışdı. Nərgiz ona şübhə edənlərin xeyir tapmayacaqlarını deyirdi. Əlini məndən götürəcəyi halda daha pis şeylərə məruz qala biləcəyini bildirdi. Mənə deyirdi ki, onun son layihəsiyəm. Bütün gücünü mənə verəcəyini, bundan sonra bu işi bağlayacağını da söyləyirdi. Mənə "yaxşı ki, sən varsan. Mən bu dünyaya sənə yaxşılıq etmək üçün gəlmişəm" deyirdi".Zərərçəkmiş şəxs Viktoriya da müxtəlif vədlərlə Nərgiz Soltanova tərəfindən aldadılıb.Onun ifadəsində diqqətçəkən məqamlar bunlardır: "Nərgizi rəfiqəm Nigar vasitəsilə tanımışam. Müharibə başlayanda Nigarın qardaşı bizim Ukraynadan çıxmağımıza kömək etdi. Nigarla bundan sonra daha yaxın olduq.Müharibədə qohumlarımın bəziləri savaşa aparılır, bəziləri vəfat edirdi. Bakıda yaşamaq da mənə pis təsir edirdi. İqlim dəyişikliyinə görə qızım da tez-tez xəstələnirdi. Psixoloji olaraq da çətinlik çəkirdim. Nərgizin Nigara kömək etdiyini bilirdim. Buna görə də, Nigardan xahiş etdim ki, məni Nərgizin yanına aparsın. İlk tanışlıq günü Nərgiz falıma baxıb üzərimdə qara qüvvələrin olduğunu dedi. Özümün və ailə üzvlərimin bu kimi əməllərdən təmizlənməsi üçün müəyyən rituallar edəcəyini dedi. İlk dəfə 8000 manat pul ödədim. Nərgizə ailə üzvlərimin şəkillərini də verdim.Nərgiz məni ovsunlayıb bütün dostlarımdan, hətta psixoloqumdan da ayırdı. Nərgizdən tam asılı vəziyyətə düşdüm. Nərgiz mənə ölümcül cadunun yoldaşım tərəfindən yazıldığını deyirdi.Mənə toz şəkilli kütləni verib arada içməyimi tapşırmışdı. Həmin tozu içəndən yaddaş pozğunluğu, saç tökülməsi ilə bağlı problemlər yarandı, psixiatr müalicəsi aldım. Nərgiz bunu təmizlənmənin əlaməti olaraq izah edirdi.Mənim müharibədən qorxduğumu bilirdi. Buna görə, xüsusi ritual edəcəyini deyirdi. 4000 manat dəyərində bir güllə olduğunu, çox dərindən təmizlik etdiyini deyirdi. Həmin güllənin xaricdən sifarişlə gətirildiyini söylədi. Nərgizə saçımdan, əl və ayaq barmaqlarımın dırnaqlarından nümunələr də vermişdim. Mənə dediyi gülləni verdi və bütün pisliklərdən qoruyacağını söylədi.5500 manat pul alaraq "ceyran göbəyi" deyilən xüsusi bir amulet düzəldib verdi. Evdəki pislikləri dağıtması üçün girişdə bir yerə asmağımı, küləkli yer olmasını istəmişdi".Məhkəmə araşdırması zamanı şahid ifadələri ilə də Nərgiz Soltanovanın cinayət əməli sübuta yetirilib. Lakin Soltanova ittihamı qətiyyən qəbul etməyib.Məhkəmənin hökmü ilə Nərgiz Soltanova 5 il müddətinə azadlıqdan məhrum edilib. Onun barəsində seçilmiş polis nəzarətinə verilmə qətimkan tədbiri həbs qətimkan tədbiri ilə əvəz edilib. N.Soltanova məhkəmə zalında qandallanıb.
Xəbərin oxunma sayı : 430
Hadisə
Xəbərlər
-
Dişləyərək qulağını qoparıb - Qohumların torpaq davasının TƏFƏRRÜATI
-
6 nömrəli poliklinikanın baş həkimi qanunsuzluqla məşğuldur - ŞİKAYƏT
-
Hikmət Hacıyev Çexiya rəsmiləri ilə görüşdü - FOTO
-
Kəlbəcər, Laçın, Ağdərə və Xocalıda yeni milli parklar yaradılacaq - Vüqar Kərimov
-
Dollar neçəyə olacaq? - Mərkəzi Bank 4 günlük məzənnəni açıqladı
-
Bəzi çaylardan sel keçəcək - XƏBƏRDARLIQ
-
“Netanyahu və onun qətliam şəbəkəsi...“ - Ərdoğan
-
Xəstəxanalarda qiymətlər bahalaşıb - Dövlət Statistika Komitəsi
-
Bir manata görə “parkovşik“lər dalaşdı: Birinin çənəsi sındı
-
Azərbaycanda 3 milyon vətəndaşı əhatə edən artımlar: Sosial rifaha xidmət edən güclü sosial siyasət
-
“Rusiya qoşunlarının mövcudluğuna son qoymaq niyyətində deyilik“ - Paşinyan
-
Nərimanov rayonunda qanunsuz tikintilərə Manaf Manafov nəzarət edir? - İDDİA
-
“İran nüvə sazişi şansından istifadə etmədi“ - Tramp
-
Arayik və digərlərin məhkəməsi davam edir - İttihamlar təsdiqlənir
-
“Necə deyə bilərsən ki, işlətmədiyin qaza görə pul ödəməlisən?!“ - Deputat
-
“Sionist rejim bu gün etdiyi əməllərdən peşman olacaq“ - Pezeşkian
-
Daxili İşlər Nazirliyindən “Son Zəng”lə bağlı MÜRACİƏT
-
Azərbaycanda illik inflyasiya məlum olub - RƏQƏMLƏR
-
“İsrail bütün qırmızı xətləri keçib“ - Baş Qərargah
-
“Maliyyə Nazirliyində geniş islahatlara başlanılıb“ - Sahil Babayev
-
Bank kartlarının talanmasına qarşı mübarizə ilə bağlı YENİ QANUN
-
Azərbaycanda da satılan bu ağrıkəsici geri çağırılır - Təhlükə aşkarlandı
-
“Əhməd kimi bütün ailəni öldürəcəm...” - 18 yaşında ana olan Mədinə amansızlıqla qətl edildi
-
İsrail yüzlərlə hərbçi yığır: Xamenei qisas əmri verdi
-
“Temho Pool” MMC-nin vergi borcu yaranıb - 115 min manat
-
Məşhur general həbsdəki bəstəkara qarşı - Sensasion MÜRACİƏT
-
Bakıda şirkət rəhbərinin oğlu lüks avtomobillə avtoxuliqanlıq etdi: “Tələsirdim...“
-
Xətai rayonunda daha bir qanunsuz tikinti - İcazəni icra başçısı icazə verib?
-
İranda qətlə yetirilən generallar - Adlar açıqlandı
-
Bakıdakı pullu çimərliklərə giriş qiymətləri - SİYAHI, MƏBLƏĞLƏR
-
Öldürülən general Məhəmməd Baqeri kimdir? - Azərbaycanlı komandan haqda məlumatlar
-
“ABŞ İsrailin hücumlarına görə məsuliyyət daşıyır“ - İran XİN
-
Boşanma təbliğatı pik həddə: Ailələrin dağılmasını da şənlik kimi qeyd edirlər...
-
İran İsrailə dron hücumuna başlayıb - 100-dən çox dron buraxıb
-
Xəzərdə üzən ilanlar sakinlər üçün təhlükəlidir? - VİDEO
-
SEPAH-ın yeni baş komandanı məlum oldu - Baş qərargah rəisi də təyin edilib
-
Tibb kurslarında resept yazmaq qaydaları öyrədilir - Həkimlər narahatdırlar
-
Avtobus zolaqlarına giriş-çıxışa icazə verilir - VİDEO
-
İsrail İranı vurdu: Baş Qərargah rəisi və SEPAH-ın komandanı öldü
-
Ulu Öndərin xilaskarlıq missiyasının başlanğıcı
-
Dövlətçiliyimizin, müstəqilliyimizin, milli ruhumuzun qurtuluş tarixi - 15 iyun
-
Millətimizin və dövlətçiliyimizin xilası günü
-
Milli Qurtuluş Günü kimi tarixə həkk olunmuş 15 iyun 1993-cü il
-
““Balaxanıneft“-in müavini dedi ki, rəismi çox az hallarda görürəm“ - Deputat
-
Hindistandakı təyyarə qəzası - 290-dan çox insan ölüb
-
“İran uranın zənginləşdirilməsini davam etdirəcək“ - Pezeşkian
-
AQTİ bu həşərat üçün tələ qurur - 66 min manat xərcləyəcək
-
Elvin Hüseynov ölkəni tərk edibmiş - Axtarışa verildi+Rəsmi
-
Prezident sərəncam imzalayıb - Şuşa ilə bağlı
-
“Yeni sosial islahat paketi 3 milyon insanı əhatə edir“ - Nazirlik
-
AQTA-nın “rədd etdiyi“ məşhur broyler şirkəti satışa çıxarıldı - MƏBLƏĞ
-
Bu şəxslərə 2200 manat veriləcək - SİYAHI
-
İki ayda səkkiz nəfər qarpızdan zəhərləndi - RƏSMİ
-
Əlilliyə görə müavinətlər bu qədər artırıldı - YENİ MƏBLƏĞLƏR
-
Bakıdakı məşhur kafe 3 milyona satışa çıxarıldı - FOTO
-
Piknik etmək olmaz! - Bakı sakinlərinə 100 manatlıq yay QADAĞAS
-
Azərbaycanda sosial müavinətlər artırıldı - FƏRMAN
-
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
-
Nazir Xəzinadarlıq İdarələrini ləğv etdi - Yalnız bir quruça rəis təyin edildi
-
“Kupça” sabotajı nə vaxt bitəcək? - Deputat problemdən danışdı
-
Tibb məntəqəsinin müdiri cərimə edildi - Dələduzluğa görə
-
Prezidentdən Şahin Mustafayevlə bağlı sərəncam - DOSYE
-
“Bulanıq suda öz balıqlarını tutmağa çalışırlar“ - DİM sədri gileyləndi + VİDEO
-
Avtobus zolaqlarında maşınlara minib-düşə biləcəyik - VİDEO
-
Qısamüddətli leysan və 37°-dək isti olacaq - Sabahın havası
-
Polşa millisinin baş məşqçisi istefa verdi - Levandovskiyə görə
-
Azərbaycanda banklar reklama 100 milyon pul xərcləyiblər - Tam siyahı
-
Bakıda məşhur baxıcı həbs edildi - “800 manata “ceyran göbəyi“ alıb ...“
-
Prezident Bakıda yeni zavodun açılışında iştirak etdi - FOTOLAR
-
Şöbə müdiri xəstəxanada ad günü keçirdi - İşdən qovuldu
-
Göyərtəsində 242 sərnişinin olduğu təyyarə qəzaya uğrayıb - VİDEO
-
Toyda mahnı üstündə dava - Müğənni və qardaşı saxlanıldı
-
Xaricdə oxuyan daha 52 nəfərin diplomu tanınmadı - Açıqlama
-
Bu terminallarda ödənişlər dərhal dayandırılmalıdır - Mərkəzi Bank
-
İran istənilən səviyyədə müharibəyə hazırdır - SEPAH
-
AccessBank dollardan “doyub“ - Depozit faizlərini kəskin azaltdı
-
“Bakılı Qız” dondurmasında görün nə çıxdı - VİDEO
-
İlham Əliyev Vladimir Putini təbrik etdi
-
“Könül Ağamirova məni 3 dəfə əməliyyat edib pis vəziyyətə qoydu” - FOTO
-
Sosial şəbəkədə dələduzluq edən şəxs SAXLANILDI
-
Prezidentdən iclas iştirakçılarına - Müraciət
-
İsrail İrana qarşı əməliyyata hazırlaşır: Cavab tədbirləri müzakirə edilir
-
Əhalinin diqqətinə: 960 manat veriləcək
-
Azərbaycanda işıq pulu belə hesablanacaq - Yeni tarif tətbiq ediləcək
-
İran nüvə silahı yaratmaq üzərində fəal işləyir - Respublikaçı senator
-
264 nömrəli məktəb-liseydə şagirdlərdən attestat üçün pul istənildiyi iddia olunur – VİDEO
-
Azərbaycana 8 milyondan çox həşərat gətirildi: Əsas səbəb nədir?
-
Aygün Kazımova hindli qadın obrazında - FOTOLAR
-
Rusiya Odessanı tutmaqla Moldova və Rumıniya ilə sərhədə çatmaq istəyir - Zelenski
-
201 saylı məktəbdəki qalmaqalın səbəbi bilindi:“Şərəfsiz, rüşvətxor” deyən müavin cəza aldı
-
Tanınmış cərrahın xəstələrdən pul tələb etdiyi iddia olunur - VİDEO
-
“R+C-TRANS“ MMC əmək hüququnu pozub - 20 min cərimələndi
-
Üç uşağı olanlar çoxuşaqlı ailə sayıla bilər - VİDEO
-
Tehranla razılaşmanın olacağına əminliyim azalıb - Tramp
-
Qaz və işıq üçün sabit aylıq tarif olacaq - VİDEO
-
Benzia “Qarabağ”dan getdi - RƏSMİ
-
“WhatsApp”da yeni funksiya - iki variant olacaq
-
“Mask Vensə görə Trampla mübahisəni dayandırdı” - “The Wall Street Journal”
-
Sumqayıtda zirzəmi bataqlığa çevrildi - sakinlər nəfəs ala bilmir!
-
“Veysəloğlu“, Mətbuat Şurası və TŞİİB jurnalistləri mükafatlandırdı - FOTOLAR
-
EDDE Globalın Beynəlxalq Təhsil Sektorundakı Fəaliyyəti və Nailiyyətlər
-
Azərbaycanda onlayn kazino - İnkişaf və Perspektivləri
-
“Nigar, ildə bir dəfə sayəmdə gündəmə gəlirsən” - Şəbnəm
-
Klinika rəhbərinin ölkədən çıxışına “stop“ qoyuldu - 600 mindən çox borcu var
-
ABŞ minlərlə miqrantı Quantanamoya göndərəcək - “The Washington Post”
-
Nazir Ramin İsrafilovu idarə rəisi təyin etdi - FOTO
-
Salyanda fermada yanğın - 45 baş heyvan yandı
-
Hüquqi varislikdən işgüzar nüfuza qədər - Ali Məhkəmədə geniş müzakirə
-
Kəmalə Günəşli mikrofonla toy sahibini təhqir edib - Ona bakal atdı
-
“Badamdar Hotel“in baş xəzinadarı “vergül“lə pul mənimsədi - Sevgilisinə xərclədi
-
“ABŞ və Çin ticarət razılaşması barədə razılığa gəldi” - Tramp
-
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
-
Müğənni Əlikram Bayramovun qardaşı oğlu itkin düşüb - Xoşqədəm Hidayətqızı axtarır
-
Azərbaycanda uşaqlara verilən ən populyar adlar - SİYAHI
-
Qəbul imtahanın nəticələri açıqlandı - Ən yüksək balı kimlər toplayıb?
-
“Maskı bağışlaya bilərəm, amma...“ - Tramp
-
18 ildə 700 bal toplayan 116 nəfərdən biri də AMEA-ya üz tutmayıb - Niyə?
-
Azərbaycanın hərbi pilotları təlim-məşq uçuşları icra ediblər - VİDEO
-
Hava şəraiti dəyişəcək - Ayrı-ayrı yerlərdə leysan yağacaq
-
Övladını tibb fakültəsinə pulla düzəltdirmək istədi - 100 min itirdi
TOP 10
ARXİV