“Bu, Aygün xanımın mənə böyük hədiyyəsidir“ - Namiq Qaraçuxurlu Ancelina Coli buna görə yarıçılpaq poz verdi - FOTO “Nə qədər bağlı geyinsəm də, deyəcəklər...” - Röya Ayxan Xalq artistinin bu geyimi müzakirə yaratdı - VİDEO
Axtar
 
  • / Maqazin / — 02 Yanvar 2026

    “Bu, Aygün xanımın mənə böyük hədiyyəsidir“ - Namiq Qaraçuxurlu

  • / Maqazin / — 17 Dekabr 2025

    Ancelina Coli buna görə yarıçılpaq poz verdi - FOTO

  • / Maqazin / — 02 Dekabr 2025

    “Nə qədər bağlı geyinsəm də, deyəcəklər...” - Röya Ayxan

  • / Maqazin / — 01 Dekabr 2025

    Xalq artistinin bu geyimi müzakirə yaratdı - VİDEO

  • / Maqazin / — 28 Noyabr 2025

    Canlı yayımda müğənnilər arasında dava düşdü - VİDEO

  • / Maqazin / — 21 Noyabr 2025

    “Onun-bunun ərindən uşaq doğanlar...“ - Efirdə qalmaqal

Dövlət sirləri risk altında: İsrailin təhlükəsizlik orqanlarında ciddi narahatlıq

Tarix 02.02.26, 12:50

Font ölçüsü : - / +
bitmap-img6


İsrailin təhlükəsizlik və hüquq-mühafizə orqanları blokçeyn əsaslı "Polymarket" proqnoz platformasının fəaliyyəti ilə bağlı ciddi narahatlıqlarını ifadə ediblər.

Oxu.Az "Maariv" nəşrinə istinadən xəbər verir ki, platformada məxfi məlumatlara çıxışı olan şəxslərin müharibə və İran ətrafındakı diplomatik proseslərlə bağlı mərclər edərək külli miqdarda gəlir əldə etdiklərindən şübhələnilir.

Narahatlıq İsrail təhlükəsizlik zabitinin və ya ona yaxın şəxslərin İranla münaqişənin mümkün inkişafına mərc edərək "sərvət qazana biləcəyi" barədə məlumatlardan sonra artıb. "Polymarket" istifadəçilərə mədəni tədbirlərdən tutmuş hərbi və diplomatik qərarlara qədər geniş mövzular üzrə "bəli" və ya "xeyr" cavabları ilə mərc etməyə imkan verir. Medianın məlumatına görə, platformada mərc dövriyyəsi ötən ilin dekabr ayında 8,3 milyard ABŞ dollarını ötüb.

"The Guardian" qəzeti mümkün insayder ticarətinə işarə edən şübhəli davranış nümunələri göstərən onlarla hesab müəyyən edib. Məsələn, bəzi istifadəçilər ABŞ prezidentinin qərarı rəsmi şəkildə açıqlanmadan bir neçə saat əvvəl Venesuela lideri Nikolas Maduronun həbsinə mərc edərək 400 min dollardan çox qazanıblar. Digər bir nümunədə isə Volodimir Zelenski ilə Donald Tramp arasında keçirilən görüşlə bağlı mərclərdən təxminən 154 min dollar gəlir əldə edildiyi bildirilir.

Təhlükəsizlik mütəxəssisləri vurğulayırlar ki, bu tip platformaların əsas riski digər oyunçuların maliyyə itkiləri deyil, dövlət sirlərinin açıqlanmasına birbaşa iqtisadi stimul yaratmasıdır. Əlavə narahatlıqlar real məlumatların mənfəət məqsədilə manipulyasiya olunması ehtimalı ilə bağlıdır.

Artan risklər fonunda ABŞ-də qanunvericilik təşəbbüsləri artıq gündəmdədir. Konqresdə seçilmiş vəzifəli şəxslərin və onların köməkçilərinin qeyri-ictimai məlumatlardan istifadə edərək proqnoz bazarlarında iştirakını qadağan edən qanun layihəsi təqdim edilib. Layihə müəllifləri bildirirlər ki, bu hallar proqnozlaşdırma fəaliyyəti deyil, vəzifə səlahiyyətlərindən sui-istifadə kimi qiymətləndirilməlidir.



Xəbərin oxunma sayı : 355




Dünya

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap