Model Günay Musayevə çılpaq fotosunu PAYLAŞDI Aysel Teymurzadə “The Most“ jurnalında - FOTOLAR Xalq artistinin bu geyimi müzakirələr yaratdı - FOTO Xatirə açıq-saçıq geyimi ilə diqqət çəkdi - VİDEO
Axtar
 
  • / Maqazin / — 19 Oktyabr 2025

    Model Günay Musayevə çılpaq fotosunu PAYLAŞDI

  • / Maqazin / — 16 Oktyabr 2025

    Aysel Teymurzadə “The Most“ jurnalında - FOTOLAR

  • / Maqazin / — 04 Oktyabr 2025

    Xalq artistinin bu geyimi müzakirələr yaratdı - FOTO

  • / Maqazin / — 21 Sentyabr 2025

    Xatirə açıq-saçıq geyimi ilə diqqət çəkdi - VİDEO

  • / Maqazin / — 20 Sentyabr 2025

    “Həyatımı alt-üst etdin, hər şeyi dəyişdin“ - VİDEO

  • / Maqazin / — 15 Sentyabr 2025

    Yarıçılpaq libası ilə diqqət çəkdi - Fotolar

Rasim Xudaverdiyevin Vəhdət Partiyası ilə əlaqəsi yoxdur - Açıqlama

Tarix 07.11.25, 14:08

Font ölçüsü : - / +
bitmap-img6


Rasim Xudaverdiyevin dələduz əməllərinin Vəhdət Partiyası ilə heç bir bağlılığı yoxdur

AzFakt.com xəbər verir ki, bununla bağlı Azərbaycan Vəhdət Partiyasından (AVP) məlumat verilib. Bir sıra mətbuat orqanlarında, o cümlədən “Azərbaycan Vəhdət Partiyasının Abşeron rayon təşkilatının sədri həbs olunub” başlıqlı xəbər yayımlanmışdır.
Məlumatda qeyd edilən Rasim Xudaverdiyev adlı şəxsin guya partiyamızın Abşeron rayon təşkilatının sədri kimi təqdim olunması tamamilə yanlış, qərəzli və reallığı əks etdirməyən informasiyadır.

Qeyd edirik ki, Rasim Xudaverdiyev 2024-cü il dekabrın 15-də həbs olunub. Həbsindən əvvəl onun barəsində cinayət işi açılmış və o, axtarışda olan şəxs kimi qeydiyyata alınmışdır. Həbs olunmazdan bir ay öncə isə rayin partiya sədrliyindən və partiya sıralarından xaric edilmiş, törətdiyi cinayət əməllərinə görə hüquq-mühafizə orqanlarına və aidiyyəti dövlət qurumlarına məlumat verilmişdir.

Rasim Xudaverdiyevin partiyamızın Abşeron rayon təşkilatının sədri və üzvü olmadığı barədə Ədliyyə Nazirliyinin Reyestr Xidmətinə də rəsmi məlumat təqdim olunmuşdur.

Bundan əlavə, 2024-cü ildə parlament seçkiləri ərəfəsində Rasim Xudaverdiyev partiya rəhbərliyindən icazə almadan, özbaşına təbliğat və təşviqat materialları hazırlamış, şəhid və qazi ailələrini, eləcə də seçiciləri aldadıcı şüarlarla çaşdıraraq partiyanın adından sui-istifadə etmişdir. Bu səbəbdən həm Rasim Xudaverdiyev, həm də həmin dövrdə Vəhdət Partiyasının Abşeron rayon təşkilatına nəzarət edən şəxslər partiyadan uzaqlaşdırılmışdır.

2025-cü ilin iyul ayında Abşeron rayonunda 350 nəfərin iştirakı ilə keçirilmiş konfransda yeni rayon sədri seçilmişdir.
Beləliklə, Rasim Xudaverdiyev həbsindən əvvəl – Azərbaycan Vəhdət Partiyasının Ali Məclisinin qərarı ilə partiya sıralarından xaric edilmişdir.

Rasim Xudaverdiyevin bu cür hərəkətləri partiyamızın VI Qurultayından əvvəl baş verdiyi üçün onun nə partiyamıza, nə də yerli təşkilatlara və yeni rəhbərliyə heç bir aidiyyəti yoxdur.

Hazırda Azərbaycan Vəhdət Partiyasının sədri Adəm İsmayıl Bakuvidir.
O, partiyanın 2025-ci ilin 12 iyun ayında keçirilmiş Qurultayında üzvlərin yekdil qərarı ilə sədr seçilmişdir. Yeni rəhbərliyin fəaliyyətə başlamasından sonra ölkə üzrə bütün rayon təşkilatlarının yenidən təşkili, strukturlaşdırılması və şəffaf idarəçilik prinsipləri əsasında formalaşdırılması istiqamətində ardıcıl işlər həyata keçirilir.

Azərbaycan Vəhdət Partiyasının yeni sədri Adəm İsmayıl Bakuvi bu cür xoşagəlməz hallarla davamlı şəkildə mübarizə aparır və aparacaqdır.

Son 4 ay ərzində Vəhdət Partiyası sıralarına 400-dən çox yeni üzv qəbul edilmiş, bu müddət ərzində 12 dəfə yüksək səviyyəli konfranslar, elmi müzakirələr və seminarlar təşkil olunmuşdur.

Hazırda partiyamızın sıraları şəffaflaşdırılaraq, bütün rayon təşkilatlarında konfranslar və iclaslar keçirilir, yeni rəhbərlər dövlətinə sadiq, qanunlara hörmət edən, siyasi və sosial savada malik gənclər arasından seçilir.

Vəhdət Partiyası hər zaman şəhid və qazi ailələrinə hörmətlə və qayğı ilə yanaşır.

Azərbaycan Vəhdət Partiyası 1994-cü ildən fəaliyyət göstərir və partiyanın minlərlə üzvü var. Hər hansı fərdi şəxsin nalayiq hərəkətləri partiyamızın cəmiyyətdəki nüfuzuna xələl gətirə bilməz.

Mətbuatda yayılan bu cür köhnə, təhrif edilmiş və məqsədli xarakter daşıyan məlumatların dövriyyəyə buraxılması partiyamızın nüfuzuna kölgə salmaq və ictimai rəyə yanlış təsir göstərmək cəhdi kimi qiymətləndirilir.

Azərbaycan Vəhdət Partiyası ictimaiyyəti dezinformasiyalara deyil, yalnız rəsmi mənbələrə istinad etməyə çağırır.
Partiyamızın fəaliyyəti və rəhbər heyəti ilə bağlı bütün rəsmi məlumatlar Vəhdət Partiyasının Mətbuat Xidməti tərəfindən ictimaiyyətə təqdim olunur.



Xəbərin oxunma sayı : 187




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap