“Bu, Aygün xanımın mənə böyük hədiyyəsidir“ - Namiq Qaraçuxurlu Ancelina Coli buna görə yarıçılpaq poz verdi - FOTO “Nə qədər bağlı geyinsəm də, deyəcəklər...” - Röya Ayxan Xalq artistinin bu geyimi müzakirə yaratdı - VİDEO
Axtar
 
  • / Maqazin / — 02 Yanvar 2026

    “Bu, Aygün xanımın mənə böyük hədiyyəsidir“ - Namiq Qaraçuxurlu

  • / Maqazin / — 17 Dekabr 2025

    Ancelina Coli buna görə yarıçılpaq poz verdi - FOTO

  • / Maqazin / — 02 Dekabr 2025

    “Nə qədər bağlı geyinsəm də, deyəcəklər...” - Röya Ayxan

  • / Maqazin / — 01 Dekabr 2025

    Xalq artistinin bu geyimi müzakirə yaratdı - VİDEO

  • / Maqazin / — 28 Noyabr 2025

    Canlı yayımda müğənnilər arasında dava düşdü - VİDEO

  • / Maqazin / — 21 Noyabr 2025

    “Onun-bunun ərindən uşaq doğanlar...“ - Efirdə qalmaqal

“KapitalBank“ rəhbərinin peşəkarlığı sual doğurdu - Amma hər ilin sonu milyonlarla manat bonus alırlar...

Tarix 13.02.26, 20:16

Font ölçüsü : - / +
bitmap-img6


Azərbaycanda qısa zamanda ən sürətlə populyarlaşan elektron pulqabı və mobil ödəniş tətbiqi olan m10 ətrafında baş verən son hadisələr ölkənin maliyyə-texnologiya sektorunda ciddi siqnaldır...

Qeyd edək ki, bu platforma "PashaPay" tərəfindən idarə olunur və onun 100 faiz payçısı "Kapital Bank"dır. Son illərdə m10-un sürətli böyüməsi onu bazarın əsas oyunçusuna çevirsə də, görünən odur ki, bu böyümə adekvat təhlükəsizlik mexanizmləri ilə müşayiət olunmayıb.

Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz son günlər m10 müştərilərinin hesablarında xarici mənşəli merchant-lardan izahı olmayan kütləvi vəsait axınları ilə bağlı rəy bildirib. 

Poliqon xəbər verir ki, ekspert eyni zamanda hesabların dondurulmasının və əməliyyatlara limitlərin qoyulmasının məsələnin ciddiliyindən xəbər verdiyini bildirib:

"PashaPay" rəsmi açıqlama ilə qanunsuz köçürmələri dolayısı ilə təsdiqləsə də, mediada gəzən iddialar söhbətin milyonlarla manatlıq qanunsuz pul dövriyyəsindən gedə biləcəyini göstərir.

Bu hadisə ilk deyil. Mərkəzi Bank bundan əvvəl də "PashaPay"ə qarşı çirkli pulların leqallaşdırılması ilə mübarizə və fərdi məlumatların qorunması üzrə inzibati tədbirlər tətbiq etmişdi. Baş verənlər göstərir ki, problem sadəcə texniki nasazlıq deyil, risklərin idarə olunması sisteminin iflasıdır. Xüsusilə m10-un "Binance" kriptobirjası ilə inteqrasiyası fonunda bu tip risklərin öncədən hesablanmaması və yetərli təhlükəsizlik tədbirlərinin görülməməsi "Kapital Bank" rəhbərliyinin birbaşa məsuliyyətidir".

O.Gündüz qeyd edib ki, hər ilin sonunda bankın rəhbər şəxslərinin milyonlarla manat məbləğində bonuslar və əməkhaqqı aldığı bir şəraitdə, bu səviyyədə gəlir və imtiyaz həm də eyni səviyyədə peşəkar nəzarət və məsuliyyət tələb edir: "Təəssüf ki, m10 ətrafındakı vəziyyət bank rəhbərliyinin bu məsuliyyəti lazımınca dərk etmədiyini nümayiş etdirir. Bu tip hadisələr həm fintex platformalarına etimadı azaldır, həm də ölkənin bank sektorunun reputasiyasını zərbə altına qoyur. Banklar sahib olduqları fintex layihələrinə görə formal yox, ciddi və real məsuliyyət daşımalıdırlar".



Xəbərin oxunma sayı : 208




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap