“Bu, Aygün xanımın mənə böyük hədiyyəsidir“ - Namiq Qaraçuxurlu Ancelina Coli buna görə yarıçılpaq poz verdi - FOTO “Nə qədər bağlı geyinsəm də, deyəcəklər...” - Röya Ayxan Xalq artistinin bu geyimi müzakirə yaratdı - VİDEO
Axtar
 
  • / Maqazin / — 02 Yanvar 2026

    “Bu, Aygün xanımın mənə böyük hədiyyəsidir“ - Namiq Qaraçuxurlu

  • / Maqazin / — 17 Dekabr 2025

    Ancelina Coli buna görə yarıçılpaq poz verdi - FOTO

  • / Maqazin / — 02 Dekabr 2025

    “Nə qədər bağlı geyinsəm də, deyəcəklər...” - Röya Ayxan

  • / Maqazin / — 01 Dekabr 2025

    Xalq artistinin bu geyimi müzakirə yaratdı - VİDEO

  • / Maqazin / — 28 Noyabr 2025

    Canlı yayımda müğənnilər arasında dava düşdü - VİDEO

  • / Maqazin / — 21 Noyabr 2025

    “Onun-bunun ərindən uşaq doğanlar...“ - Efirdə qalmaqal

“Azərişıq“ Cəbrayıl və Xankəndinin elektrik şəbəkəsini yeniləyir - VİDEO

Tarix 02.02.26, 17:01

Font ölçüsü : - / +
bitmap-img6


"Azərişıq” ASC paytaxt və regionlarda, eləcə də işğaldan azad olunan ərazilərdə elektrik təsərrüfatını yeniləyir. Cənab Prezident İlham Əliyevin tapşırıqlarına əsasən həyata keçirilən yenidənqurma işləri Cəbrayılı da əhatə edib. Cəbrayıl şəhəri işğaldan azad edilən andan "Azərişıq” ASC tərəfindən operativ tədbirlər görülərək 2020-ci il oktyabrın 28-də şəhər mərkəzi elektrik enerjisi ilə təmin edilib. 2022-ci il oktyabrın 19-da Cənab Prezident İlham Əliyev tərəfindən şəhər ərazisində təməli qoyulan 35/0,4 kV-luq Rəqəmsal İdarəetmə Mərkəzi inşa edilərək 2023-cü il sentyabrın 28-də ölkə başçısı tərəfindən istifadəyə verilib.  

Məskunlaşma aparılan Horovlu kəndini elektrik enerjisi ilə təmin etmək üçün ikidövrəli 35 kV-luq Özünüdaşıyan İzolyasiyalı Naqillər (ÖİN-3) çəkilib, həmçinin 35 kV-luq Paylayıcı Qurğu (PQ) inşa edilib. Kənddə 6 müasir tipli 35/0.4 kV-luq Komplekt Transformator Məntəqəsi (KTM) quraşdırılıb. Fərdi yaşayış evləri müasir smart sayğaclarla təchiz olunub. 

Şəhər ərazisinə köç edən sakinlər üçün Baş Plana uyğun olaraq əlavə 35/0,4 kV-luq 4x2500 kVA gücündə Transformator Məntəqəsi (TM) inşa edilərək istismara verilib, həmçinin smart sayğaclar quraşdırılıb, 0.4 kV-luq yeraltı xətlər çəkilib. Yaxın gələcəkdə köç planlaşdırılan Soltanlı, o cümlədən Fuğanlı, Mərcanlı, Şükürbəyli kəndləri, Xudafərin qəsəbəsi istiqamətində metal dayaqlar əkilib, ikidövrəli 35 kV-luq Özünüdaşıyan İzolyasiyalı Naqillər (ÖİN-3) çəkilib. 

Rayonun Horovlu, Şükürbəyli, Xudafərin, Soltanlı, Sarıcallı, Maşanlı, Böyük Mərcanlı və Karxulu yaşayış məntəqələri 35 kV-luq elektrik verilişi xətləri vasitəsilə keyfiyyətli və dayanıqlı enektrik enerjisi ilə təmin edilib. 

"Azərişıq” ASC Xankəndinin də elektrik təsərrüfatını yenidən qurur. Elektrik Şəbəkəsinin (EŞ) xidməti ərazisinə daxil olan Xocalı şəhərində Cənab Prezident İlham Əliyevin iştirakı ilə 2024-cü ilin mayın 9-da "Xocalı” yarımstansiyasının və Rəqəmsal İdarəetmə Mərkəzinin açılışı olub. 3200 kVA gücündə olan "Xocalı” yarımstansiyası və Rəqəmsal İdarəetmə Mərkəzi rayon ərazisində inşa edilmiş yeni yaşayış komplekslərinin, kənd təsərrüfatı və turizm obyektlərinin, eləcə də sosial-iqtisadi təyinatlı müxtəlif infrastrukturun dayanıqlı, etibarlı və fasiləsiz elektrik enerjisi təminatını həyata keçirmək məqsədi daşıyır. 

Həmçinin Xocalı şəhərində 10 müasir tipli müxtəlif gücdə KTM quraşdırılıb. Badara, Ballıca, Daşbulaq, Təzəbinə, Seyidbəyli və Xanyurdu yaşayış məntəqələri istiqamətində 35 kV-luq  elektrik verilişi xətlərinin inşası davam etdirilir. Hazırda adı çəkilən yaşayış məntəqələrinin 0.4 kV-luq daxili elektrik şəbəkəsi yenilənir.  

Xocalının Şuşakənd və Xanobad kəndlərinə də 35 kV-luq ÖİN-3 kabel hava xəttinin çəkilişi davam edir.    

Vətəndaşların keyfiyyətli və fasiləsiz elektrik enerjisilə təmin olunması ilə yanaşı elektrik enerjisi itkilərinin minimuma endirilməsini hədəfləyən "Azərişıq” ASC ölkənin bütün regionlarında mərhələli şəkildə elektrik təsərrüfatının yenilənməsi işlərini davam etdirir.





Xəbərin oxunma sayı : 430




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap