“Bu, Aygün xanımın mənə böyük hədiyyəsidir“ - Namiq Qaraçuxurlu Ancelina Coli buna görə yarıçılpaq poz verdi - FOTO “Nə qədər bağlı geyinsəm də, deyəcəklər...” - Röya Ayxan Xalq artistinin bu geyimi müzakirə yaratdı - VİDEO
Axtar
 
  • / Maqazin / — 02 Yanvar 2026

    “Bu, Aygün xanımın mənə böyük hədiyyəsidir“ - Namiq Qaraçuxurlu

  • / Maqazin / — 17 Dekabr 2025

    Ancelina Coli buna görə yarıçılpaq poz verdi - FOTO

  • / Maqazin / — 02 Dekabr 2025

    “Nə qədər bağlı geyinsəm də, deyəcəklər...” - Röya Ayxan

  • / Maqazin / — 01 Dekabr 2025

    Xalq artistinin bu geyimi müzakirə yaratdı - VİDEO

  • / Maqazin / — 28 Noyabr 2025

    Canlı yayımda müğənnilər arasında dava düşdü - VİDEO

  • / Maqazin / — 21 Noyabr 2025

    “Onun-bunun ərindən uşaq doğanlar...“ - Efirdə qalmaqal

5 saylı Magistral Yolların İstismarı MMC-də mənimsəmələr: Arif Abbasovun Yaqub Eyubovla nə əlaqəsi var?

Tarix 02.03.26, 19:45

Font ölçüsü : - / +
bitmap-img6


Baş nazirin birinci müavini Yaqub Eyubov və AAYDA-nın sabiq sədri Saleh Məmmədovla qonşu olan rəis haqqında şok iddialar yayılıb...

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyində (AAYDA)  aparılan yoxlamalar zamanı keçmiş sədr Saleh Məmmədovun və komandasının yüz milyonlarla talama faktı üzə çıxıb.

Qeyd edək ki, bu yoxlamalar Sahil Babayevin maliyyə naziri təyinatından sonra başlanılıb. 

Yoxlamaların nəticəsi olaraq Saleh Məmmədov tutduğu postdan kənarlaşdırılsa da, proseslər onun və komandasındakı əksər şəxslərin cinayət məsuliyyətinə cəlb olunacağını göstərir.

Saleh Məmmədovun bağ evində yol istismar idarələrinin rəisləri ilə topplantı keçirməsi də bu narahatçılığın ifafəsidir.

Bu arada  “5 saylı Magistral Yolların İstismarı” MMC-nin rəisi olan Arif Abbasov haqqında da məlumatlar daxil olub.

Bildirilir ki, fəaliyyəti yoxlanılan idarələrdən birinin rəisi də məhz Arif Abbasovdur.

İlkin məlumatlara görə, adıçıkilən idarədə 40 nəfərdən çox işçinin adları ştatda getsə də, onların maaş kartı özlərində deyil: "Qalan işçilərin əksəriyyəti Salehin villasında, Kür qırağında yerləşən bağlarında, özünə məxsus “Dəli Kür” restoranında və Gəncədə oğlunun adına olan “Minlayıt” şirkətində işlədilir.

Hətta idarənin “Ford” markalı asfalt təmir maşını Gəncədə “Minlayıt” şirkətinin işini görməyə gedərkən yolda aşıb yararsız hala salınıb”.

Bildirilir ki, Kür çayının sahilində Baş nazirin birinci müavini Yaqub Eyyubov və Saleh Məmmədovla qonşu olan Arif Abbasov indiyədəkk adıçəkilən şəxslərlə dostluq münsabətini açıq söyləyib.

Hər iki şəxsin villasının da məhz Arif Abbasov tərəfindən inşa olunduğu deyilir.

“Bütün hər kəsə Yaqub Eyubovun adı ilə hədə-qorxu gəlinir. Özünün əmlakının sayı-hesabı yoxdur. 20-yə yaxın bahalı maşını var ki, əksəriyyəti bronlaşdırılmış maşınlardır” deyə mənbəmiz əlavə edib: “Həmçinin, idarənin texnikalarının əksəriyyəti müxtəlif şirkətlərdə icarədədir. (konkret.az)



Xəbərin oxunma sayı : 373




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap