![]() |
|














Azərbaycanda sosial müavinətlər artırıldı - FƏRMAN
Tarix 12.06.25, 17:18 |
|

Prezident İlham Əliyev sosial müavinətlərin, Azərbaycan Respublikası Prezidentinin təqaüdlərinin və fəxri adlara görə təqaüdlərin məbləğlərinin artırılması və bununla əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında və Sərəncamında dəyişiklik edilməsi haqqında Fərman imzalayıb.
AzFakt.com xəbər verir ki, Fərmana əsasən 2025-ci il iyulun 1-dən sosial müavinətlərin məbləğləri aşağıdakı kimi müəyyən edilib:
1.1. orqanizmin funksiyalarının 81–100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslərə 300 (üç yüz) manat, orqanizmin funksiyalarının 61–80 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslərə 250 (iki yüz əlli) manat, orqanizmin funksiyalarının 31–60 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslərə 180 (yüz səksən) manat;
1.2. ailə başçısını itirməyə görə 140 (yüz qırx) manat;
1.3. müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularının uşaqlarına 140 (yüz qırx) manat;
1.4. valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların qəyyumlarına (himayəçilərinə) 140 (yüz qırx) manat;
1.5. bir yaşınadək uşağı olan aztəminatlı ailələrə hər uşaq üçün 140 (yüz qırx) manat;
1.6. beşdən çox uşağı olan qadınlara hər uşaq üçün 140 (yüz qırx) manat;
1.7. övladlığa götürülən uşağa (18 yaşınadək əlilliyi müəyyən edilmiş uşaqlar istisna olmaqla) görə 240 (iki yüz qırx) manat;
1.8. himayədar ailəyə verilmiş 18 yaşınadək əlilliyi müəyyən edilmiş uşağın tərbiyə edilməsinə görə: 0–6 yaş arası uşağa görə 500 (beş yüz) manat, 7–13 yaş arası uşağa görə 600 (altı yüz) manat, 14–18 yaş arası uşağa görə 650 (altı yüz əlli) manat;
1.9. uşağın anadan olmasına görə 600 (altı yüz) manat;
1.10. dəfn üçün 600 (altı yüz) manat.
2. 2025-ci il iyulun 1-dən Azərbaycan Respublikası Prezidentinin təqaüdlərinin aylıq məbləğləri aşağıdakı kimi müəyyən edilsin:
2.1. Azərbaycan Respublikasının "Vətən Müharibəsi Qəhrəmanı” adı verilmiş şəxslərə 2200 (iki min iki yüz) manat;
2.2. Azərbaycanın Milli Qəhrəmanı adı verilmiş hər bir şəxs üçün 2000 (iki min) manat;
2.3. şəhid ailəsi üçün 700 (yeddi yüz) manat;
2.4. 20 Yanvar şəhidinin ailəsi üçün 700 (yeddi yüz) manat;
2.5. Əfqanıstanda sovet qoşunlarının tərkibində beynəlmiləl borcunu yerinə yetirərkən həlak olan, itkin düşmüş və məhkəmə qaydasında ölmüş elan edilən hərbi qulluqçuların ailələrinə 700 (yeddi yüz) manat;
2.6. müharibə və ya 1990-cı ilin 20 Yanvar hadisələri ilə əlaqədar əlilliyi olan şəxslərə:
2.6.1. orqanizmin funksiyalarının 81–100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslərə – 600 (altı yüz) manat;
2.6.2. orqanizmin funksiyalarının 61–80 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslərə – 500 (beş yüz) manat;
2.6.3. orqanizmin funksiyalarının 31–60 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslərə – 400 (dörd yüz) manat;
2.7. orqanizmin funksiyalarının 81–100 faiz pozulmasına görə və ya 18 yaşınadək əlilliyi müəyyən edilmiş şəxslərə qulluq edən şəxslərə 120 (yüz iyirmi) manat;
2.8. ümumi səbəblərdən orqanizmin funksiyalarının 81–100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslərə (gözdən əlilliyi olan şəxslər istisna olmaqla) 250 (iki yüz əlli) manat;
2.9. ümumi səbəblərdən orqanizmin funksiyalarının 81–100 faiz pozulmasına görə gözdən əlilliyi müəyyən edilmiş şəxslərə 350 (üç yüz əlli) manat.
3. Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünün məbləği 2025-ci il iyulun 1-dən 1700 (min yeddi yüz) manat müəyyən edilsin.
4. Fəxri adlara görə aylıq təqaüdün məbləği 2025-ci il iyulun 1-dən xalq yazıçısı, xalq şairi, xalq artisti və xalq rəssamı üçün 300 (üç yüz) manat, əməkdar elm xadimi, əməkdar incəsənət xadimi, əməkdar artist, əməkdar rəssam, əməkdar mədəniyyət işçisi, əməkdar müəllim, əməkdar həkim, əməkdar memar, əməkdar bədən tərbiyəsi və idman xadimi, əməkdar dövlət qulluqçusu, əməkdar jurnalist, əməkdar mühəndis, əməkdar hüquqşünas, əməkdar kənd təsərrüfatı işçisi, əməkdar pilot, əməkdar tibb işçisi üçün 200 (iki yüz) manat müəyyən edilsin.
5. "Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünün təsis edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 11 iyun tarixli 715 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2002, № 6, maddə 329 (Cild I) 2-ci hissəsində "1500 (min beş yüz)” sözləri "1700 (min yeddi yüz)” sözləri ilə əvəz edilsin.
6. "Azərbaycanın Milli Qəhrəmanı adı verilmiş şəxslərə Azərbaycan Respublikası Prezidentinin təqaüdünün təsis edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 14 iyul tarixli 258 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2005, № 7, maddə 594 (Cild I) 1-ci hissəsində "1800 (min səkkiz yüz)” sözləri "2000 (iki min)” sözləri ilə əvəz edilsin.
7. "20 Yanvar şəhidinin ailəsi üçün Azərbaycan Respublikası Prezidentinin təqaüdü”nün təsis edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 19 yanvar tarixli 350 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006, № 1, maddə 5 (Cild I) 1-ci hissəsində "600 (altı yüz)” sözləri "700 (yeddi yüz)” sözləri ilə əvəz edilsin.
8. "Şəhid ailəsi üçün Azərbaycan Respublikası Prezidentinin təqaüdü”nün təsis edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 19 dekabr tarixli 493 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006, № 12, maddə 1040 (Cild I) 1-ci hissəsində "600 (altı yüz)” sözləri "700 (yeddi yüz)” sözləri ilə əvəz edilsin.
9. "Müharibə və ya 1990-cı ilin 20 Yanvar hadisələri ilə əlaqədar əlilliyi olan şəxslərə Azərbaycan Respublikası Prezidentinin təqaüdünün təsis edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2008-ci il 9 sentyabr tarixli 823 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008, № 9, maddə 795 (Cild I) 1-ci hissəsində aşağıdakı dəyişikliklər edilsin:
9.1. 1.1-ci bənddə "500 (beş yüz)” sözləri "600 (altı yüz)” sözləri ilə əvəz edilsin;
9.2. 1.2-ci bənddə "400 (dörd yüz)” sözləri "500 (beş yüz)” sözləri ilə əvəz edilsin;
9.3. 1.3-cü bənddə "330 (üç yüz otuz)” sözləri "400 (dörd yüz)” sözləri ilə əvəz edilsin.
10. "Sosial müavinətlərin məbləğinin artırılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 29 avqust tarixli 973 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2013, № 8, maddə 916 (Cild I) 1-ci hissəsində aşağıdakı dəyişikliklər edilsin:
10.1. 1.1.2-ci yarımbənd üzrə:
10.1.1. ikinci abzasda "270 (iki yüz yetmiş)” sözləri "300 (üç yüz)” sözləri ilə əvəz edilsin;
10.1.2. üçüncü abzasda "220 (iki yüz iyirmi)” sözləri "250 (iki yüz əlli)” sözləri ilə əvəz edilsin;
10.1.3. dördüncü abzasda "150 (yüz əlli)” sözləri "180 (yüz səksən)” sözləri ilə əvəz edilsin;
10.2. 1.1.3-cü yarımbənd üzrə:
10.2.1. ikinci abzasda "270 (iki yüz yetmiş)” sözləri "300 (üç yüz)” sözləri ilə əvəz edilsin;
10.2.2. üçüncü abzasda "220 (iki yüz iyirmi)” sözləri "250 (iki yüz əlli)” sözləri ilə əvəz edilsin;
10.2.3. dördüncü abzasda "150 (yüz əlli)” sözləri "180 (yüz səksən)” sözləri ilə əvəz edilsin;
10.3. 1.1.4-cü yarımbənd üzrə:
10.3.1. ikinci abzasda "270 (iki yüz yetmiş)” sözləri "300 (üç yüz)” sözləri ilə əvəz edilsin;
10.3.2. üçüncü abzasda "220 (iki yüz iyirmi)” sözləri "250 (iki yüz əlli)” sözləri ilə əvəz edilsin;
10.3.3. dördüncü abzasda "150 (yüz əlli)” sözləri "180 (yüz səksən)” sözləri ilə əvəz edilsin;
10.4. 1.1.6-cı yarımbənddə "120 (yüz iyirmi)” sözləri "140 (yüz qırx)” sözləri ilə əvəz edilsin;
10.5. 1.1.8-ci və 1.1.9-cu yarımbəndlərdə "120” rəqəmləri "140 (yüz qırx)” sözləri ilə əvəz edilsin;
10.6. 1.1.10-cu yarımbənddə "100 (bir yüz)” sözləri "140 (yüz qırx)” sözləri ilə əvəz edilsin;
10.7. 1.1.12-ci yarımbəndin 1-ci abzasında "200” rəqəmləri "240 (iki yüz qırx)” sözləri ilə əvəz edilsin;
10.8. 1.1.13-cü yarımbəndin 2-ci abzasında "395” rəqəmləri "500 (beş yüz)” sözləri ilə, "415” rəqəmləri "600 (altı yüz)” sözləri ilə, "435” rəqəmləri "650 (altı yüz əlli)” sözləri ilə əvəz edilsin;
10.9. 1.2.2-ci və 1.2.3-cü yarımbəndlərdə "500 (beş yüz)” sözləri "600 (altı yüz)” sözləri ilə əvəz edilsin.
11. "Beşdən çox uşağı olan qadınlara sosial müavinətin məbləğinin müəyyən edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 27 dekabr tarixli 72 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2013, № 12, maddə 1539 (Cild I) 1-ci hissəsində "105 (yüz beş)” sözləri "140 (yüz qırx)” sözləri ilə əvəz edilsin.
12. "Ümumi səbəblərdən orqanizmin funksiyalarının 81–100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslərə (gözdən əlilliyi olan şəxslər istisna olmaqla) Azərbaycan Respublikası Prezidentinin təqaüdü”nün təsis edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 17 mart tarixli 128 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2014, № 3, maddə 249 (Cild I) 1-ci hissəsində "200 (iki yüz)” sözləri "250 (iki yüz əlli)” sözləri ilə əvəz edilsin.
13. "Əfqanıstanda sovet qoşunlarının tərkibində beynəlmiləl borcunu yerinə yetirərkən həlak olan, itkin düşmüş və məhkəmə qaydasında ölmüş elan edilən hərbi qulluqçuların ailələri üçün Azərbaycan Respublikası Prezidentinin təqaüdünün təsis edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 11 avqust tarixli 244 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2014, № 8, maddə 962 (Cild I) 1-ci hissəsində "600 (altı yüz)” sözləri "700 (yeddi yüz)” sözləri ilə əvəz edilsin.
14. "Orqanizmin funksiyalarının 81–100 faiz pozulmasına görə və ya 18 yaşınadək əlilliyi müəyyən edilmiş şəxslərə qulluq edən şəxslərə Azərbaycan Respublikası Prezidentinin təqaüdü”nün təsis edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 15 aprel tarixli 643 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019, № 4, maddə 643 (Cild I) 1-ci hissəsində "100 (bir yüz)” sözləri "120 (yüz iyirmi)” sözləri ilə əvəz edilsin.
15. "Azərbaycan Respublikasının "Vətən Müharibəsi Qəhrəmanı” adı verilmiş şəxslərə Azərbaycan Respublikası Prezidentinin təqaüdünün təsis edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 30 dekabr tarixli 1226 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2020, № 12 (I kitab), maddə 1488 (Cild I) 1-ci hissəsində "2000 (iki min)” sözləri "2200 (iki min iki yüz)” sözləri ilə əvəz edilsin.
16. "Ümumi səbəblərdən orqanizmin funksiyalarının 81–100 faiz pozulmasına görə gözdən əlilliyi müəyyən edilmiş şəxslərə Azərbaycan Respublikası Prezidentinin təqaüdünün təsis edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 30 dekabr tarixli 1232 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2020, № 12 (I kitab), maddə 1494 (Cild I) 1-ci hissəsində "300 (üç yüz)” sözləri "350 (üç yüz əlli)” sözləri ilə əvəz edilsin.
17. "Fəxri adlara görə aylıq təqaüdün verilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 4 iyul tarixli 878 nömrəli Sərəncamının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2005, № 7, maddə 609 (Cild I) 1-ci hissəsinin birinci abzasında "200 (iki yüz)” sözləri "300 (üç yüz)” sözləri ilə, "150 (yüz əlli)” sözləri "200 (iki yüz)” sözləri ilə əvəz edilsin.
18. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Fərmandan irəli gələn məsələləri həll etsin.
Xəbərin oxunma sayı : 460
Sosial
Xəbərlər
-
“Toyda heç kimə bakal atmamışam” – Kəmalə Günəşli
-
Dişləyərək qulağını qoparıb - Qohumların torpaq davasının TƏFƏRRÜATI
-
6 nömrəli poliklinikanın baş həkimi qanunsuzluqla məşğuldur - ŞİKAYƏT
-
Hikmət Hacıyev Çexiya rəsmiləri ilə görüşdü - FOTO
-
Kəlbəcər, Laçın, Ağdərə və Xocalıda yeni milli parklar yaradılacaq - Vüqar Kərimov
-
Dollar neçəyə olacaq? - Mərkəzi Bank 4 günlük məzənnəni açıqladı
-
Bəzi çaylardan sel keçəcək - XƏBƏRDARLIQ
-
“Netanyahu və onun qətliam şəbəkəsi...“ - Ərdoğan
-
Xəstəxanalarda qiymətlər bahalaşıb - Dövlət Statistika Komitəsi
-
Bir manata görə “parkovşik“lər dalaşdı: Birinin çənəsi sındı
-
Azərbaycanda 3 milyon vətəndaşı əhatə edən artımlar: Sosial rifaha xidmət edən güclü sosial siyasət
-
“Rusiya qoşunlarının mövcudluğuna son qoymaq niyyətində deyilik“ - Paşinyan
-
Nərimanov rayonunda qanunsuz tikintilərə Manaf Manafov nəzarət edir? - İDDİA
-
“İran nüvə sazişi şansından istifadə etmədi“ - Tramp
-
Arayik və digərlərin məhkəməsi davam edir - İttihamlar təsdiqlənir
-
“Necə deyə bilərsən ki, işlətmədiyin qaza görə pul ödəməlisən?!“ - Deputat
-
“Sionist rejim bu gün etdiyi əməllərdən peşman olacaq“ - Pezeşkian
-
Daxili İşlər Nazirliyindən “Son Zəng”lə bağlı MÜRACİƏT
-
Azərbaycanda illik inflyasiya məlum olub - RƏQƏMLƏR
-
“İsrail bütün qırmızı xətləri keçib“ - Baş Qərargah
-
“Maliyyə Nazirliyində geniş islahatlara başlanılıb“ - Sahil Babayev
-
Bank kartlarının talanmasına qarşı mübarizə ilə bağlı YENİ QANUN
-
Azərbaycanda da satılan bu ağrıkəsici geri çağırılır - Təhlükə aşkarlandı
-
“Əhməd kimi bütün ailəni öldürəcəm...” - 18 yaşında ana olan Mədinə amansızlıqla qətl edildi
-
İsrail yüzlərlə hərbçi yığır: Xamenei qisas əmri verdi
-
“Temho Pool” MMC-nin vergi borcu yaranıb - 115 min manat
-
Məşhur general həbsdəki bəstəkara qarşı - Sensasion MÜRACİƏT
-
Bakıda şirkət rəhbərinin oğlu lüks avtomobillə avtoxuliqanlıq etdi: “Tələsirdim...“
-
Xətai rayonunda daha bir qanunsuz tikinti - İcazəni icra başçısı icazə verib?
-
İranda qətlə yetirilən generallar - Adlar açıqlandı
-
Bakıdakı pullu çimərliklərə giriş qiymətləri - SİYAHI, MƏBLƏĞLƏR
-
Öldürülən general Məhəmməd Baqeri kimdir? - Azərbaycanlı komandan haqda məlumatlar
-
“ABŞ İsrailin hücumlarına görə məsuliyyət daşıyır“ - İran XİN
-
Boşanma təbliğatı pik həddə: Ailələrin dağılmasını da şənlik kimi qeyd edirlər...
-
İran İsrailə dron hücumuna başlayıb - 100-dən çox dron buraxıb
-
Xəzərdə üzən ilanlar sakinlər üçün təhlükəlidir? - VİDEO
-
SEPAH-ın yeni baş komandanı məlum oldu - Baş qərargah rəisi də təyin edilib
-
Tibb kurslarında resept yazmaq qaydaları öyrədilir - Həkimlər narahatdırlar
-
Avtobus zolaqlarına giriş-çıxışa icazə verilir - VİDEO
-
İsrail İranı vurdu: Baş Qərargah rəisi və SEPAH-ın komandanı öldü
-
Ulu Öndərin xilaskarlıq missiyasının başlanğıcı
-
Dövlətçiliyimizin, müstəqilliyimizin, milli ruhumuzun qurtuluş tarixi - 15 iyun
-
Millətimizin və dövlətçiliyimizin xilası günü
-
Milli Qurtuluş Günü kimi tarixə həkk olunmuş 15 iyun 1993-cü il
-
““Balaxanıneft“-in müavini dedi ki, rəismi çox az hallarda görürəm“ - Deputat
-
Hindistandakı təyyarə qəzası - 290-dan çox insan ölüb
-
“İran uranın zənginləşdirilməsini davam etdirəcək“ - Pezeşkian
-
AQTİ bu həşərat üçün tələ qurur - 66 min manat xərcləyəcək
-
Elvin Hüseynov ölkəni tərk edibmiş - Axtarışa verildi+Rəsmi
-
Prezident sərəncam imzalayıb - Şuşa ilə bağlı
-
“Yeni sosial islahat paketi 3 milyon insanı əhatə edir“ - Nazirlik
-
AQTA-nın “rədd etdiyi“ məşhur broyler şirkəti satışa çıxarıldı - MƏBLƏĞ
-
Bu şəxslərə 2200 manat veriləcək - SİYAHI
-
İki ayda səkkiz nəfər qarpızdan zəhərləndi - RƏSMİ
-
Əlilliyə görə müavinətlər bu qədər artırıldı - YENİ MƏBLƏĞLƏR
-
Bakıdakı məşhur kafe 3 milyona satışa çıxarıldı - FOTO
-
Piknik etmək olmaz! - Bakı sakinlərinə 100 manatlıq yay QADAĞAS
-
Azərbaycanda sosial müavinətlər artırıldı - FƏRMAN
-
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
-
Nazir Xəzinadarlıq İdarələrini ləğv etdi - Yalnız bir quruça rəis təyin edildi
-
“Kupça” sabotajı nə vaxt bitəcək? - Deputat problemdən danışdı
-
Tibb məntəqəsinin müdiri cərimə edildi - Dələduzluğa görə
-
Prezidentdən Şahin Mustafayevlə bağlı sərəncam - DOSYE
-
“Bulanıq suda öz balıqlarını tutmağa çalışırlar“ - DİM sədri gileyləndi + VİDEO
-
Avtobus zolaqlarında maşınlara minib-düşə biləcəyik - VİDEO
-
Qısamüddətli leysan və 37°-dək isti olacaq - Sabahın havası
-
Polşa millisinin baş məşqçisi istefa verdi - Levandovskiyə görə
-
Azərbaycanda banklar reklama 100 milyon pul xərcləyiblər - Tam siyahı
-
Bakıda məşhur baxıcı həbs edildi - “800 manata “ceyran göbəyi“ alıb ...“
-
Prezident Bakıda yeni zavodun açılışında iştirak etdi - FOTOLAR
-
Şöbə müdiri xəstəxanada ad günü keçirdi - İşdən qovuldu
-
Göyərtəsində 242 sərnişinin olduğu təyyarə qəzaya uğrayıb - VİDEO
-
Toyda mahnı üstündə dava - Müğənni və qardaşı saxlanıldı
-
Xaricdə oxuyan daha 52 nəfərin diplomu tanınmadı - Açıqlama
-
Bu terminallarda ödənişlər dərhal dayandırılmalıdır - Mərkəzi Bank
-
İran istənilən səviyyədə müharibəyə hazırdır - SEPAH
-
AccessBank dollardan “doyub“ - Depozit faizlərini kəskin azaltdı
-
“Bakılı Qız” dondurmasında görün nə çıxdı - VİDEO
-
İlham Əliyev Vladimir Putini təbrik etdi
-
“Könül Ağamirova məni 3 dəfə əməliyyat edib pis vəziyyətə qoydu” - FOTO
-
Sosial şəbəkədə dələduzluq edən şəxs SAXLANILDI
-
Prezidentdən iclas iştirakçılarına - Müraciət
-
İsrail İrana qarşı əməliyyata hazırlaşır: Cavab tədbirləri müzakirə edilir
-
Əhalinin diqqətinə: 960 manat veriləcək
-
Azərbaycanda işıq pulu belə hesablanacaq - Yeni tarif tətbiq ediləcək
-
İran nüvə silahı yaratmaq üzərində fəal işləyir - Respublikaçı senator
-
264 nömrəli məktəb-liseydə şagirdlərdən attestat üçün pul istənildiyi iddia olunur – VİDEO
-
Azərbaycana 8 milyondan çox həşərat gətirildi: Əsas səbəb nədir?
-
Aygün Kazımova hindli qadın obrazında - FOTOLAR
-
Rusiya Odessanı tutmaqla Moldova və Rumıniya ilə sərhədə çatmaq istəyir - Zelenski
-
201 saylı məktəbdəki qalmaqalın səbəbi bilindi:“Şərəfsiz, rüşvətxor” deyən müavin cəza aldı
-
Tanınmış cərrahın xəstələrdən pul tələb etdiyi iddia olunur - VİDEO
-
“R+C-TRANS“ MMC əmək hüququnu pozub - 20 min cərimələndi
-
Üç uşağı olanlar çoxuşaqlı ailə sayıla bilər - VİDEO
-
Tehranla razılaşmanın olacağına əminliyim azalıb - Tramp
-
Qaz və işıq üçün sabit aylıq tarif olacaq - VİDEO
-
Benzia “Qarabağ”dan getdi - RƏSMİ
-
“WhatsApp”da yeni funksiya - iki variant olacaq
-
“Mask Vensə görə Trampla mübahisəni dayandırdı” - “The Wall Street Journal”
-
Sumqayıtda zirzəmi bataqlığa çevrildi - sakinlər nəfəs ala bilmir!
-
“Veysəloğlu“, Mətbuat Şurası və TŞİİB jurnalistləri mükafatlandırdı - FOTOLAR
-
EDDE Globalın Beynəlxalq Təhsil Sektorundakı Fəaliyyəti və Nailiyyətlər
-
Azərbaycanda onlayn kazino - İnkişaf və Perspektivləri
-
“Nigar, ildə bir dəfə sayəmdə gündəmə gəlirsən” - Şəbnəm
-
Klinika rəhbərinin ölkədən çıxışına “stop“ qoyuldu - 600 mindən çox borcu var
-
ABŞ minlərlə miqrantı Quantanamoya göndərəcək - “The Washington Post”
-
Nazir Ramin İsrafilovu idarə rəisi təyin etdi - FOTO
-
Salyanda fermada yanğın - 45 baş heyvan yandı
-
Hüquqi varislikdən işgüzar nüfuza qədər - Ali Məhkəmədə geniş müzakirə
-
Kəmalə Günəşli mikrofonla toy sahibini təhqir edib - Ona bakal atdı
-
“Badamdar Hotel“in baş xəzinadarı “vergül“lə pul mənimsədi - Sevgilisinə xərclədi
-
“ABŞ və Çin ticarət razılaşması barədə razılığa gəldi” - Tramp
-
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
-
Müğənni Əlikram Bayramovun qardaşı oğlu itkin düşüb - Xoşqədəm Hidayətqızı axtarır
-
Azərbaycanda uşaqlara verilən ən populyar adlar - SİYAHI
-
Qəbul imtahanın nəticələri açıqlandı - Ən yüksək balı kimlər toplayıb?
-
“Maskı bağışlaya bilərəm, amma...“ - Tramp
-
18 ildə 700 bal toplayan 116 nəfərdən biri də AMEA-ya üz tutmayıb - Niyə?
-
Azərbaycanın hərbi pilotları təlim-məşq uçuşları icra ediblər - VİDEO
-
Hava şəraiti dəyişəcək - Ayrı-ayrı yerlərdə leysan yağacaq
TOP 10
ARXİV