| |
|
Xankəndi futbol stadionunda nə baş verir? - Mühəndis yoxluğu, fəhlələrə keyfiyyətsiz yemək...
Yüksək faiz, qanunsuz girov: “S Lombard”ı kim himayə edir?
“Azəraqrar”da qalmqal - “Nazirin komandiri” yeni direktora qarşı...
Məmurların adından “təcili” pul istəyirlər - DTX araşdırma aparır
Sabiq sədr Almaniyada tikinti biznesinə başlayıb - Şərikli bina tikir + FOTO
Məmməd Musayevlə əlbir olub 100 milyonu “yeyiblər” - Vəzifəli şəxslər həbs edildi
“Qardaşımla birgə 16 milyon vermişik” - Tale Heydərovun ifadəsi oxundu
Deputat Cavanşir Feyziyev Londonda milyonluq mülklər alıb - SİYAHI
Saleh Məmmədov 1 ilə 176 milyon manat artıq vəsait xərcləyib - RƏSMİ
Leysan Məmmədovun fəaliyyəti araşdırılacaq….- Milyonlar necə xərclənir?
“Azəraqrar”ın əsl rəhbəri kimdir? - Nazirin sabiq komandirinin maaşı 7 dəfə artırılıb?
Bizim iradəmizə qarşı çıxanın başı əziləcək - Azərbaycan Prezidenti
Maliyyə Nazirliyi AAYDA yoxlama aparır - Ciddi yeyintilər aşkarlanıb
Vensin Azərbaycana səfəri: Zəngəzur dəhlizinin müzakirələri yeni mərhələdə
Azərbaycan Ermənistanı sülhə hazırlayır - Bakının uzaqgörən qərarları maneələri dəf edir
Tarix 01.11.25, 20:45 |
|
Rəsmi Bakının uzaqgörən siyasi və iqtisadi, geostrateji gedişləri Ermənistan cəmiyyətinə Orta Dəhlizin iştirakçısına çevrilmək fürsətinin nə dərəcədə əhəmiyyətli olduğunu göstərdi. Otuz illik işğal embarqosunun aradan qalxması qərarının Ermənistan iqtisadiyyatına faydasını hətta revanşist qüvvələr tənqidi rakursdan şərh edə bilmirlər.
Son günlərdə Cənubi Qafqazda yaşanan proseslər yenidən dünyanın diqqətini özünə cəlb edib. Azərbaycanın birtərəfli qaydada Ermənistana qarşı tətbiq olunan tranzit embarqosunu ləğv etməsi bölgədə sülh prosesinə yeni nəfəs verib. Artıq qarşı tərəfdə, həmçinin regionun digər ölkələrində Azərbaycanın təşəbbüsü ciddi müzakirə olunmaqdadır.
AzFakt.com "Kaspi" qəzetinin bu mövzuda məqaləsini təqdim edir:

Sülh üçün unikal imkan
Bakı ilə İrəvan arasında 30 ildən çox davam edən münaqişədən sonra etimad mühitinin yaradılmasına hesablanan bu cür açıqlamalar eşitmək, həqiqətən də, qeyri-adi görünür. Tərəflərin sülhə doğru addımlaması, heç bir vasitəçi olmadan - birbaşa danışıqlar apara bilməsi, hətta konkret iqtisadi əməkdaşlıq qurması Cənubi Qafqazda davamlı sabitliyin və inkişafın əldə olunması istiqamətində unikal imkanlar yaradır. Azərbaycan və Ermənistan yekun sülhü tezləşdirmək üçün siyasi iradələrini inamla nümayiş etdirirlər. Bu qərarlılıq isə özünü konkret addımlarla büruzə verir. Tranzit embarqosu aradan qalxır, vətəndaş cəmiyyətinin təmsilçiləri görüşür, kommunikasiya əlaqələrinin bərpası ciddi şəkildə müzakirə olunur. Bu addımlar bütün tərəflər, xüsusilə də Ermənistan üçün ciddi iqtisadi dividendlər deməkdir.

İrəvan maksimum fayda götürməyə çalışır
İrəvan da bunun fərqindədir. Məsələn, Ermənistanın iqtisadiyyat naziri Gevork Papoyan etiraf edib ki, Qazaxıstan taxılının İran üzərindən yox, Azərbaycan vasitəsi ilə tranziti xeyli ucuz başa gəlir. Bu marşrut həm vaxt, həm də maddi və texniki baxımdan çox sərfəlidir. Papoyan daha da irəli gedərək Ermənistanın Azərbaycandan mal idxalında maraqlı olduğunu bildirib. Onun sözlərinə görə, Azərbaycanın ixracının əhəmiyyətli hissəsi İrəvanın idxal tələbatına uyğun gəlir. "Yəni biz bir-birimizə çoxlu mal sata bilərik", - deyə nazir qeyd edib. Göründüyü kimi, Ermənistan Azərbaycanın onun üçün yaratdığı iqtisadi nəfəslikdən maksimum fayda götürməyə çalışır.
Ermənistan Orta Dəhlizin iştirakçısı kimi
Bu qərarın siyasi tərəflərinə gəldikdə isə Bakının uzaqgörən gedişi Ermənistan cəmiyyətinə böyük perspektivlər vəd edən Orta Dəhlizin iştirakçısına çevrilmək fürsətinin nə dərəcədə əhəmiyyətli olduğunu göstərdi. Hələlik çox ciddi iqtisadi və tranzit əlaqələr qurulmamasına baxmayaraq, 30 illik işğal embarqosunun aradan qalxması qərarının Ermənistan iqtisadiyyatına faydasını hətta revanşist qüvvələr belə gözdən sala bilmirlər. Beləliklə, İrəvan bütün dünyanın fokuslandığı Orta Dəhliz layihəsinin tam hüquqlu iştirakçısına çevrilmək şansı əldə edir. Bu məsələdə yekun qərarın Azərbaycandan asılı olduğunu çox gözəl bilən Ermənistan rəhbərliyi artıq Türkiyə üzərindən gələn yük maşınlarının hələlik mövcud imkanlar daxilində Azərbaycana maneəsiz keçidini təmin etməyə hazır olduğunu açıqlayıb.

Rusiyanı maraqlandıran qərar
Təbii ki, yaranmış fürsətlər imkanından yararlanmaq istəyən tək Ermənistan deyil. Bu məsələdə Rusiya tərəfi də ciddi qərarlar qəbul etmək ərəfəsindədir. Rusiya Baş nazirinin müavini Aleksey Overçuk jurnalistlərə bildirib ki, "Rusiya Dəmir Yolları" və onun regional həmkarları hazırda Rusiya mallarının Azərbaycan vasitəsilə Ermənistana tranzitinin təşkili üzərində işləyirlər. O qeyd edib ki, Bakı Moskvaya Rusiya məhsullarının Azərbaycan üzərindən Ermənistana tranziti üçün Azərbaycan dəmir yollarından istifadənin mümkünlüyünü təsdiqləyib: "Yəni bu məsələdə çox maraqlı irəliləyişlər əldə etmişik. "Rusiya Dəmir Yolları" hazırda regional həmkarları ilə birlikdə bu daşımaların necə təşkil olunacağını müəyyən etmək üçün çalışır. Eyni zamanda bu yeni logistika marşrutunun hazırlanması üçün Kənd Təsərrüfatı Nazirliyinə müvafiq göstərişlər vermişik".

"Birbaşa daşıma daha sərfəlidir"
Bakının məlum qərarının sülh istiqamətində əsas maneələrdən biri sayılan Zəngəzur dəhlizi məsələsinin həllini sürətləndirməsi də sirr deyil. Artıq Ermənistan daxilində iqtisadi müzakirələrə başlanılıb. Tranzit embarqosunun aradan qaldırılmasından sonra Gürcüstan üzərindən daşıma xərcləri əsas gətirilərək malların birbaşa Azərbaycan-Ermənistan sərhədindən daşınmasının daha effektli və səmərəli olduğu xüsusi vurğulanır. Təbii ki, bu məqam İrəvan rəhbərliyinin də məlumudur. Sözügedən təşəbbüsün reallaşması üçün isə ən ideal variant məhz Zəngəzur dəhlizi (TRIPP) layihəsinin ən qısa müddətdə reallaşmasıdır.
Bu baxımdan, Ermənistan rəsmilərinin açıqlamaları da diqqət çəkir. Ermənistan parlamentinin sədri Alen Simonyanın sözlərinə görə, TRIPP layihəsinin həyata keçirilməsi Ermənistan, Azərbaycan və qonşu dövlətləri birləşdirən boru kəmərləri, elektrikötürücü xətlər və rabitə kabellərinin inşası üçün şərait yaradır. "Layihə təkcə dəmir yolu əlaqələrinin inkişafını deyil, həm də Ermənistan, Azərbaycan və regionun digər ölkələri arasında avtomobil yolları, boru kəmərləri, elektrikötürücü xətlər və rabitə kabellərinin inşası perspektivini nəzərdə tutur", - deyə Simonyan qeyd edib.

Sülhdən xəbərsiz Ermənistan sülhə hazırlanır
Məlum proseslər yaşanarkən Ermənistan Baş naziri Nikol Paşinyanın sülh prosesi ilə bağlı etirafları qərarların hansı şəraitdə qəbul edildiyinə və nə dərəcədə mühüm əhəmiyyət daşıdığına dair geniş təsəvvür yaradır. Paşinyanın "Qəbul etməliyik ki, sülh bizim üçün tanış olmayan bir haldır, Ermənistan Respublikası sülhün nə demək olduğunu bilmir" etirafı son beş ildə Azərbaycanın sülh gündəliyi formalaşdırmaq üçün atdığı hərbi-siyasi, indi isə iqtisadi addımların nə dərəcədə əsaslı olduğunu göstərir. Rəsmi Bakı sülhün və onun yaratdığı imkanların nə olduğunu bilməyən bir tərəflə danışıqlar aparır. Bu prosesdəki maneələri isə uzaqgörən qərarları ilə zərərsizləşdirir.
Beləliklə, Azərbaycan qalib dövlət olaraq atdığı addımlarla Ermənistan kimi sülhdən xəbərsiz bir dövləti də sülhə hazırlayır.
Xəbərin oxunma sayı : 1081
Analiz
Xəbərlər
-
Ermənistanın Gəncədə törətdiyi növbəti terrordan altı il ötür
-
Araq almağa pul verməyən arvadını baltanın sapı ilə döydü - Astarada
-
Xaricdə istirahət lüksə çevrilir: Azərbaycanlı turistlər seçimlərini dəyişir
-
Cəbrayılda minaya düşən ata və oğul Bakıya gətirildi - Açıqlama
-
“Putin Trampa İranın mövqeyini çatdırıb“ - Kreml
-
Salyanda kişi arvadını döydü - Balıq bişirmədiyinə görə
-
Yeni qayda pensiya məbləğlərinə necə təsir edəcək? - VİDEO
-
Türkiyədə bu şəxslərə sosial mediaya giriş qadağan olunacaq - 1 noyabrdan
-
“Azərişıq” cənub regionunda fasiləsiz çalışır - VİDEO
-
Portuqaliyadan şok Ronaldo qərarı: Cəza verildi, intizam araşdırması başladı
-
Milyonlarla manat dəyəri olan əmlaklar satışa çıxarıldı - SİYAHI
-
İlham Əliyev və Ramzan Kadırov birgə nahar ediblər - FOTOLAR
-
ABŞ Ukraynanı hədələdi: Hücumları dayandır, yoxsa...
-
Prezident Ramzan Kadırovla “Ağ Şəhər”də - Fotolar
-
Natiq Əlisoyun dövlət sifarişləri 25 milyon manata yaxınlaşır - Yeni mənzil tenderi
-
Qadını şantaj edən gənc həbs olundu - TƏFƏRRÜAT
-
İlham Əliyev Ramzan Kadırovu qəbul etdi - FOTOLAR
-
“Aqrarkredit” ala bilmədiyi borcları satışa çıxardı - 90 milyon manata yaxın...
-
“Zorakılığa və ədalətsizliyə boyun əyməyəcəyik“ - Pezeşkian
-
Pensiya kapitallarında dəyişikliklə bağlı - Rəsmi açıqlama
-
Şahbaz Şərif İlham Əliyevə zəng etdi - Nələr müzakrə olunub?
-
Yeni təyin olunan hakim şəhid qardaşıdır - FOTO
-
Azərbaycanda 33 milyonluq şirkət yaradıldı - Qanuni təmsilçisi kimdir?
-
“Putinin 10 ildir edə bilmədiyini mən iki gündə etdim” - Tramp
-
Zakir Quliyev məşhur obyektini satışa çıxardıb -10 milyon dollara
-
Bakıda 24, rayonlarda 25 dərəcə isti olacaq - Sabahın havası
-
ABŞ Rusiyaya qarşı sanksiyaları yumşaltdı - Zelenski od püskürdü...
-
Kənan Aşurlu dövlət hesabına maşın alır -159 minlik
-
Pakistan döyüş təyyarələri husiləri vurub - “The New York Times”
-
Bakının milyonluq mənzilləri: Qiymətlər niyə bu qədər bahadır?
-
Yunanıstan və İspaniya “Patriot” raketlərini Ukraynaya verməkdən imtina edir - “The Telegraph”
-
Azərbaycanda LGBT-nin fəaliyyətini qadağan edən qanun qəbul olunur - Təfərrüat
-
Dövlət Komissiyasının tərkibi dəyişdi - SƏRƏNCAM
-
Prezident bu məhkəmələrə hakimlər təyin etdi - SƏRƏNCAM
-
Masazırda 4 avtomobil yanıb kül oldu - VİDEO
-
Kəlbəcərə qar yağıb, Yardımlıya dolu düşüb - FAKTİKİ HAVA
-
Süni intellekt bəşəriyyəti öz ssenarisi ilə məhv edə bilər - Xəbərdarlıq
-
Azərbaycanda orta ömür 77 ili ötüb - Səhiyyə Nazirliyinin rəsmisi
-
Tramp Nobel mükafatına görə Norveçi hədələdi: Bunu unutmayacağıq
-
Xətai rayonu ərazisində yenidən sürüşmə təhlükəsi yaranıb - VİDEO
-
Çindən avtomobil ixracı kəskin azaldı: 2027-ci ildə alıcıları nələr gözləyir?
-
Astara rayonunda sitrus bağları susuz qalıb - VİDEO
-
İlham Əliyevin Türkmənistana işgüzar səfəri başa çatdı - FOTO
-
“Sabah“ azarkeşlərə müraciət etdi - “Xüsusi avtobus marşrutları təşkil olunacaq“
-
Beyləqanda şagirdlər hazırladıqları qidadan zəhərləniblər – Fotolar
-
Məhkəmədən Afət Fərmanqızı ilə bağlı qərar: - Vəfa Şərifovanın qardaşına 7 min manat ödəyəcək
-
Xəzərin dayazlaşması həm də çay axınının azalması ilə bağlıdır - Prezident
-
Bakıda bu yollar üç gecə bağlı olacaq - XƏBƏRDARLIQ
-
Azərbaycanın xaricdəki səfirliklərinə yeni səlahiyyət verildi - Dəyişiklik
-
İlham Əliyevlə Məsud Pezeşkian arasında görüş keçirildi - FOTOLAR
-
Dünyanın yaşamaq üçün ən yaxşı şəhərləri açıqlanıb - Bakı neçənci yerdədir?
-
Məktəblərdə elektron sistemlər yenilənir - MİLYONLUQ LAYİHƏ
-
Prezident Türkmənbaşıda MDB-nin iştirakçı ölkələrinin milli stendləri ilə tanış oldu - FOTO
-
“ABŞ İrana qarşı yeni hücum planları hazırlayır” - “The New York Times”
-
Bu gün Bakıya güclü yağış yağacaq - Sel riski olan ərazilər açıqlandı
-
Kənd məhsullarını satıb maşını geri qaytardı - Bakıda şok oğurluq
-
Azərbaycanın xarici dövlət borcu nə qədərdir? - Rəqəmlər açıqlandı
-
Dərsə getməyən şagirdlərin valideynləri cərimələnəcək? - VİDEO
-
Preident MDB Dövlət Başçıları Şurasının məhdud tərkibdə iclasında çıxış etdi - FOTOLAR
-
Yük maşını ilə daşınan sumağın yerə boşaldılması realdır? - RƏSMİ AÇIQLAMA
-
“Azərbaycan 2028-ci ildə MDB-yə sədrliyi öz üzərinə götürməyə hazırdır“ - Prezident
-
“Makler” “Real MTK”-dan mənzil sataraq dələduzluq etdi, İlham Qasımov dindirildi - MƏHKƏMƏ
-
“Retro Holding”də milyon yarımlıq yeyinti - Həbs edilən var
-
Azərbaycan regionun əsas nəqliyyat qovşaqlarından biri kimi mövqelərini möhkəmləndirir - Prezident
-
Məleykə Abbaszadə şöbə müdirini işdən çıxardı - Yeni təyinatlar
-
Binəqədidə 14 mərtəbəli iki binanın damında qəribə tikili - VİDEO
-
Azərbaycan neftinin qiyməti bahalaşdı - Qara qızıl 133 dolları ötdü
-
Nyu-York meri Trampa çağırış etdi: ICE əməliyyatları dayandırılsın
-
İlham Əliyev iclasda iştirak etmək üçün “Avaza” Kompleksinə getdi - Fotolar
-
Bakının mərkəzində yeni yolun çəkilişi niyə ləng gedir? - VİDEO
-
Moskvaya uçan 10-dan çox təyyarə ehtiyat hava limanlarına yönləndirilib - TASS
-
Trampın sülh səylərinin Nobel mükafatı ilə qiymətləndiriləcəyinə ümid edirik - Prezident
-
Azərbaycan-Türkmənistan münasibətləri dinamik şəkildə inkişaf edir
-
Azərbaycan Mərkəzi Asiya ölkələrinin Avropa bazarlarına çıxışında mühüm tranzit imkanları təqdim edir
-
İlham Əliyev Türkmənistanda Putinlə ayaqüstü söhbət etdi - FOTO
-
Sinif yoldaşını öldürən şəxsə “dəlilik“ kağızı hazırlanır? - VİDEO
-
Maduro və həyat yoldaşına yeni ittihamlar irəli sürülüb - İşgəncələrlə bağlı
-
Azərbaycanlılar Hindistandan mal əti gətirirlər - 4 manata
-
London Moskvanın nəfəsliyini kəsir - Yeni sanksiyalar elan edildi
-
Məktəb servisi saatlarla gecikir - “2School”la bağlı ŞİKAYƏTLƏR artır
-
Cəbrayılda ikinci mina PARTLAYIŞI: Çobanın atası da minaya düşdü
-
İlham Əliyevlə Paşinyanın qeyri-rəsmi söhbəti oldu - VİDEO
-
Səs-küy yaradan 23 motosiklet sürücüsü məsuliyyətə cəlb edildi - Video
-
Bəzi informasiya sistemlərinə qarşı kibertəhlükələr müşahidə olunur - Rəsmi
-
“Vətənpərvərlər“ İctimai Birliyinin sədri həbs edildi - SƏBƏB
-
Sabah leysan yağacaq, şimşək çaxacaq - Xəbərdarlıq
-
Mərkəzi Asiya ilə Azərbaycanın əlaqələri yüksələn xətlə inkişaf edir
-
AAYDA-da yeni rəis müavinləri təyin edildi - FOTO
-
Dövlət sərhədini pozmağa cəhd etdilər - Saxlanıldılar
-
Kəmalə Günəşli özündən çıxdı: “Üzünə tüpürüb yola salacağam“
-
“Avropa Parlamentinin Azərbaycanla bağlı qətnaməsi qərəzlidir“ - Milli Məclis
-
Bakıda maşın qadın və azyaşlını vurdu - Anbaan video
-
Nazirlikdəki mənimsənilən 160 milyon manat...- General zərərin nə qədərini geri qaytardı?
-
Trampın tədbirində hamının diqqətini çəkən qadın kimdir? - FOTO
-
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
-
Cəbrayılda mina partladı: Mal-qara otaran sakin xəsarət aldı
-
Azərbaycan rəsmiləri Gorusda - Nələr müzakirə olundu?
-
Prezident ona yüksək vəzifə verdi - DSK-nın sədr müavini dəyişdi + DOSYE
-
Nazirliyin sabiq aparat rəhbəri ABŞ-da yeni şirkət təsis etdi - FOTO
-
Xəzərin suyunun duzsuzlaşdırılmasına kredit ayrılacaq - TƏSDİQLƏNDİ
-
Putin “General Armageddon”u müharibəyə cəlb etdi - Qarşısına bu tapşırığı qoydu
-
Azərbaycanda “Stop-Kredit” xidməti istifadəyə verilib - DETALLAR
-
“Kristal” “daxili kredit”i ilə vətəndaşları necə soyur? - FAKTLAR
-
Pensiya hesablanmasında yenilik - Kim nə qədər itirəcək?
-
Azərbaycan və Türkmənistan prezidentləri görüşdü - FOTO
-
Heyvan kəsiminə çəki və yaş həddi qoyulur - Ət bazarında QITLIQ yarancaq?
-
Regional əməkdaşlığın coğrafiyasının genişlənməsində yeni mərhələ
-
Sosial şəbəkədə “qəhrəmanlıq” 7 min manata başa gəldi - Məhkəmə işi
-
Barəsində cinayət işi olan məktəb direktoru nazirlik tərəfindən mükafatlandırıldı - Qarşı tərəf xəbəri təkzib edir
-
Azərbaycanın Məşvərət Görüşündə tamhüquqlu iştirakı əhəmiyyətlidir - BİRGƏ BƏYANAT
-
Xəstəxanada bıçaqlanan direktor müavini Vüqar Qurbanovun qohumu imiş - FOTO
-
“Qardaş dəstəyi bizim üçün xüsusi əhəmiyyət daşıyır“ - İlham Əliyev
-
Paşinyan Medvedevə cavab verib: Ermənistan heç nəyə çevrilməyəcək
-
Abşeronda işdən çıxarılan xəstəxana əməkdaşı baş həkimin müavinini bıçaqladı - TƏFƏRRÜAT
-
“Golden Street“ hotelinin fəaliyyəti dayandırıldı - VİDEO
-
Sumqayıtdakı parkda məktəbli bıçaqlandı - 16 yaşlı oğlan saxlanıldı
-
Azərbaycanın Mərkəzi Asiya ölkələri ilə ticarət dövriyyəsi ötən il 50 faizdən çox artıb - Prezident
-
Hörmüzdən gündə 20 milyon barel neft keçir - CENTCOM
-
Dövlət xidmətində qanunsuz əməllər - Cinayət işi məhkəməyə göndərilib
-
Azərbaycan və Mərkəzi Asiya Dövlət başçılarının 8-ci Məşvərət görüşü keçirilir - FOTOLAR
TOP 10
ARXİV






