“Bu, Aygün xanımın mənə böyük hədiyyəsidir“ - Namiq Qaraçuxurlu Ancelina Coli buna görə yarıçılpaq poz verdi - FOTO “Nə qədər bağlı geyinsəm də, deyəcəklər...” - Röya Ayxan Xalq artistinin bu geyimi müzakirə yaratdı - VİDEO
Axtar
 
  • / Maqazin / — 02 Yanvar 2026

    “Bu, Aygün xanımın mənə böyük hədiyyəsidir“ - Namiq Qaraçuxurlu

  • / Maqazin / — 17 Dekabr 2025

    Ancelina Coli buna görə yarıçılpaq poz verdi - FOTO

  • / Maqazin / — 02 Dekabr 2025

    “Nə qədər bağlı geyinsəm də, deyəcəklər...” - Röya Ayxan

  • / Maqazin / — 01 Dekabr 2025

    Xalq artistinin bu geyimi müzakirə yaratdı - VİDEO

  • / Maqazin / — 28 Noyabr 2025

    Canlı yayımda müğənnilər arasında dava düşdü - VİDEO

  • / Maqazin / — 21 Noyabr 2025

    “Onun-bunun ərindən uşaq doğanlar...“ - Efirdə qalmaqal

Azərbaycan–Serbiya əlaqələri tarixdə dərin siyasi və rəmzi məna daşıyan mühüm hadisə kimi yadda qalacaq

Tarix 16.02.26, 15:33

Font ölçüsü : - / +
bitmap-img6


Azərbaycan Prezidenti İlham Əliyevin Serbiyaya rəsmi səfəri müasir beynəlxalq münasibətlər sistemində ölkəmizin artan siyasi çəkisini, prinsipial və ardıcıl xarici siyasət kursunu bir daha aydın şəkildə nümayiş etdirir. Bu səfər yalnız iki ölkə arasında diplomatik əlaqələrin növbəti mərhələsi deyil, eyni zamanda qarşılıqlı etimada, səmimi dialoqa və ortaq maraqlara əsaslanan strateji tərəfdaşlığın parlaq təzahürüdür.

Azərbaycan ilə Serbiya arasında formalaşmış dostluq münasibətləri illər ərzində möhkəm siyasi iradə, qarşılıqlı hörmət və beynəlxalq hüququn fundamental prinsiplərinə sadiqlik üzərində qurulub. Prezident İlham Əliyevin bu ölkəyə rəsmi səfəri zamanı Serbiya Prezidenti Aleksandar Vuçiç ilə keçirilən yüksək səviyyəli görüşlər, aparılan geniş tərkibli danışıqlar və səsləndirilən mesajlar bu münasibətlərin dərin məzmun daşıdığını bir daha təsdiqləyir. geosiyasi proseslərin mürəkkəbləşdiyi bir dövrdə Azərbaycan etibarlı tərəfdaş, məsuliyyətli beynəlxalq aktor kimi çıxış edir. Bu kontekstdə Serbiya ilə əlaqələrin inkişafı regionlararası əməkdaşlığın güclənməsinə, sülhün və sabitliyin möhkəmləndirilməsinə xidmət edən mühüm amildir. Xüsusilə enerji təhlükəsizliyi sahəsində əməkdaşlıq məsələlərinin ön plana çəkilməsi Azərbaycanın Avropa məkanında artan rolunun növbəti təsdiqidir.
Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən balanslaşdırılmış və praqmatik xarici siyasət kursu Azərbaycanın beynəlxalq nüfuzunu əhəmiyyətli dərəcədə artırıb. Ölkəmiz hər zaman dövlətlərin suverenliyinə, ərazi bütövlüyünə və daxili işlərinə qarışmamaq prinsipinə sadiq qalaraq beynəlxalq münasibətlərdə ədalətli mövqe sərgiləyir. Bu yanaşma Serbiya tərəfindən də yüksək qiymətləndirilir və qarşılıqlı siyasi etimadın möhkəmlənməsində mühüm rol oynayır. Rəsmi səfər çərçivəsində iqtisadi-ticari əlaqələrin genişləndirilməsi, energetika, investisiyalar, bərpaolunan enerji, turizm, kənd təsərrüfatı, mədəniyyət və digər sahələrdə əməkdaşlıq perspektivləri ətrafında aparılan müzakirələr gələcəyə yönəlik konkret hədəflərin müəyyənləşdirildiyini göstərir. Bu, münasibətlərin yalnız deklarativ xarakter daşımadığını, real iqtisadi məzmunla zənginləşdiyini sübut edir.

Prezident İlham Əliyevin rəsmi səfəri zamanı Belqradda Azərbaycan və Serbiya arasında Strateji Tərəfdaşlıq Şurasının birinci iclasında iştirakının isə xüsusi rəmzi mənası var. Çünki fevralın 15-i Serbiyanın ən mühüm milli bayramı - Dövlətçilik Günü idi. Serbiya Prezidenti Aleksandar Vuçiç də iclasda bu məsələyə toxunaraq qeyd etdi ki, bu tarixi ən yaxın dostlarımızla – Prezident İlham Əliyevlə və Azərbaycandan gəlmiş qonaqlarımızla qeyd edirik. bu isə Azərbaycan Prezidentinə və dövlətinə olan xüsusi hörmətin, yüksək etimadın və səmimi dostluğun bariz ifadəsidir. Bütün bunlar Azərbaycanın Serbiya üçün nə qədər etibarlı və önəmli tərəfdaş olduğunu təsdiqləyir. Bu yanaşma, eyni zamanda, Prezident İlham Əliyevin beynəlxalq aləmdə qazandığı böyük siyasi nüfuzun və şəxsi etimadın təzahürüdür. Strateji Tərəfdaşlıq Şurasının ilk iclasının məhz belə bir gündə Belqrad şəhərində keçirilməsi Azərbaycan–Serbiya münasibətlərinin gələcək inkişaf vektorunu müəyyən edən mühüm siyasi mesajdır. Bütün bunlar onu deməyə əsas verir ki, Azərbaycan Prezidentinə göstərilən bu yüksək ehtiram təkcə protokol xarakteri daşımır. Bu, Azərbaycanın müstəqil siyasətinə, beynəlxalq hüquqa söykənən mövqeyinə, regional və qlobal proseslərdə konstruktiv roluna verilən obyektiv qiymətdir. 

Niyaməddin Məmmədov



Xəbərin oxunma sayı : 352




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap