“İki uşaq anasıyam, kimdir məni alan?“ -Renka “Mətbəxə girmirəm, maşın sürmürəm, saçımı daramıram“ - VİDEO Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi
Axtar
 
  • / Maqazin / — 31 Avqust 2026

    “İki uşaq anasıyam, kimdir məni alan?“ -Renka

  • / Maqazin / — 11 İyul 2026

    “Mətbəxə girmirəm, maşın sürmürəm, saçımı daramıram“ - VİDEO

  • / Maqazin / — 11 İyul 2026

    Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO

  • / Maqazin / — 02 İyul 2026

    “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi

  • / Maqazin / — 01 İyul 2026

    “Ər çörəyi yeyəndə kökələcəm“ - Azərbaycanlı model

  • / Maqazin / — 12 İyun 2026

    “Kişi məclislərinə bir şərtlə gedirəm” - Nigar Şabanova

Yaşayış minimumu və ehtiyac meyarı 300 manat oldu - Qərar verildi

Tarix 02.12.25, 23:00

Font ölçüsü : - / +
bitmap-img6


Milli Məclis 2026-ci ilin dövlət büdcəsi zərfinə daxil olan "Azərbaycan Respublikasında 2026-cı il üçün yaşayış minimumu haqqında" və "Azərbaycan Respublikasında 2026-cı il üçün ehtiyac meyarının həddi haqqında" qanun layihələrini ikinci oxunuşda qəbul edib.

AzFakt.com xəbər verir ki, parlamentin bugünkü plenar iclasında müzakirə zamanı bildirilib ki, 2026-cı ildə Azərbaycanda yaşayış minimumu və ehtiyac meyarının 300 manat olması nəzərdə tutulur.

Bu, 2025-ci illə müqayisədə 15 manat və yaxud 5,3 % çoxdur.

Sənədə əsasən, yaşayış minimumu əmək qabiliyyətli əhali üçün 317 manat, pensiyaçılar üçün 245 manat, uşaqlar üçün 260 manat müəyyən edilir.

Müzakirələrdən sonra hər iki sənəd səsverməyə qoyularaq ikinci oxunuşda qəbul olunub.



Xəbərin oxunma sayı : 841




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap