Nazirlik “Dokta“da yoxlama apardı - Pozuntular aşkarladı Azərbaycanda bu məşhur müğənnilərə efir qadağası qoyuldu - SİYAHI “Sevdiyim şəxs var, heç “instagram“ı da yoxdur“ - Aysun Boşandığı həyat yoldaşı ilə bağlı etiraf etdi: “Onu sevirəm“
Axtar
 
  • / Sosial / — 13 Mart 2026

    Nazirlik “Dokta“da yoxlama apardı - Pozuntular aşkarladı

  • / Maqazin / — 27 Fevral 2026

    Azərbaycanda bu məşhur müğənnilərə efir qadağası qoyuldu - SİYAHI

  • / Maqazin / — 22 Fevral 2026

    “Sevdiyim şəxs var, heç “instagram“ı da yoxdur“ - Aysun

  • / Maqazin / — 05 Fevral 2026

    Boşandığı həyat yoldaşı ilə bağlı etiraf etdi: “Onu sevirəm“

  • / Maqazin / — 26 Yanvar 2026

    Efirdə xanəndə ilə Mənzurə arasında gərginlik - VİDEO

  • / Maqazin / — 02 Yanvar 2026

    “Bu, Aygün xanımın mənə böyük hədiyyəsidir“ - Namiq Qaraçuxurlu

Vens əməliyyata qarşı çıxıb - Trampı o şəxs razı salıb

Tarix 03.03.26, 17:19

Font ölçüsü : - / +
bitmap-img6


ABŞ və İsrailin İrana qarşı başlatdığı əməliyyatın arxa planında ciddi fikir ayrılıqları yaşanıb.

Bu barədə "CBS News" məlumat yayıb.

Məlumata görə, ABŞ vitse-prezidenti JD Vens ilkin mərhələdə hərbi əməliyyata qarşı çıxıb və Yaxın Şərqdə yeni müdaxiləyə ehtiyatla yanaşıb. Lakin iddialara görə, İsrailin Baş naziri Benyamin Netanyahu fevralın 11-də Ağ evdə ABŞ Prezidenti Donald Tramp ilə keçirdiyi təxminən üç saatlıq görüş zamanı hərbi variantın vacibliyini israrla müdafiə edib.

Görüşdə mümkün müharibə ssenariləri və zərbələrin vaxtı müzakirə olunub. Həmin dövrdə bəzi amerikalı rəsmilər İranla nüvə danışıqlarına başlamağa çalışsa da, Netanyahu diplomatik təmasların hərbi planları ləngitməməli olduğunu bildirib. Bir müddət sonra Tramp diplomatik prosesə inamını itirərək uzunmüddətli danışıqları lazımsız bilib və Netanyahu ilə razılaşıb.

Məlumata görə, Netanyahu ilə görüşdən iki həftə sonra Tramp ABŞ-ni rəsmi şəkildə əməliyyata qoşaraq İsraillə birlikdə genişmiqyaslı bombardman əmri verib. 

"CBS News"-a danışan mənbələr bildiriblər ki, Vens şəxsi olaraq əməliyyatı istəməsə də, qərar qəti olduqdan sonra hücumun “sürətli və genişmiqyaslı” olmasının tərəfdarı olub. 



Xəbərin oxunma sayı : 1234




Dünya

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap