Azərbaycanda bu məşhur müğənnilərə efir qadağası qoyuldu - SİYAHI “Sevdiyim şəxs var, heç “instagram“ı da yoxdur“ - Aysun Boşandığı həyat yoldaşı ilə bağlı etiraf etdi: “Onu sevirəm“ Efirdə xanəndə ilə Mənzurə arasında gərginlik - VİDEO
Axtar
 
  • / Maqazin / — 27 Fevral 2026

    Azərbaycanda bu məşhur müğənnilərə efir qadağası qoyuldu - SİYAHI

  • / Maqazin / — 22 Fevral 2026

    “Sevdiyim şəxs var, heç “instagram“ı da yoxdur“ - Aysun

  • / Maqazin / — 05 Fevral 2026

    Boşandığı həyat yoldaşı ilə bağlı etiraf etdi: “Onu sevirəm“

  • / Maqazin / — 26 Yanvar 2026

    Efirdə xanəndə ilə Mənzurə arasında gərginlik - VİDEO

  • / Maqazin / — 02 Yanvar 2026

    “Bu, Aygün xanımın mənə böyük hədiyyəsidir“ - Namiq Qaraçuxurlu

  • / Maqazin / — 17 Dekabr 2025

    Ancelina Coli buna görə yarıçılpaq poz verdi - FOTO

Prezident İlham Əliyev qəbul keçirdi - Fotolar

Tarix 12.11.25, 13:58

Font ölçüsü : - / +
bitmap-img6


Azərbaycan Prezidenti İlham Əliyev bu gün Çinin “China Datang Corporation Ltd.” şirkətinin Direktorlar Şurasının sədri Lü Cünün başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

AzFakt.com xəbər verir ki, dövlət başçısı “China Datang Corporation Ltd.” şirkətinin böyük nümayəndə heyətinin Azərbaycana səfərinin əhəmiyyətinə toxunaraq, bunun əməkdaşlığın perspektivlərinin müzakirəsi üçün yaxşı imkan yaratdığını vurğulayıb.

Ölkəmizdə çox sayda Çin şirkətinin fəaliyyət göstərdiyini deyən Prezident İlham Əliyev Azərbaycanla Çin arasında vizasız gediş-gəliş rejiminin tətbiqindən sonra Çindən ölkəmizə gələn turistlərin sayının artdığını qeyd edib.

Dövlət başçısı bu il Çinə dövlət və işgüzar səfərlərini xatırlayıb, həmin səfərlərdən sonra strateji tərəfdaşlıq əlaqələrimizin daha da genişləndiyini vurğulayıb.

Qəbula görə minnətdarlığını bildirən Lü Cün Bakının inkişafının onlarda xoş təəssürat hissi yaratdığını deyib. Qonaq ölkəmizdə özlərinə qarşı dost münasibəti qeyd edib.

Söhbət zamanı Azərbaycan ilə “China Datang Corporation Ltd.” şirkəti arasında enerji keçidi, yaşıl enerji və yaşıl sənaye parkı layihələri ilə bağlı fikir mübadiləsi aparılıb.







Xəbərin oxunma sayı : 904




Siyasət

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap