“İki uşaq anasıyam, kimdir məni alan?“ -Renka “Mətbəxə girmirəm, maşın sürmürəm, saçımı daramıram“ - VİDEO Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi
Axtar
 
  • / Maqazin / — 31 Avqust 2026

    “İki uşaq anasıyam, kimdir məni alan?“ -Renka

  • / Maqazin / — 11 İyul 2026

    “Mətbəxə girmirəm, maşın sürmürəm, saçımı daramıram“ - VİDEO

  • / Maqazin / — 11 İyul 2026

    Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO

  • / Maqazin / — 02 İyul 2026

    “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi

  • / Maqazin / — 01 İyul 2026

    “Ər çörəyi yeyəndə kökələcəm“ - Azərbaycanlı model

  • / Maqazin / — 12 İyun 2026

    “Kişi məclislərinə bir şərtlə gedirəm” - Nigar Şabanova

Dünya klublarının yeni reytinqi açıqlandı: “Qarabağ” “Nyukasl”dan öndədir

Tarix 25.02.26, 13:55

Font ölçüsü : - / +
bitmap-img6


Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (IFFHS) dünya klublarının son beş ili əhatə edən  yeni reytinq cədvəlini açıqlayıb.

AzFakt.com xəbər verir ki, IFFHS reytinq cədvəlini hazırlayan zaman 2021-ci il yanvarın 1-dən 2025-ci il dekabrın 31-dək olan müddəti əsas götürüb.
Qeyd edək ki, 498 klubun olduğu siyahıda Azərbaycan təmsilçisi “Qarabağ” 768,75 xalla 71-ci pillədə qərarlaşıb. “Qarabağ”dan başqa Azərbaycanın daha 3 klubu reytinq cədvəlində yer alıb. Neftçi” 300 xalla 375-ci “Zirə” 290,5 xalla 399-cu, “Sabah” isə 283,25 xalla 411-ci sırada qərarlaşıb.
Onu da bildirək ki, “Qarabağ” keçmiş SSRİ ölkələrini təmsil edən klublar arasında ilk sırada yer alıb. “Qarabağ” eyni zamanda Türkiyənin “Beşiktaşâ€ klubundan 56 pillə irəlidədir. Bunlardan başqa “Qarabağ” reytinq cədvəlində İspaniyanın “Sevilya” (99-cu yer), İngiltərənin “Nyukasl Yunayted” (113-cü yer), Fransanın “Olimpik Marsel” (73-cü yer), Ukraynanın “Şaxtiyor” (87-ci yer) klublarından öndə olub.

Məlumat üçün bildirək ki, sıralamada ilk 5 yeri bu komandalar tutur:
1. “Real Madrid” (İspaniya) – 1753 xal;
2. “Mançester Siti” (İngiltərə) – 1605 xal;
3. “Flamenqo” (Braziliya) – 1536 xal;
4. “Pari Sen-Jermen” (Fransa) – 1470 xal;
5. “Palmeiras” (Braziliya) – 1449 xal.

Bundan əlavə siyahıda Türkiyənin “Fənərbağça” klubu 28-ci, “Qalatasaray” klubu  isə 45-ci  sırada yer alıb.



Xəbərin oxunma sayı : 997




İdman

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap