“Bu, Aygün xanımın mənə böyük hədiyyəsidir“ - Namiq Qaraçuxurlu Ancelina Coli buna görə yarıçılpaq poz verdi - FOTO “Nə qədər bağlı geyinsəm də, deyəcəklər...” - Röya Ayxan Xalq artistinin bu geyimi müzakirə yaratdı - VİDEO
Axtar
 
  • / Maqazin / — 02 Yanvar 2026

    “Bu, Aygün xanımın mənə böyük hədiyyəsidir“ - Namiq Qaraçuxurlu

  • / Maqazin / — 17 Dekabr 2025

    Ancelina Coli buna görə yarıçılpaq poz verdi - FOTO

  • / Maqazin / — 02 Dekabr 2025

    “Nə qədər bağlı geyinsəm də, deyəcəklər...” - Röya Ayxan

  • / Maqazin / — 01 Dekabr 2025

    Xalq artistinin bu geyimi müzakirə yaratdı - VİDEO

  • / Maqazin / — 28 Noyabr 2025

    Canlı yayımda müğənnilər arasında dava düşdü - VİDEO

  • / Maqazin / — 21 Noyabr 2025

    “Onun-bunun ərindən uşaq doğanlar...“ - Efirdə qalmaqal

“Kredit bataqlığı“na düşənlər çoxalır: Yüksək faizlər, borclu üç milyon vətəndaş

Tarix 02.03.26, 20:18

Font ölçüsü : - / +
bitmap-img6


Azərbaycan Mərkəzi Bankının (AMB) məlumatına görə, bu il fevralın 1-nə olan vəziyyətə ölkədə vaxtı keçmiş kreditlərin məbləği 557.5 milyon manat təşkil edib. Qeyd olunub ki, bu, yanvarın 1-i ilə müqayisədə 6.3% çoxdur. Vurğulanıb ki, ölkədə problemli kreditlərin məbləği son bir ildə isə 17.35% artıb.

Həmçinin yanvarın sonuna vaxtı keçmiş kreditlərin ümumi kredit portfelində xüsusi çəkisi 1.7% təşkil edib. Bu nisbət ötən ilin sonuna 1.6%, ötən il yanvarın sonuna isə 1.6% olub.

Sözügedən məsələ kredit faizlərinin yüksək olduğunu gündəmə gətirir.

Bəs, faizləri tənzimləmək mümkündürmü və bu yöndə hansı addımlar atıla bilər?

Məsələ ilə bağlı oxu.az-a danışan Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vüqar Bayramov bildirib ki, problemli kreditlərin həcminin artması arzuolunan deyil.

O vurğulayıb ki, problemli kreditlər bank sektorunun inkişafına əngəl törədir:

Kredit bataqlığına düşənlər çoxalır: Yüksək faizlər, borclu üç milyon vətəndaş

"Banklar kredit siyasətində, eyni zamanda müştəri seçimində bəzi məsələlərə diqqət yetirməlidir. Hazırda üç milyondan artıq vətəndaşın istehlak krediti var. Bunun həcmi son dövrlərdə də artıb. Bu da nəticə etibarilə problemli kreditlərin miqdarına təsir edir. 2025-ci ilin yekunlarına əsasən, ölkədə istehlak kredit portfeli 9 milyard 354 milyon manat olub. Qeyd olunan rəqəm yetərincə yüksəkdir. Faizlərin yüksək olması problemlərin əsas səbəblərindən biridir. Vətəndaş götürdüyü krediti ödəməkdə çətinlik çəkir. Banklar da vətəndaşlara kredit verərkən onun ödəmə qabiliyyətini tam şəkildə yoxlamalıdır. Digər tərəfdən şəxs kreditə müraciət edən zaman bankların faiz dərəcələrini daha dərindən araşdırmalıdır".

Deputat bildirib ki, faiz dərəcələrini isə bazar müəyyən edir:

"Amma AMB müəyyən alətlərdən istifadə etməklə dərəcələrin azalmasına təsir edə bilər. Liberal və demokratik ölkələrdə faiz dərəcələri inzibati yolla müəyyənləşdirilmir. Lakin fərqli alətlər var. Daha ucuz vəsaitlərə çıxış imkanının artırılması, mərkəzləşdirilmiş kredit resurslarının faiz dərəcələrinin aşağı salınması kredit faizlərinin də azalmasına gətirib çıxaracaq. AMB tərəfindən bu istiqamətdə fəaliyyətin genişlənməsinə ehtiyac var ki, bununla da kredit faizlərində azalma müşahidə oluna bilər".



Xəbərin oxunma sayı : 325




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap