“Bu, Aygün xanımın mənə böyük hədiyyəsidir“ - Namiq Qaraçuxurlu Ancelina Coli buna görə yarıçılpaq poz verdi - FOTO “Nə qədər bağlı geyinsəm də, deyəcəklər...” - Röya Ayxan Xalq artistinin bu geyimi müzakirə yaratdı - VİDEO
Axtar
 
  • / Maqazin / — 02 Yanvar 2026

    “Bu, Aygün xanımın mənə böyük hədiyyəsidir“ - Namiq Qaraçuxurlu

  • / Maqazin / — 17 Dekabr 2025

    Ancelina Coli buna görə yarıçılpaq poz verdi - FOTO

  • / Maqazin / — 02 Dekabr 2025

    “Nə qədər bağlı geyinsəm də, deyəcəklər...” - Röya Ayxan

  • / Maqazin / — 01 Dekabr 2025

    Xalq artistinin bu geyimi müzakirə yaratdı - VİDEO

  • / Maqazin / — 28 Noyabr 2025

    Canlı yayımda müğənnilər arasında dava düşdü - VİDEO

  • / Maqazin / — 21 Noyabr 2025

    “Onun-bunun ərindən uşaq doğanlar...“ - Efirdə qalmaqal

ASCO sədrindən tapşırıq - Qohumlar bir yerdə işləyə bilməyəcəklər

Tarix 04.03.26, 20:29

Font ölçüsü : - / +
bitmap-img6


"Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi Qapalı Səhmdar Cəmiyyəti"ndə (ASCO) işçilərə yeni tələb qoyulub.

AzFakt.com "Unikal"a istinadən xəbər verir ki, ASCO-nun yeni sədri Əfqan Cəlilovun tapşırığına əsasən, Xəzər Dəniz Gəmiçiliyi QSC-nin tabeliyindəki müəssisələrdə yaxın qohumluğu olan iki nəfər işləyə bilməz.

Belə ki, eyni müəssisədə çalışan qohumlardan birinin işdən çıxması tələb olunur.

Məsələ ilə bağlı ASCO-dan bildirilib ki, hazırda "Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" QSC-də (ASCO) korporativ idarəetmə mexanizmlərinin təkmilləşdirilməsi istiqamətində tədbirlər həyata keçirilir:

"Bu çərçivədə daxili prosedurlar yenidən nəzərdən keçirilir və korporativ hüquq prinsipləri daxilində maraqların toqquşması hallarının aradan qaldırılması istiqamətində əməli fəaliyyət icra olunur. Əmək münasibətləri Azərbaycan Respublikasının müvafiq qanunvericiliyinə və şirkətin daxili qaydalarına uyğun olaraq tənzimlənir", - deyə məlumatda qeyd olunub.

Qeyd edək ki, Əfqan Cəlilov yanvar ayında ASCO-nun rəhbəri təyin edilib.



Xəbərin oxunma sayı : 169




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap