“Nə qədər bağlı geyinsəm də, deyəcəklər...” - Röya Ayxan Xalq artistinin bu geyimi müzakirə yaratdı - VİDEO Canlı yayımda müğənnilər arasında dava düşdü - VİDEO “Onun-bunun ərindən uşaq doğanlar...“ - Efirdə qalmaqal
Axtar
 
  • / Maqazin / — 02 Dekabr 2025

    “Nə qədər bağlı geyinsəm də, deyəcəklər...” - Röya Ayxan

  • / Maqazin / — 01 Dekabr 2025

    Xalq artistinin bu geyimi müzakirə yaratdı - VİDEO

  • / Maqazin / — 28 Noyabr 2025

    Canlı yayımda müğənnilər arasında dava düşdü - VİDEO

  • / Maqazin / — 21 Noyabr 2025

    “Onun-bunun ərindən uşaq doğanlar...“ - Efirdə qalmaqal

  • / Maqazin / — 11 Noyabr 2025

    Pərvin Abıyeva yeni geyimi ilə diqqət çəkdi - FOTOLAR

  • / Maqazin / — 10 Noyabr 2025

    “Aygün xanımla aramızda soyuqluq var idi“ - VİDEO

Ən varlı rusların sərvəti 24 milyard dollar artdı - “Bloomberg”

Tarix 02.01.26, 18:04

Font ölçüsü : - / +
bitmap-img6


Şirkətlərin səhmlərinin dəyəri əsasında hesablanan “Bloomberg Milyarderlər İndeksi”nə əsasən, Rusiyanın ən varlı iş adamlarının sərvəti ilin əvvəlindən 23,818 milyard dollar artıb.

Yeniavaz.com xəbər verir ki, bu barədə “Bloomberg” agentliyi məlumat yayıb.
“Bloomberg Milyarderlər İndeksi”nə görə, ilin əvvəlindən Rusiyanın ən böyük dəmir filizi istehsalçısı “Metalloinvest”in səhmdarı Əlişir Usmanov son bir ildə 6,04 milyard dollar qazanaraq, sərvətini 19,3 milyard dollara çatdırıb.
“Ural Mədən və Metallurgiya Şirkəti”nin təsisçisi İsgəndər Mahmudovun sərvəti isə 4,75 milyard dollar artaraq, 7,88 milyard dollar olub.
“Telegram”ın həmtəsisçisi Pavel Durov 2025-ci ildə 3,38 milyard dollar qazanaraq, sərvətini 14,4 milyard dollara çatdırıb.
“Wildberries”in təsisçisi və RVB-nin rəhbəri (“Wildberries” və “Russ” şirkətlərinin birləşməsidir) Tatyana Kimin sərvəti isə 515 milyon dollar artaraq, 7,89 milyard dollar olub.
Ən böyük itkini iş adamı Mixail Fridman yaşayıb: onun sərvəti 4,7 milyard dollar azalaraq, 10,1 milyard dollara düşüb.
Qeyd edək ki, 2012-ci ilin martından agentlik planetin ən varlı 500 adamının sərvətləri haqqında məlumatların yer aldığı “Bloomberg Milyarderlər İndeksi”ni dərc edir.



Xəbərin oxunma sayı : 121




Dünya

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap