Model Günay Musayevə çılpaq fotosunu PAYLAŞDI Aysel Teymurzadə “The Most“ jurnalında - FOTOLAR Xalq artistinin bu geyimi müzakirələr yaratdı - FOTO Xatirə açıq-saçıq geyimi ilə diqqət çəkdi - VİDEO
Axtar
 
  • / Maqazin / — 19 Oktyabr 2025

    Model Günay Musayevə çılpaq fotosunu PAYLAŞDI

  • / Maqazin / — 16 Oktyabr 2025

    Aysel Teymurzadə “The Most“ jurnalında - FOTOLAR

  • / Maqazin / — 04 Oktyabr 2025

    Xalq artistinin bu geyimi müzakirələr yaratdı - FOTO

  • / Maqazin / — 21 Sentyabr 2025

    Xatirə açıq-saçıq geyimi ilə diqqət çəkdi - VİDEO

  • / Maqazin / — 20 Sentyabr 2025

    “Həyatımı alt-üst etdin, hər şeyi dəyişdin“ - VİDEO

  • / Maqazin / — 15 Sentyabr 2025

    Yarıçılpaq libası ilə diqqət çəkdi - Fotolar

Azərbaycanda parlament respublikasını qurmaq alınmayacaq - Erkin Qədirli

Tarix 05.11.25, 13:19

Font ölçüsü : - / +
bitmap-img6


Azərbaycanın mədəni və iqtisadi potensialı liberal iqtisadiyyat modeli üçün əlverişlidir, lakin bu, liberal siyasi sistemin formalaşmasına zəmin yaratmır.

AzFakt.com xəbər verir ki, bunu Azərbaycan Respublikasının Milli Məclisinin deputatı Erkin Qədirli  noyabrın 5-də Bakıda keçirilən XXI əsrdə dövlət suverenliyi və milli konstitusiyalar: qlobal çağırışlar, tendensiyalar və perspektivlər — “2025: Konstitusiya və Suverenlik İli” çərçivəsində beynəlxalq elmi-praktiki konfransda çıxışı zamanı bildirib.

“Azərbaycan xalqının mədəniyyəti liberal iqtisadiyyat modeli üçün çox yararlıdır. Xalq çalışqandır, ticarəti bacarır, ailəsini dolandırmaq üçün motivasiyalıdır. İqtisadi islahatları düşünərkən deyə bilərəm ki, ölkə iqtisadiyyatı liberallaşdırılmalıdır. Lakin nəzarət və mərkəzləşdirmə cəhdləri inkişafı əngəlləyir,” – Qədirli vurğulayıb.

Deputat qeyd edib ki, xalqın bu iqtisadi davranış ənənələri paradoksal şəkildə liberal siyasi sistemin, o cümlədən parlament respublikası modelinin formalaşmasına mane olur.

“Azərbaycan üçün parlament respublikasını qurmaq alınmayacaq. Cəhdlər olub, amma nəticə verməyib. Liberal iqtisadiyyat mümkündür, amma parlament respublikası deyil", - o bildirib. 

Qədirli həmçinin Azərbaycanın sosial dövlət modeli ilə bağlı fikirlərə də münasibət bildirib.

“Çox zaman eşidirik ki, Azərbaycan sosial dövlətdir. Amma bu, nə Konstitusiyaya görə, nə də iqtisadi göstəricilərə görə belə deyil. Dünya Bankının 2024-cü il məlumatına əsasən, Azərbaycanda toplanan vergilərin ÜDM-ə nisbəti 19 faizdir, ABŞ-da isə bu göstərici 34 faizdir. Amma ABŞ sosial dövlət deyil. Sosial dövlət olan ölkələrdə bu nisbət 40 faizi aşır", - deputat qeyd edib.

Onun sözlərinə görə, sosial dövlət ideyası ehtiyatla yanaşılmalı anlayışdır.

“Sosial dövlət o deməkdir ki, dövlət daha çox vergi toplayaraq vətəndaşların rifahını birgə təmin etməyə çalışır. Amma bu, bizim Konstitusiyanın ruhuna uyğun gəlmir", - Qədirli əlavə edib. (Mənbə: anews)



Xəbərin oxunma sayı : 208




Siyasət

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap