“Bu, Aygün xanımın mənə böyük hədiyyəsidir“ - Namiq Qaraçuxurlu Ancelina Coli buna görə yarıçılpaq poz verdi - FOTO “Nə qədər bağlı geyinsəm də, deyəcəklər...” - Röya Ayxan Xalq artistinin bu geyimi müzakirə yaratdı - VİDEO
Axtar
 
  • / Maqazin / — 02 Yanvar 2026

    “Bu, Aygün xanımın mənə böyük hədiyyəsidir“ - Namiq Qaraçuxurlu

  • / Maqazin / — 17 Dekabr 2025

    Ancelina Coli buna görə yarıçılpaq poz verdi - FOTO

  • / Maqazin / — 02 Dekabr 2025

    “Nə qədər bağlı geyinsəm də, deyəcəklər...” - Röya Ayxan

  • / Maqazin / — 01 Dekabr 2025

    Xalq artistinin bu geyimi müzakirə yaratdı - VİDEO

  • / Maqazin / — 28 Noyabr 2025

    Canlı yayımda müğənnilər arasında dava düşdü - VİDEO

  • / Maqazin / — 21 Noyabr 2025

    “Onun-bunun ərindən uşaq doğanlar...“ - Efirdə qalmaqal

“Azərlotoreya”nın gəncləri göndərdiyi gedər-gəlməz - Ümidsizlikdən intihara qədər aparan yol...

Tarix 02.02.26, 14:55

Font ölçüsü : - / +
bitmap-img6


Açığı “Azərlotoreya”nın bu qədər reklama niyə ehtiyacı olduğnunu başa düşmək belə çətindir...

Bu gün gənclər günüdür və bu gün biz bir daha Azərbaycan gənclərinin sosial bəlalarından birinə çevrilən mərc oyunlarından və qumardan daqnışacağıq. Ötən yazımızda da qeyd etmişdik ki, “Azərlotoreya” və “Misli”nin 7/24 rejimində bütün informasiya mənbələrindən beynizmizə axın edən reklamları yeniyetmə və gənclərdə qumara meyl və asılıq yaradır. Bu problem ümumilikdə cəmiyyətimizin probleminə çevrilib və hər gün daha böyüyür. Çünki biz rəqəmsal informasiya dönəımində yaşayırıq və “Azərlotoreya”nın reklamları hər tərəfdən bizləri, xüsüsən də gəncləri hədəf alır.

Bu günlərdə telekanalalrda “Azərlotoreya”nın bir neçə reklamını izlədim. Reklamlarda ən aşağı qazanc əldə edən insanlar, misal üçün fəhlə və xadimələr böyük uduşlar qazanır və xöşbəst olurdurlar. Bəs doğrudanmı bu belədir? Doğrudanmı “Azərlotoreya” bizim kasıbları varlandırır, onları xöşbəxt edir, ya da heç olmasa buna cəhd edir?

Əlbəttə ki, yox. Sadəcə belə ucuz yollarla “Azərlotoreya” özünün hədəf “qurbanları” olaraq daha kasıb əhalini seçib və onlara müraciət edir. Çünki kasıbların varlılardan dəfələrlə çox olması dünya yaranandan bəllidir və bu halda “Azərlotoreya”da pula daha çox ehtiyacı olan insanları daha asanlıqla şurnikləşdirə biləcəyini də yaxşı bilir. Yəni, bu şirnikləşdirici ucuz qumar oyunları reklamlarının tək bir hədəfi var: daha çox kasıbdan daha çox pul qazanmaq!

Açığı “Azərlotoreya”nın bu qədər reklama niyə ehtiyacı olduğnunu başa düşmək belə çətindir. Elə onlara bu imkanları tanıyan Azərbaycan dövlət qurumlarını və qanunuvericiliyini də anlamaq çox çətindir. Bizdə onlayn qumar və mərc oyunları reklamları ilə bağlı yaranmış vəziyyət isə demək olar ki, heç bir ölkədə yoxdur. Bütün asılıq yaradan əmtəə nişanlarının reklamı kimi xarici ölkələrdə qumar və mərc oyunları reklamları ya qadağandır, ya da müəyyən saatlarda mümkündür. Bizdə isə asılıq yaradan bu reklam “fabriki”,  yuxarıda da qeyd etdiyimiz kimi 7/24 rejimi ilə çalışır. Digər tərəfdən isə bu xüsusi istisnanın ancaq bir özəl quruma verilməsi də çoxlu sual yaradır. “Azərlotoreya” ASC dövlət qurumu deyil və xarici ölkə vətəndaşına aid bir özəl əmtəə nişanıdır. Bu durumda bu istisna ayrıcalığın Milli Məclis səviyyəsində qanunla təsbit olunmuş bir şəkildə Dəmirörənlərə verilməsinin  və türk iş adamının Azərbaycanda rəsmi şəkildə toxunulmaz elan olunmasının hansısa bir izahı varmı? Azərbaycan hakimiyyətində kimlər Dəmirörənə bu qədər səlahiyyət və toxunulmazlıq verilməsində maraqlıdır? İnsanlarda asılıq yaradan və onları ümidsizliyə, fəlakətə, alkoqolizmə, ailə dağılmasına, hətta intihara qədər sürükləyən bu mərəzi bizə düçar edənlərin məqsədi nədir? Doğrudanmı onlar hesab edirlər ki, bununla Azərbaycan xalqının rifahına, inkişafına xidmət edirlər? Nəyə görə bizi uçruma aparan bu mərəzin reklamlarının durdurulması ilə bağlı heç kim addım atmaq istəmir?

Bu arada, Dəmirörənlərin Azərbaycandan qazandıqları milyonları hara daşıdıqları da müəmmadır. Hər halda “Dəmirörən” şirkətinin Azərbaycanda başqa bir sahəyə sərmayə qoyması, ya da xeyriyyəçilik etməsi ilə bağlı heç bir məlumat yoxdur. Azərbaycanın informasiya məkanında baxdıqda görürük ki, Dəmirörənlər yalnız reklama pul xərcləyir və bu zaman məqsədləri Azərbaycanda daha çöx ev yıxmaq, daha çox qazanmaq və qazandıqları pulları Azərbaycandan çıxarmaqdır...

Poliqon.info



Xəbərin oxunma sayı : 730




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap