Model Günay Musayevə çılpaq fotosunu PAYLAŞDI Aysel Teymurzadə “The Most“ jurnalında - FOTOLAR Xalq artistinin bu geyimi müzakirələr yaratdı - FOTO Xatirə açıq-saçıq geyimi ilə diqqət çəkdi - VİDEO
Axtar
 
  • / Maqazin / — 19 Oktyabr 2025

    Model Günay Musayevə çılpaq fotosunu PAYLAŞDI

  • / Maqazin / — 16 Oktyabr 2025

    Aysel Teymurzadə “The Most“ jurnalında - FOTOLAR

  • / Maqazin / — 04 Oktyabr 2025

    Xalq artistinin bu geyimi müzakirələr yaratdı - FOTO

  • / Maqazin / — 21 Sentyabr 2025

    Xatirə açıq-saçıq geyimi ilə diqqət çəkdi - VİDEO

  • / Maqazin / — 20 Sentyabr 2025

    “Həyatımı alt-üst etdin, hər şeyi dəyişdin“ - VİDEO

  • / Maqazin / — 15 Sentyabr 2025

    Yarıçılpaq libası ilə diqqət çəkdi - Fotolar

Vətəndaşdan Daxili İşlər Nazirinə müraciət - Axtarışda olan şəxs Bakıda necə rahat gəzə bilir?

Tarix 05.11.25, 15:09

Font ölçüsü : - / +
bitmap-img6


Azəraycanda son illər ev tikib satan şəxslərlə (maklerlər) bağlı şikayətlər çoxalmaqdadır. Vətəndaşı inandıraraq onlara ev tikəcəyi sözünü verib pulunu alaraq aldadan maklerlərin sayı artmaqdadır.

Belə bir probeləmlə üzləşən vətəndaşlardan biri İbrahimova Azelma Güloğlan qızı AzFakt.com vasitəsilə Daxili İşlər Naziri Vilayət Eyvazova şikayət ünvanlayıb. 

Azelma İbrahimova şikayətində bildirir ki, bir neçə ay öncə üzləşdiyi  dələduzluqla bağlı nazir Vilayət Eyvazova şikayət ünvanlayıb. Bu müraciətdən sonra Nizami rayon 25-ci polis bölməsinə dəvət edilib və məruz qaldığı dələduzluqla bağlı izahat yazıb. Daha sonra 25-ci polis bölməsinin Bəkir adlı təhqiqatçı bildirib ki, mənə qarşı dələduzluq etmiş Sərdar İmanovla bağlı araşdırma aparıb, haqqında cinayət işi açılacaq. 

Azelma İbrahimova şikayətində bildirir ki, "Hörmətli Vilayət Eyvazov 25-ci Polis Bölməsində dələduz Sərdar İmanovla bağlı yazdığım izahatdan artıq 3 aya yaxın vaxt keçməsinə baxmayaraq, hələ də bu dələduzu Polis bölməsinə gətirə bilmirlər. Dəfələrlə şikayətimlə bağlı maraqlandıqda Bəkir adlı təhqiatçıdan aldığım cavab bu olur ki, Sərdar İmanov axtarışdadır, bizim çağrışlara gəlmir və əməliyyat qrupu onu axtarır. 

Cənab Nazir dələduz Sərdar İmanovun Xətai Polis İdarəsi və digər polis orqanları tərəfindən axtarışa verildiyi deyilir. Əgər bu adam həqiqətəndə axtarışa verilibsə, o zaman necə olur ki, rahat şəkildə Bakı şəhərində gəzə bilir. 

25-ci Polis Bölməsinin təhqiqatçısı  Bəkir mənim yanımda Sərdar İmanovla telfonda danışdı və onu bölməyə dəvət etdi. Axtarışda olan şəxs rahat şəkildə mobil telefonu necə işlədir? 

Hörmətli Vilayət Eyvazov dələduz Sərdar İmanov dəfələrlə mənə deyib ki, onun polislərlə münasibəti çox yaxşıdır və polislər ona qarşı heç nə etməzlər. İlk əvvəl Sərdar İmanovun bu dediklərinin yalan olduğunu düşünsəmdə, son 3 ayda baş verənləri gördükdən sonra artıq onun sözlərinin həqiqət olduğuna inamağa başlamışam. Çünki haqqında cinayət işi açılmış və axtarışa verilmiş bir şəxs Bakı şəhərində rahat gəzirsə, maklerlik edirsə, evinə gəlib gedirsə, telefon işlədirsə bu o anlama gəlir ki, Sərdar İmanovun tutulmamasında hansısa polis işçilərinn marağı var. Ya da heç onun haqqında cinayət işi belə açılmayıb və tədqiqatçı məni aldadır.

Cənab Nazir mən bir vətəndaş kimi, himayəsində az yaşlı xəstə övladı olan bir ana kimi sizdən xahiş edirəm ki, mənə qarşı dələduzluq edib külli miqdarda pulumu ələ keçirən İmanov Sərdar Alay oğuna  açılmış cinayət işini öz nəzarətinizə götürəsiniz. 

Hörmətli Vilayət Eyvazov bir vətəndaş olaraq ümidim və inamım sizədir", deyə müraciətdə bildirilir. 

İbrahimova Azelma Güloğlan qızı

Bakı şəhəri, Nizami rayon, Qara Qarayev 66, mənzil 25
Əlaqə nömrəsi: (050) 882-13-98




Xəbərin oxunma sayı : 1117




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap