Nazirlik “Dokta“da yoxlama apardı - Pozuntular aşkarladı Azərbaycanda bu məşhur müğənnilərə efir qadağası qoyuldu - SİYAHI “Sevdiyim şəxs var, heç “instagram“ı da yoxdur“ - Aysun Boşandığı həyat yoldaşı ilə bağlı etiraf etdi: “Onu sevirəm“
Axtar
 
  • / Sosial / — 13 Mart 2026

    Nazirlik “Dokta“da yoxlama apardı - Pozuntular aşkarladı

  • / Maqazin / — 27 Fevral 2026

    Azərbaycanda bu məşhur müğənnilərə efir qadağası qoyuldu - SİYAHI

  • / Maqazin / — 22 Fevral 2026

    “Sevdiyim şəxs var, heç “instagram“ı da yoxdur“ - Aysun

  • / Maqazin / — 05 Fevral 2026

    Boşandığı həyat yoldaşı ilə bağlı etiraf etdi: “Onu sevirəm“

  • / Maqazin / — 26 Yanvar 2026

    Efirdə xanəndə ilə Mənzurə arasında gərginlik - VİDEO

  • / Maqazin / — 02 Yanvar 2026

    “Bu, Aygün xanımın mənə böyük hədiyyəsidir“ - Namiq Qaraçuxurlu

Yeniyetmə sürücülərin törətdiyi qəzaların sayı niyə artır? - VİDEO

Tarix 21.03.26, 20:56

Font ölçüsü : - / +
bitmap-img6


Son zamanlar sosial şəbəkələrdə yeniyetmələrin avtomobil idarə etməsini əks etdirən görüntülərə tez-tez rast gəlinir. Bəzi hallarda yeniyetmələr valideynlərindən icazəsiz avtomobili götürür, bəzən isə valideynlər özləri sükanı övladlarına həvalə edirlər. Belə şəxslərin avtomobil idarə etməsi isə yollarda hər kəs üçün təhlükə yaradır.

Nəqliyyat üzrə ekspert Elməddin Muradlı məsələnin hüquqi tərəflərinə toxunaraq Baku TV-yə bildirib ki, sürücülük hüququ olmayan şəxsin hər hansı qəza törətməsi, xüsusən də ölüm halının baş verməsi birbaşa cinayət tərkibi yaradır:

"Belə hallarda daha ağır sanksiyalar tətbiq oluna bilər. Təəssüf ki, bəzi insanlar bunu utanmadan sosial şəbəkələrdə paylaşırlar. Bu, başqalarına pis nümunə olmaqdır. Belə hallara qətiyyən yol vermək olmaz".

Baş Dövlət Yol Polisi İdarəsindən (BDYPİ) verilən məlumata görə, azyaşlıların sükan arxasına əyləşməsi nəticəsində baş verən ağır yol-nəqliyyat hadisələrinin sayında artım müşahidə olunur.

Qurum qeyd edir ki, təcrübəsizlik, yol hərəkəti qaydalarını bilməmək və məsuliyyətsizlik faciəvi sonluqlara səbəb olan əsas amillərdir. Məlumatda, həmçinin vurğulanıb ki, Dövlət Yol Polisi tərəfindən bu istiqamətdə nəzarət tədbirləri davam etdirilir və qayda pozuntularına qarşı qanunauyğun tədbirlər görülür.






Xəbərin oxunma sayı : 412




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap