Azərbaycanda bu məşhur müğənnilərə efir qadağası qoyuldu - SİYAHI “Sevdiyim şəxs var, heç “instagram“ı da yoxdur“ - Aysun Boşandığı həyat yoldaşı ilə bağlı etiraf etdi: “Onu sevirəm“ Efirdə xanəndə ilə Mənzurə arasında gərginlik - VİDEO
Axtar
 
  • / Maqazin / — 27 Fevral 2026

    Azərbaycanda bu məşhur müğənnilərə efir qadağası qoyuldu - SİYAHI

  • / Maqazin / — 22 Fevral 2026

    “Sevdiyim şəxs var, heç “instagram“ı da yoxdur“ - Aysun

  • / Maqazin / — 05 Fevral 2026

    Boşandığı həyat yoldaşı ilə bağlı etiraf etdi: “Onu sevirəm“

  • / Maqazin / — 26 Yanvar 2026

    Efirdə xanəndə ilə Mənzurə arasında gərginlik - VİDEO

  • / Maqazin / — 02 Yanvar 2026

    “Bu, Aygün xanımın mənə böyük hədiyyəsidir“ - Namiq Qaraçuxurlu

  • / Maqazin / — 17 Dekabr 2025

    Ancelina Coli buna görə yarıçılpaq poz verdi - FOTO

“Azərbaycan İranı tərəfdaş kimi görür“ - Prezidentin köməkçisi

Tarix 01.12.25, 17:52

Font ölçüsü : - / +
bitmap-img6


Azərbaycan İranla ticari-iqtisadi əlaqələrini genişləndirməyə önəm verir.

APA xəbər verir ki, bunu Azərbaycan Prezidentinin köməkçisi - Azərbaycan Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Brüsseldə “EU Today”ə müsahibəsində deyib.

O, İranda Azərbaycan səfirliyində törədilən hücumla bağlı da danışıb. Hikmət Hacıyev xatırladıb ki, hücumu törədən şəxs İran qanunlarına əsasən mühakimə olunub və Azərbaycan İranla münasibətlərdə bu səhifəni tamamilə çevirib.

Hikmət Hacıyev iki ölkə arasındakı münasibətləri normal və stabil qiymətləndirib, eyni zamanda, Azərbaycan Prezidenti İlham Əliyevlə onun iranlı həmkarı Məsud Pezeşkian arasında şəxsi münasibətin istiliyinə diqqət çəkib.

Azərbaycan Prezidentinin köməkçisi Araz çayı üzərində Ağbənd-Kəlalə körpüsü ilə İranın rəsmi Bakının geniş konnektivlik planlarında yer aldığını, bu layihənin strukturunun 2025-ci ilin sonuna qədər yekunlaşacağını vurğulayıb.

“Biz İranı qonşu, tərəfdaş kimi görürük və ticari-iqtisadi əlaqələrimizi genişləndirməyə önəm veririk”, - Hikmət Hacıyev qeyd edib.



Xəbərin oxunma sayı : 808




Siyasət

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap