Model Günay Musayevə çılpaq fotosunu PAYLAŞDI Aysel Teymurzadə “The Most“ jurnalında - FOTOLAR Xalq artistinin bu geyimi müzakirələr yaratdı - FOTO Xatirə açıq-saçıq geyimi ilə diqqət çəkdi - VİDEO
Axtar
 
  • / Maqazin / — 19 Oktyabr 2025

    Model Günay Musayevə çılpaq fotosunu PAYLAŞDI

  • / Maqazin / — 16 Oktyabr 2025

    Aysel Teymurzadə “The Most“ jurnalında - FOTOLAR

  • / Maqazin / — 04 Oktyabr 2025

    Xalq artistinin bu geyimi müzakirələr yaratdı - FOTO

  • / Maqazin / — 21 Sentyabr 2025

    Xatirə açıq-saçıq geyimi ilə diqqət çəkdi - VİDEO

  • / Maqazin / — 20 Sentyabr 2025

    “Həyatımı alt-üst etdin, hər şeyi dəyişdin“ - VİDEO

  • / Maqazin / — 15 Sentyabr 2025

    Yarıçılpaq libası ilə diqqət çəkdi - Fotolar

“İlham Əliyev üçtərəfli bəyanata israrla üç maddəni əlavə etdirdi“ - Ceyhun Bayramov

Tarix 07.11.25, 23:55

Font ölçüsü : - / +
bitmap-img6


Xarici işlər naziri Ceyhun Bayramov 2020-ci il noyabrın 9-dan 10-a keçən gecə Azərbaycan, Ermənistan və Rusiya arasında imzalanmış Üçtərəfli Bəyanatın hazırlanması prosesinə dair bir neçə detalı açıqlayıb.

AzFakt.com xəbər verir ki, Ceyhun Bayramov İTV-yə müsahibəsində deyib ki, Azərbaycan Prezidenti danışıqlar nəticəsində israrla üç rayondan – Laçın, Kəlbəcər və Ağdamdan dəqiq çıxma tarixi, Üçtərəfli Bəyanatın müddətli olması (növbəti beş il müddətinə uzadılmama barədə qərar qəbul etdilər) və Rusiya sülhməramlılarının əraziyə daxil olmaları ilə erməni silahlılarının ərazidən çıxarılmasının eyni vaxtda icra olunması tələblərinin sənədə daxil edilməsinə nail oldu.

"Orada məhz "erməni" sözü işlədildi ki, sonra bizlə söz oyunu oynamasınlar. Bu əsasda biz sonradan onların Üçtərəfli Bəyanatı pozduqlarını açıq və rahat şəkildə sübut etdik", - nazir deyib.

Nazir hesab edir ki, müharibənin başa çatması zamanı Üçtərəfli Bəyanatı imzalamaq ən uyğun seçim idi: "Çünki bu olmasa, çox fərqli ssenarilər ilə üzləşə bilərdik. Məsələn, Kəlbəcər və Laçının müdafiəsini bilavasitə Ermənistan ərazisindən təmin etmək olar, çünki Ermənistanla sərhəddir və biz həmin əraziləri azad edərkən mülki şəxslər də vurula bilərdi. Ermənistan KTMT üzvüdür. Biz həmin əraziləri silahla azad etsəydik, nə qədər itkilər verəcəkdik. Əgər biz sülhməramlıların yerləşdirilməsinə razı olmasaydıq, dünyada çox təhlükəli ittihamlarla üzləşəcəkdik. Həmin dövr üçün Üçtərəfli Bəyanat ən doğru seçim idi".



Xəbərin oxunma sayı : 178




Siyasət

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap