“Bu, Aygün xanımın mənə böyük hədiyyəsidir“ - Namiq Qaraçuxurlu Ancelina Coli buna görə yarıçılpaq poz verdi - FOTO “Nə qədər bağlı geyinsəm də, deyəcəklər...” - Röya Ayxan Xalq artistinin bu geyimi müzakirə yaratdı - VİDEO
Axtar
 
  • / Maqazin / — 02 Yanvar 2026

    “Bu, Aygün xanımın mənə böyük hədiyyəsidir“ - Namiq Qaraçuxurlu

  • / Maqazin / — 17 Dekabr 2025

    Ancelina Coli buna görə yarıçılpaq poz verdi - FOTO

  • / Maqazin / — 02 Dekabr 2025

    “Nə qədər bağlı geyinsəm də, deyəcəklər...” - Röya Ayxan

  • / Maqazin / — 01 Dekabr 2025

    Xalq artistinin bu geyimi müzakirə yaratdı - VİDEO

  • / Maqazin / — 28 Noyabr 2025

    Canlı yayımda müğənnilər arasında dava düşdü - VİDEO

  • / Maqazin / — 21 Noyabr 2025

    “Onun-bunun ərindən uşaq doğanlar...“ - Efirdə qalmaqal

“NATO-nun davamlı genişlənməsi barədə təsəvvürə son qoymaq lazımdır“ - Ağ Ev

Tarix 05.12.25, 16:35

Font ölçüsü : - / +
bitmap-img6


ABŞ administrasiyası NATO-nun “daimi olaraq genişlənən alyans” kimi qiymətləndirilməsinin qarşısının alınmasını vacib hesab edir.

APA xəbər verir ki, bu Ağ Evin rəsmi saytında dərc edilən ABŞ-ın yeni Milli Təhlükəsizlik Strategiyasında qeyd olunub.

Sənəddə bildirilir ki, Vaşinqtonun əsas məqsədlərindən biri “NATO-nun davamlı şəkildə genişlənməsi barədə təsəvvürə son qoymaq və belə inkişafın qarşısını almaqdır”.

Strategiyada həmçinin vurğulanır ki, “ABŞ-ın bütün dünya nizamını təkbaşına daşıdığı dövr artıq arxada qalıb”.

Qeyd olunur ki, ABŞ-ın çoxsaylı müttəfiq və tərəfdaşları arasında öz regionlarında daha böyük məsuliyyət götürməli və kollektiv müdafiəyə daha ciddi töhfə verməli olan “onlarla varlı və inkişaf etmiş ölkə” mövcuddur.

Sənəddə ABŞ-ın digər prioritetləri arasında “Ukraynada döyüşlərin tez bir zamanda dayandırılması istiqamətində danışıqların aparılması”, eləcə də Rusiyanın digər Avropa ölkələri ilə qarşıdurma riskinin azaldılması da yer alır.

Yeni strategiyada Avropa ölkələrinin Rusiyanı “ekzistensial təhdid” kimi gördüyü, Moskva ilə münasibətlərin tənzimlənməsinin isə ABŞ-ın diplomatik iştirakını tələb etdiyi bildirilib. Eyni zamanda, Vaşinqtonun Rusiya ilə münasibətlərdə “strateji sabitliyi bərpa etməyə” çalışdığı qeyd olunub.



Xəbərin oxunma sayı : 616




Dünya

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap