Xatirə açıq-saçıq geyimi ilə diqqət çəkdi - VİDEO “Həyatımı alt-üst etdin, hər şeyi dəyişdin“ - VİDEO Yarıçılpaq libası ilə diqqət çəkdi - Fotolar Ayselin kürək və sinə dekolteli geyimi - VİDEO
Axtar
 
  • / Maqazin / — 21 Sentyabr 2025

    Xatirə açıq-saçıq geyimi ilə diqqət çəkdi - VİDEO

  • / Maqazin / — 20 Sentyabr 2025

    “Həyatımı alt-üst etdin, hər şeyi dəyişdin“ - VİDEO

  • / Maqazin / — 15 Sentyabr 2025

    Yarıçılpaq libası ilə diqqət çəkdi - Fotolar

  • / Maqazin / — 29 Avqust 2025

    Ayselin kürək və sinə dekolteli geyimi - VİDEO

  • / Maqazin / — 09 İyun 2025

    “Ailə qurmaq istəyirəm” - Pərvin Abıyev

  • / Maqazin / — 04 İyun 2025

    “Uşağımı subay kişidən doğmuşam“ - Vəfa Şərifova

Qızıl getdikcə bahalaşır - Bu ölkələr qızıl alımını sürətləndirib

Tarix 08.10.25, 11:48

Font ölçüsü : - / +
bitmap-img6


Dünyada qızıl bazarında yeni rekord qeydə alınıb. Bu gün keçirilən ticarət əməliyyatlarında qızılınl fyuçerslərinin qiyməti bir troya unsiyası üçün 4 min dolları keçərək 4 037 dollar səviyyəsinə çatıb və bütün dövrlərin ən yüksək göstəricisini göstərib.

İlin əvvəlindən etibarən geosiyasi risklər, ticarət gərginliyi və dolların zəifləməsi fonunda qızıl qiymətləri kəskin artım nümayiş etdirir. Avqust ayından başlayaraq ABŞ Federal Ehtiyat Sisteminin (FED) faiz endirimi gözləntiləri də bu artımı sürətləndirib.

Dünya Qızıl Şurasının məlumatına görə, avqust ayında mərkəzi banklar ümumilikdə 15 ton qızıl alıblar. 

Bu dövrdə Qazaxıstan Mərkəzi Bankı 8 ton alaraq siyahının zirvəsində yer alıb. Bankın qızıl ehtiyatı 316 tona çatıb. Türkiyə Cumhuriyyəti Mərkəzi Bankı isə ehtiyatlarına 2 ton qızıl əlavə edib. Beləliklə, Türkiyənin rəsmi qızıl ehtiyatı 639 tona yüksəlib və bu il üzrə 21 ton artım qeydə alınıb.

Həmçinin Çin, Özbəkistan, Bolqarıstan, Çexiya və Qana da 2 tonluq alımlar həyata keçiriblər. Xüsusilə Çin Xalq Bankının ardıcıl 10-cu ayda da qızıl alması diqqət çəkib. Hazırda Çin 2 300 ton qızıl ehtiyatına malikdir, bu da ölkənin ümumi ehtiyatlarının təxminən 7 faizinə bərabərdir.

Eyni dövrdə Rusiya 3 ton, İndoneziya isə 2 ton qızıl satıb.

Dünya Qızıl Şurasının sentyabr hesabatına əsasən, qızıla əsaslanan qlobal fondlara (ETF-lər) 17 milyard dollarlıq investisiya daxil olub. Bu, bütün dövrlərin ən yüksək aylıq tələbi kimi tarixə düşüb. Üçüncü rübdə ümumilikdə ETF-lərə 26 milyard dollarlıq vəsait axını qeydə alınıb. Bu göstərici qızıl bazarı üçün “ən güclü rüblük performans” hesab edilir.



Xəbərin oxunma sayı : 622




İqtisadiyyat

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap