Nazirlik “Dokta“da yoxlama apardı - Pozuntular aşkarladı Azərbaycanda bu məşhur müğənnilərə efir qadağası qoyuldu - SİYAHI “Sevdiyim şəxs var, heç “instagram“ı da yoxdur“ - Aysun Boşandığı həyat yoldaşı ilə bağlı etiraf etdi: “Onu sevirəm“
Axtar
 
  • / Sosial / — 13 Mart 2026

    Nazirlik “Dokta“da yoxlama apardı - Pozuntular aşkarladı

  • / Maqazin / — 27 Fevral 2026

    Azərbaycanda bu məşhur müğənnilərə efir qadağası qoyuldu - SİYAHI

  • / Maqazin / — 22 Fevral 2026

    “Sevdiyim şəxs var, heç “instagram“ı da yoxdur“ - Aysun

  • / Maqazin / — 05 Fevral 2026

    Boşandığı həyat yoldaşı ilə bağlı etiraf etdi: “Onu sevirəm“

  • / Maqazin / — 26 Yanvar 2026

    Efirdə xanəndə ilə Mənzurə arasında gərginlik - VİDEO

  • / Maqazin / — 02 Yanvar 2026

    “Bu, Aygün xanımın mənə böyük hədiyyəsidir“ - Namiq Qaraçuxurlu

Son iki ayın ən güclü maqnit qasırğası gözlənilir - XƏBƏRDARLIQ

Tarix 17.03.26, 8:15

Font ölçüsü : - / +
bitmap-img6


Martın 16-da Günəşdə qeydə alınan M2.8 gücündəki güclü partlayış Yer istiqamətinə plazma atılması ilə müşayiət olunub. Bu proses son iki ayın ən güclü maqnit qasırğasına səbəb ola bilər.

Bu barədə Rusiya Elmlər Akademiyasının Kosmik Tədqiqatlar İnstitutunun Günəş astronomiyası laboratoriyası xəbərdarlıq edib. Rusiya Tətbiqi Geofizika İnstitutu da martın 16-da günün ikinci yarısında baş vermiş bu güclü alışmanı təsdiqləyib.

Mütəxəssislərin bildirdiyinə görə, partlayış Günəş diskinin mərkəzinə yaxın hissədə baş verdiyindən, plazma kütləsi birbaşa Yerə doğru istiqamətlənib. Kosmik teleskoplardan alınan məlumatlar göstərir ki, alışma zamanı episentr yaxınlığındakı orta ölçülü protuberans (alov dili) da dağılaraq kosmosa yayılıb. Bu isə atılan qaz kütləsinin həcmini daha da artırıb.

Hadisə Yerə yönəlmiş nadir "frontal zərbələr" kateqoriyasına aid edilir. İlkin proqnozlara əsasən, yaxın vaxtlarda son iki ayın ən güclü maqnit qasırğası gözlənilir. Qasırğanın gücü beşballıq şkala ilə G3 (güclü) səviyyəsində qiymətləndirilir. Məlumat üçün bildirək ki, bu şkala üzrə G1 "zəif", G5 isə "ekstremal güclü" dərəcə hesab olunur.



Xəbərin oxunma sayı : 352




Dünya

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap