“Bu, Aygün xanımın mənə böyük hədiyyəsidir“ - Namiq Qaraçuxurlu Ancelina Coli buna görə yarıçılpaq poz verdi - FOTO “Nə qədər bağlı geyinsəm də, deyəcəklər...” - Röya Ayxan Xalq artistinin bu geyimi müzakirə yaratdı - VİDEO
Axtar
 
  • / Maqazin / — 02 Yanvar 2026

    “Bu, Aygün xanımın mənə böyük hədiyyəsidir“ - Namiq Qaraçuxurlu

  • / Maqazin / — 17 Dekabr 2025

    Ancelina Coli buna görə yarıçılpaq poz verdi - FOTO

  • / Maqazin / — 02 Dekabr 2025

    “Nə qədər bağlı geyinsəm də, deyəcəklər...” - Röya Ayxan

  • / Maqazin / — 01 Dekabr 2025

    Xalq artistinin bu geyimi müzakirə yaratdı - VİDEO

  • / Maqazin / — 28 Noyabr 2025

    Canlı yayımda müğənnilər arasında dava düşdü - VİDEO

  • / Maqazin / — 21 Noyabr 2025

    “Onun-bunun ərindən uşaq doğanlar...“ - Efirdə qalmaqal

Şahzadə Endryu ilə bağlı fayllar da açıqlandı - “Epşteyn zəlzələsi” davam edir

Tarix 02.02.26, 10:27

Font ölçüsü : - / +
bitmap-img6


ABŞ Ədliyyə Nazirliyi tərəfindən açıqlanan və həcmi 3 milyondan çox sənədi əhatə edən Ceffri Epşteyn fayllarında Britaniya kral ailəsinin üzvlərinə dair yeni iddialar yer alıb.

Yeniavaz.com “The Guardian”a istinadən xəbər verir ki, sənədlərdə “The Duke” (“Hersoq”), “The Invisible Man” (“Görünməz Adam”) və “Sarah” adlı hesablar vasitəsilə aparılmış elektron yazışmaların keçmiş York hersoqu şahzadə Endryu (Andrew Mountbatten-Windsor) və onun sabiq həyat yoldaşı Sara Ferqyusona (Sarah Ferguson) aid olduğu ehtimal edilir.
Fayllara əsasən, şahzadə Endryu Epşteynin 2010-cu ilin avqustunda ev dustaqlığından azad edilməsindən dərhal sonra onunla əlaqəni davam etdirib. Həmin il dekabrda Endryunun ABŞ-yə etdiyi səfərdən sonra da yazışmaların olduğu bildirilir. Qeyd edək ki, Epşteyn 2008-ci ildə azyaşlıya qarşı cinsi istismar məqsədilə fahişəliyə cəlbetmə ittihamı ilə təqsirli bilinib və 13 ay cəza çəkib.
Sənədlərə daxil edilən materiallar arasında tarix və məkan göstərilməyən fotoşəkillər də var. Həmin fotolarda şahzadə Endryunun yerdə uzanan, üzü gizlədilmiş bir qadının üzərində əyildiyi görünür. Sənədlərdə bu görüntülərin hər hansı qanunsuzluğu sübut etdiyinə dair açıq qeyd yoxdur.
Elektron məktublarda Endryunun Epşteynlə “26 yaşlı, rus, gözəl” kimi təsvir edilən bir qadın haqqında yazışdığı, onunla görüşməkdə maraqlı olduğu bildirilir. Həmin yazışmalar Epşteynin ev dustaqlığından sonra baş tutub.
2010-cu ilin sentyabrına aid digər e-poçtlarda Epşteynin Londona səfəri zamanı şahzadə Endryudan “xüsusi vaxt” istədiyi görünür. Cavab məktubunda Bukingem sarayında şam yeməyi və “tam məxfilik” təklif edildiyi qeyd olunur. Görüşün baş tutub-tutmadığı isə məlum deyil.


Sənədlərdə Epşteynin Sara Ferqyusondan onun haqqında “pedo deyil” məzmunlu açıqlama verməsini istədiyi iddia edilir. 2011-ci ildə aparılmış yazışmalarda Ferqyusonun belə bir açıqlama verməkdən imtina etdiyi və bunu şəxsi imicini qorumaqla əsaslandırdığı göstərilir. Ferqyusonun nümayəndələri daha əvvəl onun Epşteynlə əlaqələrindən peşman olduğunu və azyaşlılara qarşı istismarı açıq şəkildə pislədiyini bildirib.

Bundan başqa, 2009-cu ilə aid bir e-poçtda Ferqyusonun qızları – şahzadə Beatris və Evgeniya ilə birlikdə Epşteynlə görüşdüyünü eyham etdiyi görünür. Həmin dövrdə Epşteyn ev dustaqlığında idi və görüşün dəqiq baş verib-vermədiyi təsdiqlənməyib.

Şahzadə Endryu 2025-ci ilin oktyabrında kral tərəfindən bütün titullarından və fəxri adlarından məhrum edilib. O, daha əvvəl Epşteynlə dostluğunu 2010-cu ildə kəsdiyini bildirmişdi. Açıqlanan yeni sənədlər isə bu iddianı sual altına alır.



Xəbərin oxunma sayı : 310




Dünya

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap