Nazirlik “Dokta“da yoxlama apardı - Pozuntular aşkarladı Azərbaycanda bu məşhur müğənnilərə efir qadağası qoyuldu - SİYAHI “Sevdiyim şəxs var, heç “instagram“ı da yoxdur“ - Aysun Boşandığı həyat yoldaşı ilə bağlı etiraf etdi: “Onu sevirəm“
Axtar
 
  • / Sosial / — 13 Mart 2026

    Nazirlik “Dokta“da yoxlama apardı - Pozuntular aşkarladı

  • / Maqazin / — 27 Fevral 2026

    Azərbaycanda bu məşhur müğənnilərə efir qadağası qoyuldu - SİYAHI

  • / Maqazin / — 22 Fevral 2026

    “Sevdiyim şəxs var, heç “instagram“ı da yoxdur“ - Aysun

  • / Maqazin / — 05 Fevral 2026

    Boşandığı həyat yoldaşı ilə bağlı etiraf etdi: “Onu sevirəm“

  • / Maqazin / — 26 Yanvar 2026

    Efirdə xanəndə ilə Mənzurə arasında gərginlik - VİDEO

  • / Maqazin / — 02 Yanvar 2026

    “Bu, Aygün xanımın mənə böyük hədiyyəsidir“ - Namiq Qaraçuxurlu

Bakını duman bürüdü - Pis qoxu yayılıb

Tarix 12.11.25, 9:45

Font ölçüsü : - / +
bitmap-img6


Bu gün səhər saatlarından etibarən paytaxt Bakını qalın duman təbəqəsi bürüyüb.

AzFakt.com Musavat.com-a istinadla xəbər verir ki, şəhərin bir çox rayonlarında, xüsusən də mərkəzi və sahilyanı ərazilərdə görünüş məsafəsi xeyli azalıb. Bununla yanaşı, şəhər sakinləri havada yayılan kəskin, xoşagəlməz qoxudan da narazılıqlarını ifadə ediblər.

Paytaxtın müxtəlif istiqamətlərindən “pis qoxu gəlir”, “nəfəs almaq çətindir”, “hava tüstü ilə doludur” kimi şikayətlər daxil olub. Xüsusilə Nizami, Binəqədi və Yasamal rayonlarında yaşayan sakinlər bu vəziyyətin narahatlıq yaratdığını bildiriblər.

Məsələ ilə bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyinə və Milli Hidrometeorologiya Xidmətindən bildirilib ki, dumanın müşahidə olunması ilə bağlı öncədən xəbərdarlıq edilib.

Lakin havada hiss edilən pis qoxu ilə bağlı quruma hər hansı rəsmi məlumat daxil olmayıb.

Qeyd edək ki, payız-qış mövsümündə xüsusilə temperatur inversiyası adlanan təbiət hadisəsi zamanı atmosferin aşağı qatında çirklənmiş hava yuxarı qalxa bilmir, bu da şəhər mühitində duman, tüstü və müxtəlif qoxuların toplanmasına gətirib çıxarır. Mütəxəssislər bildirirlər ki, bu vəziyyət avtomobil qazlarının, sənaye tullantılarının və məişət tullantılarının təsirini daha da artırır.

Hazırda Bakıda küləksiz hava şəraiti davam edir. Əgər gün ərzində külək əsərsə, duman və qoxunun yayılması ehtimalı azalacaq.



Xəbərin oxunma sayı : 760




Hadisə

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap