“Bu, Aygün xanımın mənə böyük hədiyyəsidir“ - Namiq Qaraçuxurlu Ancelina Coli buna görə yarıçılpaq poz verdi - FOTO “Nə qədər bağlı geyinsəm də, deyəcəklər...” - Röya Ayxan Xalq artistinin bu geyimi müzakirə yaratdı - VİDEO
Axtar
 
  • / Maqazin / — 02 Yanvar 2026

    “Bu, Aygün xanımın mənə böyük hədiyyəsidir“ - Namiq Qaraçuxurlu

  • / Maqazin / — 17 Dekabr 2025

    Ancelina Coli buna görə yarıçılpaq poz verdi - FOTO

  • / Maqazin / — 02 Dekabr 2025

    “Nə qədər bağlı geyinsəm də, deyəcəklər...” - Röya Ayxan

  • / Maqazin / — 01 Dekabr 2025

    Xalq artistinin bu geyimi müzakirə yaratdı - VİDEO

  • / Maqazin / — 28 Noyabr 2025

    Canlı yayımda müğənnilər arasında dava düşdü - VİDEO

  • / Maqazin / — 21 Noyabr 2025

    “Onun-bunun ərindən uşaq doğanlar...“ - Efirdə qalmaqal

67 yaşlı generalla ailə quran xanım digər generalın bacısı qızıdır - FOTOLAR

Tarix 02.02.26, 16:32

Font ölçüsü : - / +
bitmap-img6


Azərbaycanda 67 yaşlı general-mayor Nazim Əliyevin özündən 35 yaş kiçik xanımla ailə qurub. Məlumata görə, general-mayorun ailə həyatı qurduğu şəxs 33 yaşlı Həcər Mirzəyevadır.

AzFakt.com Qaynarinfo-ya istinadla xəbər verir ki, diqqətçəkən məqamlardan biri isə Həcər Mirzəyevanın da tanınmış hərbi-siyasi ailəyə mənsub olmasıdır. Belə ki, o, gömrük general-mayoru Ehtiram Xəlilovun bacısı qızıdır.

Bakupost.az
Ehtiram Xəlilov

Həcər Mirzəyeva hazırda Müdafiə Sənayesi Nazirliyinin Milli Aerokosmik Agentliyində Yeni Azərbaycan Partiyasının (YAP) təşkilat xətti üzrə məsul vəzifədə çalışır. O, Agentlikdə YAP Binəqədi ərazi təşkilatının sədr müavini vəzifəsini icra edir.

Təhsilinə gəlincə, Həcər Mirzəyeva Azərbaycan Dövlət İqtisad Universitetinin Beynəlxalq iqtisadi münasibətlər fakültəsini bitirib. Daha sonra Finans və Kredit ixtisası üzrə magistratura təhsilini başa vurub.

Bakupost.az
Həcər Mirzəyeva

Siyasi fəaliyyətə isə erkən yaşlardan qoşulub. O, 2009-cu ildən Yeni Azərbaycan Partiyasının könüllü üzvü olub. 2021-ci ildən etibarən isə Milli Aerokosmik Agentlikdə YAP-ın Binəqədi ərazi təşkilatında sədr müavini kimi fəaliyyət göstərir.

İş fəaliyyəti dövründə Həcər Mirzəyeva bir sıra mükafatlara layiq görülüb. O, "Peşə medalı” ilə təltif edilib, həmçinin Binəqədi rayon YAP təşkilatı üzrə "İlin ən fəal gənci” nominasiyası üzrə Fəxri Fərman alıb.

Bakupost.az

Qeyd edək ki, general-mayor Nazim Əliyevin bu evliliyi həm yaş fərqi, həm də ailələrin yüksək vəzifəli şəxslərlə bağlılığı səbəbindən cəmiyyətin diqqət mərkəzindədir.



Xəbərin oxunma sayı : 448




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap