“Nə qədər bağlı geyinsəm də, deyəcəklər...” - Röya Ayxan Xalq artistinin bu geyimi müzakirə yaratdı - VİDEO Canlı yayımda müğənnilər arasında dava düşdü - VİDEO “Onun-bunun ərindən uşaq doğanlar...“ - Efirdə qalmaqal
Axtar
 
  • / Maqazin / — 02 Dekabr 2025

    “Nə qədər bağlı geyinsəm də, deyəcəklər...” - Röya Ayxan

  • / Maqazin / — 01 Dekabr 2025

    Xalq artistinin bu geyimi müzakirə yaratdı - VİDEO

  • / Maqazin / — 28 Noyabr 2025

    Canlı yayımda müğənnilər arasında dava düşdü - VİDEO

  • / Maqazin / — 21 Noyabr 2025

    “Onun-bunun ərindən uşaq doğanlar...“ - Efirdə qalmaqal

  • / Maqazin / — 11 Noyabr 2025

    Pərvin Abıyeva yeni geyimi ilə diqqət çəkdi - FOTOLAR

  • / Maqazin / — 10 Noyabr 2025

    “Aygün xanımla aramızda soyuqluq var idi“ - VİDEO

Mənsimovun adı Ekol TV ilə bağlı istintaqa daxil edildi - Özü açıqlama yaydı

Tarix 09.01.26, 13:26

Font ölçüsü : - / +
bitmap-img6


Türkiyədə ötən ay bağlanan Ekol TV barəsində istintaq başladılıb.

AzFakt.com Türkiyə KİV-ə istinadla xəbər verir ki, Küçükçekmece Respublika Baş Prokurorluğu tərəfindən kanalla bağlı çirkli pulların yuyulması və qanunsuz mərc ittihamları ilə başlanan istintaq genişləndirilib.

Məlumata görə, istintaq çərçivəsində Ekol TV-nin baş redaktoru Emrah Doğru, “mərc oyunları baronu” kimi tanınan Veysel Şahin, iş adamı Mübariz Mənsimov, İdarə Heyətinin üzvü Arif Çetin və vəkil Ersan Şenin də adı istintaq materiallarına daxil edilib.

Ümumilikdə 12 şübhəlinin adının hallandığı istintaq materialları kifayət qədər dəlil olmadığı üçün İstanbul Baş Prokurorluğuna göndərilib.

Qeyd edək ki, təxminən iki ildir efirdə olan Ekol TV iqtisadi çətinlikləri əsas gətirərək, yayımını 22 dekabr 2025-ci ildə dayandırmaq qərarına gəlib.

Mübariz Mənsimov məsələ ilə bağlı sosial media hesabında açıqlama yayıb.
O bildirib ki, mətbuatda dərc olunan Ekol TV-də başladılan istintaqa onun adının daxil edilməsi ilə bağlı xəbərlər həqiqəti əks etdirmir:
“Adıçəkilən televiziya kanalı ilə heç bir əlaqəm yoxdur. Haqqımda bu tipli yalan xəbərlər əvvəllər də yayılıb. Nüfuzuma zərər vermək məsədi daşıyan belə xəbərləri şiddətli şəkildə qınayıram”.



Xəbərin oxunma sayı : 367




Hadisə

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap