Model Günay Musayevə çılpaq fotosunu PAYLAŞDI Aysel Teymurzadə “The Most“ jurnalında - FOTOLAR Xalq artistinin bu geyimi müzakirələr yaratdı - FOTO Xatirə açıq-saçıq geyimi ilə diqqət çəkdi - VİDEO
Axtar
 
  • / Maqazin / — 19 Oktyabr 2025

    Model Günay Musayevə çılpaq fotosunu PAYLAŞDI

  • / Maqazin / — 16 Oktyabr 2025

    Aysel Teymurzadə “The Most“ jurnalında - FOTOLAR

  • / Maqazin / — 04 Oktyabr 2025

    Xalq artistinin bu geyimi müzakirələr yaratdı - FOTO

  • / Maqazin / — 21 Sentyabr 2025

    Xatirə açıq-saçıq geyimi ilə diqqət çəkdi - VİDEO

  • / Maqazin / — 20 Sentyabr 2025

    “Həyatımı alt-üst etdin, hər şeyi dəyişdin“ - VİDEO

  • / Maqazin / — 15 Sentyabr 2025

    Yarıçılpaq libası ilə diqqət çəkdi - Fotolar

“Ricon“ MMC tikinti şirkəti işçisinin maaşını niyə vermir? - VİDEO

Tarix 12.11.25, 22:08

Font ölçüsü : - / +
bitmap-img6


Goranboy sakini bir ilə yaxın işlədiyi tikinti şirkətindən maaşını tam ala bilmədiyini iddia edir.

"Xəzər Xəbər"in vatsap qaynar xəttinə müraciət edən rayonun Aşağı Ballıqaya kəndində yaşayan Elçin Cəlilovun dediyinə görə, Goranboyda bina tikintisində 11 ay fəhlə olaraq çalışıb, lakin 4 aylıq əməkhaqqısı verilməyib.

Xezerxeber.az-ın məlumatına görə,

Elçin Cəlilov deyir ki, iş axtarmaq üçün göndəriş əsasında "Ricon" MMC-yə məraciət edib, 950 manat məvacibə razılaşıb. Əvvəl əməkhaqqı vaxtı-vaxtında verilib, lakin sonradan işləsələr də, maaşları verilməyib.

Hazırda işsiz qalan 40 yaşlı Elçin Cəlilov tezliklə probleminin həll olunmasını istəyir.

Məsələ ilə bağlı Elçin Cəlilovun işləyib əməkhaqqısını ala bilmədiyi tikinti şirkətinə müraciət etdik. Həmin şirkətdən telefon zənglərimizə cavab verən olmadı.

Dövlət Əmək Müfəttişliyi Xidmətindən isə “Xəzər Xəbər"ə bildirildi ki, "Ricon" MMC-də əmək hüquqlarının pozulması ilə bağlı Elçin Cəlilov tərəfindən daxil olan müraciət üzrə araşdırma aparılır. Araşdırma çərçivəsində vətəndaş Elçin Cəlilov tərəfindən müvafiq qaydada izahat və bank hesabından çıxarış təqdim olunub. Müraciətlə əlaqədar olaraq "RİCON" MMC-yə əməkhaqqı ödənişlərinə dair sənədləri təqdim etməsi üçün rəsmi məktub göndərilib. Araşdırma zamanı müəssisənin işçilərlə münasibətlərində inzibati xəta tərkibinin əlamətləri müəyyən edildiyindən, bu istiqamətdə inzibati icraat prosesi aparılır.

Dövlət Əmək Müfəttişliyi Xidmətindən o da bildirilib ki, "Ricon" MMC-də işçilərlə bağlı aşkar edilmiş hüquq pozuntularının aradan qaldırılması, habelə gecikmiş sosial ödənişlərin işəgötürən tərəfindən təmin edilməsi məqsədilə qanunvericiliyə uyğun tədbirlər görüləcək.





Xəbərin oxunma sayı : 292




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap