Model Günay Musayevə çılpaq fotosunu PAYLAŞDI Aysel Teymurzadə “The Most“ jurnalında - FOTOLAR Xalq artistinin bu geyimi müzakirələr yaratdı - FOTO Xatirə açıq-saçıq geyimi ilə diqqət çəkdi - VİDEO
Axtar
 
  • / Maqazin / — 19 Oktyabr 2025

    Model Günay Musayevə çılpaq fotosunu PAYLAŞDI

  • / Maqazin / — 16 Oktyabr 2025

    Aysel Teymurzadə “The Most“ jurnalında - FOTOLAR

  • / Maqazin / — 04 Oktyabr 2025

    Xalq artistinin bu geyimi müzakirələr yaratdı - FOTO

  • / Maqazin / — 21 Sentyabr 2025

    Xatirə açıq-saçıq geyimi ilə diqqət çəkdi - VİDEO

  • / Maqazin / — 20 Sentyabr 2025

    “Həyatımı alt-üst etdin, hər şeyi dəyişdin“ - VİDEO

  • / Maqazin / — 15 Sentyabr 2025

    Yarıçılpaq libası ilə diqqət çəkdi - Fotolar

“Deyirdi “əlindən güclə qaçdım” - 9 ildir axtarılan qızın anası

Tarix 13.11.25, 22:03

Font ölçüsü : - / +
bitmap-img6


Xəbər verdiyimiz kimi, 2016-cı ildə Cəlilabadda itkin düşən 1982-ci il təvəllüdlü Xəyalə Ramiz qızı Xəlilovanın qətlə yetirilməsi məlum olub.

Mərhumun anası Zərifə Xəlilova “Qafqazinfo”ya bildirib ki, qızı 9 il öncə qonşuları hərbi xidmətdən dönərkən onun yığıncağında iştirak edib.

Sonuncu dəfə Xəyaləni həmin vaxt görüb:

“Özü hər yeri tanıyırdı, vaxtında evə gəlirdi. Hava qaralmamış saat 3 filan olanda gəlirdi evə. Mən bilmirdim bu gün Elnurun anasıgil gəldilər dedilər ki, mənim uşağımı şikayət etmisən. Dedim mən bilmirəm. Amma axtarılsın, tapılsın. Nə zamanadək içimdə yanacağam?”

Mərhumun anası bildirib ki, qızı ona həmin şəxs tərəfindən əvvəl də hücuma məruz qalması haqda danışıbmış:

“Bağça tərəfdə işləyirdim. Məni qarşılamağa gələndə qızı tutubmuş. Deyirdi “əlindən güclə qaçdım”.

Z.Xəlilova deyib ki, Xəyalə itkin düşəndən sonra dəfələrlə evinə də hücum olunub:

“Xəstəxanada yatdım, evə gəldim ki, evə girib kimsə. Bir neçə dəfə də evimizi daşlayıblar. Oğlum bu söz-söhbətlərə görə Bakıya qaçdı getdi. Bilmirəm bizi incitmək istəyən kimdir. Yoldaşım rəhmətə gedəndən sonra Xəyalənin başına o işləri gətirdilər. Yoxsa onun sağlığında edə bilərdilər?”

Qeyd edək ki, Baş Prokurorluğun məlumatına görə, 1997-ci il təvəllüdlü Elnur Eynullayevin aralarında yaranmış mübahisə zamanı Xəyalə Xəlilovanı döyməsi, daha sonra onu boğaraq qəsdən öldürməsi və cinayəti gizlətmək üçün basdırmasına əsaslı şübhələr müəyyən edilib.

E.Eynullayev polis əməkdaşları tərəfindən saxlanılaraq istintaqa təhvil verilib və prokurorluq tərəfindən şübhəli şəxs qismində tutulub.

Açıklama yok.
Açıklama yok.
Açıklama yok.
Açıklama yok.



Xəbərin oxunma sayı : 199




Hadisə

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap